Kamal Abdullayev:
“Bizdə ermənifobiya yoxdur”
“AZƏRBAYCAN XALQININ ERMƏNİLƏRLƏ BİRGƏ YAŞAMAQ POTENSİALI VAR”
Dünən Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının
sədri, akademik Kamal Abdullayev “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransı keçirib.
K.Abdullayev bildirib ki, “Multikulturalizm ili”nin
əsas məqsədi
Azərbaycan xalqının
birgə yaşayış,
tolerantlıq ənənələrini
dünyaya daha geniş şəkildə
təqdim etməkdir. Onun sözlərinə görə, multikulturalizm özündə birgəyaşayış,
çoxmədəniyyətlilik anlayışı ilə bərabər şəfqət
və mərhəmət
hisslərini ehtiva edir: “Öz-özgə” qarşıdurması xalqımızın
formalaşma tarixi boyunca özünün ən yumşaq şəklində təzahür
edib. Prezident İlham Əliyevin
2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan olunması haqqında imzaladığı
Sərəncamdan sonra
bu məsələyə
daha böyük maraq və diqqət
göstərilir. Azərbaycan multikulturalizmi yeni
bir elmdir, intellektual, yaradıcı sahədir. Bu elm Azərbaycan psixologiyasını,
ədəbiyyatını, mənəviyyatını,
bu gününü və perspektivlərini özündə əks etdirir. Azərbaycan multikulturalizmi model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq
istəyən bir çox ölkələr
üçün örnəkdir.
İndiyə qədər
Avropa, Kanada, Avstraliya multikulturalizmi modelləri mövcud idisə, indi artıq dünyada Azərbaycan multikulturalizmi
modeli də tanınmaqdadır və onun kökündə azərbaycançılıq mədəniyyəti,
intellekti və potensialı dayanır. Azərbaycanın multikulturalizm modeli
işləkdir. Bu, dostlarımızı sevindirir,
bədxahlarımızı isə qıcıqlandırır.
Azərbaycan multikulturalizminə olan
maraq respublikamızın dünyada
tarixi, örnək dəyərlərə malik
ölkə kimi tanıdılmasının nəticəsidir.
Bu gün “Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabının
nəşri,”Azərbaycan multikulturalizmi”
dərsliyinin yazılması,
eyniadlı fənnin proqramının tərtib
olunaraq dünya universitetlərinə təqdim
edilməsi, dünyanın
11, Azərbaycanın 19 ali
təhsil ocağında
tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin faydası və lazımlılıq dərəcəsi
bizim işimizin həm mürəkkəbliliyini,
həm çoxşaxəliliyini,
həm də cəmiyyətimiz, gələcəyimiz
üçün vacibliyini
bir daha vurğulayır”.
Kamal Abdullayev deyib ki, Prezidentin bu ili “Multikulturalizm
ili” elan etməsi bütün Azərbaycan xalqının
əsrlərdən bəri
bu günə qədər bu istiqamətdə tolerantlıq,
birgəyaşayış, başqa
millətin, fərqli dinin nümayəndəsinə
hörmət xüsusiyyətlərini
əxz edərək küll halında dünya ictimaiyyətinə
təqdim etmək məqsədi daşıyır:
“Cənab Prezident məhz Azərbaycan xalqının və dövlətçiliyinin əsrlərdən
bəri əldə etdiyi nailiyyətlərin multikulturalizm çərçivəsində
dünyaya təqdim edilməsinə arxalanıb,
əsaslanıb 2016-cı ili
Azərbaycanda “Multilkulturalizm
ili” elan edib. Bu Sərəncamdan
sonra bizim üzərimizə düşən
vəzifə vətəndaş
cəmiyyətimizi koordinasiya
edib müvafiq qurumlarla bu istiqamətdə
ümumi işi həyata keçirməkdir.
Bu gün Azərbaycanda
bütün dinlərin
və millətlərin
nümayəndələri sərbəstdir.
Bu gün Azərbaycanda
hansısa bir yəhudinin, xristianın, yaxud başqa dinə mənsub şəxsin yanından keçən azərbaycanlı
ona nifrət hissi ilə yanaşmır və ya təəccüblü şəkildə baxmır.
Azərbaycanın belə bir təcrübəsi isə
Avropada maraqla qarşılanır.
Azərbaycanın multikulturalizm modeli bir növ katalizator
rolunu oynayır. Avropanın bir
çox qabaqcıl ölkələri multikulturalizm
ənənələrindən əl çəkib.
Amma Prezident İlham Əlyevin də söylədiyi kimi multikulturalizm ənənələri
Azərbaycanda həmişə
yaşayır və yaşayacaq”.
Dövlət müşaviri bildirib
ki, BBMM Təhsil, Mədəniyyət və
Turizm nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
AMEA və digər təşkilat və nazirliklərlə əməkdaşlıq
edir və birgə təkliflər paketi üzrə işi yekunlaşmaq üzrədir:
“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
birgə təkliflər
paketi yaxın zamanda ölkə Prezidentinə təqdim ediləcək”.
Akademik
“Multikulturalizm ili” çərçivəsində BBMM-in xaricdə filiallarının
yaradılacağının, universitetlərdə “Azərbaycan
multikulturalizmi” kafedralarının
açılacağının, bölgələrdə Yaradıcılıq
fakültələrinin təşkilinin
nəzərdə tutulduğunu
diqqətə çatdırıb.
Daha sonra o, jurnalistlərin suallarını
cavablandırıb. O bildirib:
“Xalq diplomatiyası çərçivəsində ermənilər Azərbaycana
gələrkən Bakıdakı
erməni kilsəsini görəndə təəccüblənmişdilər
ki, Azərbaycanda erməni dilində kitablar, materiallar səliqə-sahmanla qoruyub
saxlanılır: “Onlar
Moskvaya zəng vurub deyirdilər ki, mən Bakıda
filan qiymətli əlyazmanı gördüm.
Bu, Azərbaycan xalqının dini, mənəvi və intellektual dəyərlərə
verdiyi qiymətin nümunəsidir”. O bildirib ki, Azərbaycanda ermənifobiya yoxdur: “Azərbaycanda ermənifobiyanın
olmadığını dünya
yavaş-yavaş başa
düşməkdədir. Biz ermənifobiya ilə yaşamadığımızı hər
addımımızda göstəririk.
Bizdə
ermənifobiya yoxdur”.
K.Abdulla
əlavə edib ki, xalq diplomatiyasının
davamı maraqlı ola bilərdi:
“Üçüncü ölkələr
də bunu davam etmək istəyirdilər. Amma ermənilər
bundan imtina etdilər. Azərbaycan xalqının ermənilərlə
birgə yaşamaq potensialı var. Münaqişənin
sülh yolu ilə həll olunması potensialı bitməyib. Biz sülhün tərəfdarıyıq”.
O, həmçinin bildirib ki, Nardaranda “Bilik evi”nin yaradılması planlaşdırılır: “Nardaran camaatı ilə söhbətlər aparılacaq, onların multikultural əhvalı, dinə, dövlətə münasibəti istiqamətində bir çox iş görüləcək. Nardaran sakinləri buna mənən hazırdır. Nardaranda və Bakının başqa kəndlərində çox dəyərli ziyalılarımız olub və var. Bizim əsas dayaq nöqtələrimiz o insanlar olacaq”.
Aysel XIDIROVA
Kamal
Abdullayev: “Bizdə ermənifobiya yoxdur”
“AZƏRBAYCAN
XALQININ ERMƏNİLƏRLƏ BİRGƏ YAŞAMAQ
POTENSİALI VAR”
Mədəniyyət
Oxunub:
62 dəfə
Facebook Twitter
MySpace Google a - A +
23.01.16 16:26
Kamal
Abdullayev: “Bizdə ermənifobiya yoxdur”<b
style="color:red"></b>
Dünən
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin Himayəçilik Şurasının sədri,
akademik Kamal Abdullayev “Multikulturalizm ili” ilə bağlı mətbuat
konfransı keçirib.
K.Abdullayev
bildirib ki, “Multikulturalizm ili”nin əsas məqsədi Azərbaycan
xalqının birgə yaşayış, tolerantlıq ənənələrini
dünyaya daha geniş şəkildə təqdim etməkdir.
Onun sözlərinə görə, multikulturalizm özündə
birgəyaşayış, çoxmədəniyyətlilik
anlayışı ilə bərabər şəfqət və
mərhəmət hisslərini ehtiva edir: “Öz-özgə”
qarşıdurması xalqımızın formalaşma tarixi
boyunca özünün ən yumşaq şəklində təzahür
edib. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan olunması haqqında
imzaladığı Sərəncamdan sonra bu məsələyə
daha böyük maraq və diqqət göstərilir. Azərbaycan multikulturalizmi yeni bir
elmdir, intellektual, yaradıcı sahədir. Bu elm Azərbaycan
psixologiyasını, ədəbiyyatını, mənəviyyatını,
bu gününü və perspektivlərini özündə əks
etdirir. Azərbaycan multikulturalizmi model kimi multikulturalizm ənənələrindən
uzaqlaşmaq istəyən bir çox ölkələr
üçün örnəkdir. İndiyə qədər
Avropa, Kanada, Avstraliya multikulturalizmi modelləri mövcud idisə, indi artıq dünyada Azərbaycan
multikulturalizmi modeli də tanınmaqdadır və onun
kökündə azərbaycançılıq mədəniyyəti,
intellekti və potensialı dayanır. Azərbaycanın
multikulturalizm modeli işləkdir. Bu, dostlarımızı
sevindirir, bədxahlarımızı isə qıcıqlandırır.
Azərbaycan
multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi, örnək dəyərlərə
malik ölkə kimi tanıdılmasının nəticəsidir.
Bu gün “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabının nəşri,”Azərbaycan
multikulturalizmi” dərsliyinin yazılması, eyniadlı fənnin
proqramının tərtib olunaraq dünya universitetlərinə
təqdim edilməsi, dünyanın 11, Azərbaycanın 19 ali
təhsil ocağında tədris olunan “Azərbaycan
multikulturalizmi” fənninin
faydası və lazımlılıq dərəcəsi bizim
işimizin həm mürəkkəbliliyini, həm
çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz
üçün vacibliyini bir daha vurğulayır”.
Kamal
Abdullayev deyib ki, Prezidentin bu ili “Multikulturalizm ili” elan etməsi
bütün Azərbaycan xalqının əsrlərdən bəri
bu günə qədər bu istiqamətdə tolerantlıq,
birgəyaşayış, başqa millətin, fərqli dinin
nümayəndəsinə hörmət xüsusiyyətlərini
əxz edərək küll halında dünya ictimaiyyətinə
təqdim etmək məqsədi daşıyır: “Cənab
Prezident məhz Azərbaycan xalqının və dövlətçiliyinin
əsrlərdən bəri əldə etdiyi nailiyyətlərin
multikulturalizm çərçivəsində dünyaya təqdim
edilməsinə arxalanıb, əsaslanıb 2016-cı ili Azərbaycanda
“Multilkulturalizm ili” elan edib. Bu Sərəncamdan sonra bizim üzərimizə
düşən vəzifə vətəndaş cəmiyyətimizi
koordinasiya edib müvafiq qurumlarla bu istiqamətdə ümumi
işi həyata keçirməkdir. Bu gün Azərbaycanda
bütün dinlərin və millətlərin nümayəndələri
sərbəstdir. Bu gün Azərbaycanda hansısa bir yəhudinin,
xristianın, yaxud başqa dinə mənsub şəxsin
yanından keçən azərbaycanlı ona nifrət hissi ilə
yanaşmır və ya təəccüblü şəkildə
baxmır. Azərbaycanın belə bir təcrübəsi isə
Avropada maraqla qarşılanır.
Azərbaycanın
multikulturalizm modeli bir növ katalizator rolunu oynayır.
Avropanın bir çox qabaqcıl ölkələri
multikulturalizm ənənələrindən əl çəkib.
Amma Prezident İlham Əlyevin də söylədiyi kimi
multikulturalizm ənənələri Azərbaycanda həmişə
yaşayır və yaşayacaq”.
Dövlət
müşaviri bildirib ki, BBMM Təhsil, Mədəniyyət və
Turizm nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi, AMEA və digər təşkilat və nazirliklərlə
əməkdaşlıq edir və birgə təkliflər paketi üzrə işi
yekunlaşmaq üzrədir: “Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin birgə təkliflər paketi yaxın zamanda
ölkə Prezidentinə təqdim ediləcək”.
Akademik
“Multikulturalizm ili” çərçivəsində BBMM-in xaricdə
filiallarının yaradılacağının, universitetlərdə
“Azərbaycan multikulturalizmi” kafedralarının
açılacağının, bölgələrdə
Yaradıcılıq fakültələrinin təşkilinin nəzərdə
tutulduğunu diqqətə çatdırıb.
Daha
sonra o, jurnalistlərin suallarını cavablandırıb. O
bildirib: “Xalq diplomatiyası çərçivəsində
ermənilər Azərbaycana gələrkən Bakıdakı
erməni kilsəsini görəndə təəccüblənmişdilər
ki, Azərbaycanda erməni dilində kitablar, materiallar səliqə-sahmanla
qoruyub saxlanılır: “Onlar Moskvaya zəng vurub deyirdilər
ki, mən Bakıda filan qiymətli əlyazmanı
gördüm. Bu, Azərbaycan xalqının dini, mənəvi
və intellektual dəyərlərə verdiyi qiymətin
nümunəsidir”. O bildirib ki,
Azərbaycanda ermənifobiya yoxdur: “Azərbaycanda ermənifobiyanın
olmadığını dünya yavaş-yavaş başa
düşməkdədir. Biz ermənifobiya ilə
yaşamadığımızı
hər addımımızda göstəririk. Bizdə ermənifobiya
yoxdur”.
K.Abdulla
əlavə edib ki, xalq diplomatiyasının davamı
maraqlı ola bilərdi: “Üçüncü ölkələr
də bunu davam etmək istəyirdilər. Amma ermənilər
bundan imtina etdilər. Azərbaycan xalqının ermənilərlə
birgə yaşamaq potensialı var. Münaqişənin
sülh yolu ilə həll olunması potensialı bitməyib.
Biz sülhün tərəfdarıyıq”.
O, həmçinin
bildirib ki, Nardaranda “Bilik evi”nin yaradılması
planlaşdırılır: “Nardaran camaatı ilə söhbətlər
aparılacaq, onların multikultural əhvalı, dinə,
dövlətə münasibəti istiqamətində bir
çox iş görüləcək. Nardaran sakinləri buna
mənən hazırdır. Nardaranda və Bakının
başqa kəndlərində çox dəyərli
ziyalılarımız olub və var. Bizim əsas dayaq nöqtələrimiz
o insanlar olacaq”.
Aysel
XIDIROVA
525-ci qəzet.- 2016.- 23 yanvar.- S.7