Maqsud İbrahimbəyova “Şərəf” ordeni təqdim edilib

 

  Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf” ordenini təqdim edib.

 

Mədəniyyət Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir M. İbrahimbəyovun yaşadığı evdə keçirilib.

 

Nazir Ə. Qarayev M. İbrahmbəyovun Azərbaycan teatr kino sənətinin inkişafına böyük töhfələr verdiyini qeyd edib.

 

O, M. İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirib, yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırıb.

 

Xatırladaq ki, Azərbaycan teatrkino sənətinin inkişafında böyük xidmətlərinə görə 7 may 2015-ci il tarixində Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib.

 

 

525-ci qəzet.- 2016.- 23 yanvar.- S.17