Zəlimxan Yaqub Kəpənəkçi
kəndində anılıb
Yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində
müasir Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, Azərbaycan
Aşıqlar Birliyinin
sədri, Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib.
Tədbirdə Gürcüstanın dövlət,
hökumət rəsmiləri,
parlamentin deputatları,
Azərbaycanın və
Türkiyənin bu ölkədəki səfirliklərinin,
SOCAR-ın əməkdaşları,
ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Əvvəlcə Qurani-Kərimdən ayələr
oxunub.
Gürcüstan parlamentinin deputatı
Mahir Dərziyev çıxışında deyib
ki, Zəlimxan Yaqub 1950-ci il
yanvarın 21-də Kəpənəkçi
kəndində anadan olub. Kəpənəkçidə, sazın-sözün içində böyüyüb.
O, nə yazmışdısa
saz üstə kökləmişdi. Yaxşı bilirdi
ki, bu yolda
Azərbaycanı tanıdan
nəhənglər var,
hər sözü dünya boyda olan kişilər var. Bu yolda var olmağın,
özünü təsdiq
etməyin böyük
hünər olduğunu
anlamamaq onun üçün mümkünsüz
idi. Ona görə də
könül verdiyi şeirin əlçatmaz zirvəsində özünü
təsdiqləmək üçün
çox yuxusuz gecələr keçirmişdi.
Bu gün onun
doğulduğu kənddə
66 yaşının və
anım gününün
keçirilməsi xalq
şairinə olan sevginin nümunəsidir.
Azərbaycan Aşıqlar Birliyinin
katibi Musa Nəbioğlu,
Marneulidəki Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin
rəhbəri Fazil Həsənov, Gürcüstanın
Barış və Vətəndaş Bərabərliyi
üzrə Dövlət
naziri Paata Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, ictimaiyyət
nümayəndəsi Hidayət
Hüseynov böyük
söz ustası haqqında fikirlərini bölüşüblər.
Bildirilib ki, bədii yaradıcılığa gənc
yaşlarından başlayan
Zəlimxan Yaqub Azərbaycanın zəngin
şeir ənənələrini
uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək
müasirlərimizin yüksək
insani keyfiyyətlərini,
ümumbəşəri və
milli dəyərləri,
tariximizin taleyüklü
anlarını özündə
əks etdirən əsərlər yaradıb.
Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri
səviyyəsinə qalxaraq
Azərbaycan ədəbiyyatında
yeni söz kimi qəbul edilib. Z.Yaqubun Azərbaycan ilə
Gürcüstan arasında
dostluq tellərinin möhkəmlənməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında
müstəsna xidmətləri
olub.
Xalq şairi
Gürcüstanda da çox sevilən yaradıcı insan idi. İki dost və
qardaş ölkə arasında mədəni əlaqələrin, mədəniyyətlərin
inkişafındakı xidmətlərinə
görə Azərbaycanın
və Gürcüstanın
yüksək dövlət
mükafatlarına layiq
görülüb.
Çıxışlar zamanı Kəpənəkçi kəndində
Zəlimxan Yaqub adına Poeziya
Evinin tikilməsi, xatirə muzeyinin yaradılması, Xalq şairinin əsərlərinin
gürcü dilinə
tərcümə olunaraq
Gürcüstanın ali
və orta məktəblərində paylanılması
barədə təkliflər
irəli sürülüb.
Gənc aşıq Məsim Rəcəbov böyük
şair və ustada həsr etdiyi şeiri oxuyub.
Xalq şairinin
ailəsi adından çıxış edən
qardaşı Çingizxan
Yaqubov göstərilən
diqqət və qayğıya görə Azərbaycan və Gürcüstan prezidentlərinə
minnətdarlıq edib.
525-ci qəzet.- 2016.- 23 yanvar.- S.17