Qüdrət Bülbül :"Diasporların ortaq fəaliyyətinə birgə dəstək verməyi düşünürük"

 

 

"Xaricdə Yaşayan Türklər Qohum Topluluqlar" Qurumu (YTB) Türkiyənin yeni qurumlarından biri hesab olunur.

 

Müsahibimiz qurumun rəhbəri Qüdrət Bülbül YTB-nin fəaliyyəti, prioritetləri, planları barədə ətraflı məlumat verib.

 

-Qüdrət bəy, "Xaricdə Yaşayan Türklər Qohum Topluluqlar" Qurumunun yaradılmasında əsas məqsəd idi?

 

- Bizim qurum Türkiyədə geniş perspektivi ilə tanınır. Bir cümlə ilə ifadə etmək lazım olarsa, yeni Türkiyəni tarixi, coğrafiyası toplumu ilə barışan bir Türkiyə olaraq təyin edirəm. Biz digər türkdilli soydaşlarımızla birlikdə uzun köç mədəniyyətinin övladlarıyıq. Bu anlamda bu kökdən qidalanan nəsillər dünyanın hər yerinə yayılması ilə bərabər sıx olaraq yaşadıqları yerlər var. İki yüz ildir ki, ulus dövlətlərlə birlikdə öz içimizə qapanmışıq. Hətta 1990-cı illərə qədər, məsələn, Qafqazda qədər soydaşlarımızın yaşadığını Türkiyədə soruşsaydınız, buna qədər adam doğru cavab verə bilərdi, demək çətindir. Türkiyə 1980-ci illərdən, Turqut Özalın zamanından başlayaraq dünyaya daha çox açılan, əlaqələr quran bir hala gəldi. Zaman-zaman bu səylər davam etdi. Amma 2000-ci ildən başlayaraq Türkiyə öz coğrafiyası, tarixi ilə barışan bir ölkə oldu. Biz buna "Yeni Türkiyə" deyirik. Tarixin bir dönəmini qəbul edib, başqa bir dönəmi rədd etməyən, onu bütöv tarix olaraq qəbul edən perspektiv - tarixlə barışmağı ehtiva edir. Beləliklə, uzun illər başlı-başına buraxılan xaricdəki vətəndaşlarımız, soydaşlarımız, həmvətənlərimizlə yaxından maraqlanmaq lazım idi. Avropada yaşayan milyonlarla vətəndaşımız, bir çox diaspor qurumlarımız var. Son 150 ildə Afrika, Asiya, Yaxın Şərq, Qafqazda yaşayan soydaşlarımızla əlaqələrimiz kəsilmişdi. Bizim 100 il əvvəlki baş nazirimiz bir misirli, 140 il öncəki bir tunisli idi. Hətta Krımda İsmayıl Qaspıralının nəşr etdiyi bir qəzet ("Tərcüman" - red.) İstanbulda çox yaxından izlənilirdi. Yaxın keçmişdə isə bu əlaqələr unudulmuşdu. Bu mənada həmin əlaqələri yenidən canlandırmağa çalışırıq. YTB-nin fəaliyyətində üç istiqamət var: birincisi, diaspor fəaliyyəti, ikincisi, soydaş qohum topluluqlarla , nəhayət, üçüncüsü, beynəlxalq abituriyentlərə dövlət burslarının (təqaüdlərinin) verilməsi. Mənim universitetdə təhsil aldığım illərdə belə bir fikir ətrafında diskussiya gedirdi: türk dili elm dili ola bilərmi? Bizim müəllimlər deyirdi ki, ola bilməz. Amma bu gün dünyanın hər tərəfindən yüzminlərlə insan Türkiyəyə gəlmək, təhsillərini türk dilində almaq istəyirlər.

 

- Mədəniyyət sahəsində hansı layihələrə önəm verirsiniz?

 

- Mədəniyyət bizim fəaliyyətimizin ikinci istiqamətinə aiddir. Tarix əlaqələrimizin dərin olduğu bir coğrafiya bu coğrafiyada tariximiz var. Bizim kimliyimizə daha çox dəyər verən ortaq bir keçmişimiz olub. Bu istər Türkiyəyə, istərsə Azərbaycana aiddir. Amma son yüz ildə ortaya bir unutqanlıq çıxır. Bu sahədə ortaq mədəni dəyərləri ortaya çıxaran bir çox layihələrimiz, fəaliyyət istiqamətlərimiz var. Məsələn, ötən ilin oktyabr ayında gerçəkləşdirdiyimiz "Çanaqqala 100 il sonra" layihəsi bunlardan biri idi. Yüz il əvvəl Osmanlı dövlətinin təşəbbüsü ilə Suriya, Fələstin və Liviyadan 30 nəfərədək alimyazardan ibarət heyət Çanaqqalaya gəlmiş, qanlı savaşın getdiyi bu torpaqda baş verənləri öz gözləri ilə görmüşgeri döndükdən sonra cəbhədə gördüklərini qələmə alaraq baş verən hadisələri bütün dünyaya anlatmağa çalmışdılar. Yüz il sonra biz bu tarixi səfəri yenidən canlandırmaq, təkrar etmək məqsədilə ərəb ölkələri də daxil olmaqla dünyanın müxtəlif yerlərindən tarixçi, yazıçı, media nümayəndələrini bir araya gətirdik. Səfərdə Suriya, Livan, Fələstin, İordaniya, İraq, Səudiyyə Ərəbistanı, Azərbaycan, Misir, Tunis, Yəmən, BosniyaKosovodan nümayəndələr iştirak edirdi. Biz il boyu elan etdiyimiz mədəniyyət layihələrinə dəstək veririk. Tarixi ortaq şəxsiyyətimiz olan İsmayıl Qaspıralı ilə bağlı da layihə gerçəkləşdirdik. Məsələn, Krımdakı tarixi-mədəni əsərlərin də identifikasiyasını apardıq. Krıma gedən heyət əcdadlarımızdan bizə qalan - daşdan başlayaraq sənədlərə qədər hər şeyin qeydiyyatını apardıq. Nəticədə ortaya qalın bir kitab çıxdı. Digər bir layihə "Sözlü tarix"dir. 1944-cü ildə oradakı insanları öz ata-baba yurdlarından sürgün etdilər. Bu tarixlə bağlı bir fəaliyyət yox idi. Bu baxımdan biz 80-90 yaşında adamlarla müsahibələr apardıq və ortaya sənədli bir tarix qoyduq. Bənzər layihəni Ahıska türkləri ilə bağlı da həyata keçirməyi düşünürük.

 

- 2016-cı ili "Kosovo ili" elan etmisiniz. Bu layihə vəd edir türk dünyasına?

 

- Fəaliyyət sahəmiz çox genişdir sanki bir okeanda üzməyə çalışan qurumuq. Belə qərara gəldik ki, bu ili bir ölkəyə həsr edək orada daha sıx tədbirlər keçirək. İlk olaraq Balkanlardan, Kosovodan başladıq. Gələcəkdə biz "Azərbaycan ili", digər ölkələrlə bağlı layihələr elan edə bilərik. Bizim digər qurumlar da bu layihəni çox müsbət qarşıladılar. Ümid edirəm ki, uğurlu bir layihə olacaq. İlboyu Kosovo ilə bağlı elmi, mədəni layihələrə dəstək verəcəyik.

 

- Azərbaycanla əməkdaşlıq istiqamətində hansı perspektivlər var?

 

- Azərbaycan Strateji Araşdırmalar Mərkəzi çox gözəl bir layihə gerçəkləşdirmişdi və mən də ona qatılmışdım. Bu baxımdan SAM ilə əlaqələrimiz var və gələcəkdə bunu daha da genişləndirməyi düşünürük. Diaspor ilə bağlı da Azərbaycanla birgə fəaliyyətimiz ola bilər. Türkiyə ilə Azərbaycan diasporunun ortaq fəaliyyətinə birgə dəstək verməyi düşünürük.

 

- Müsahibələrinizin birində soydaşqohum topluluqlarla əlaqələr baxımından yüz il öncəkindən daha yaxşı bir vəziyyətdə deyilik, demisiniz...

 

- SSRİ-nin dağılmasından sonra yaxşı bir nöqtəyə gəldik. Aradan keçən 20-25 ildən sonra artıq biz bir araya gəlib bir-birimizlə danışa bilirik. Qeyd etdiyim kimi yüz il öncə İsmayıl Qaspıralının qəzeti İstanbulda izlənilirdi. Misirdə çıxan bir jurnal İstanbulda tanınırdı. Amma bu gün 100 il öncəki durumda olduğumuzdan əmin deyiləm. Yeni Türkiyənin qurumları çox sahələrdə öz fəaliyyətlərini genişləndirirlər. Ona görə ki, bu gün mən də daxil olmaqla bütün məmurları toplayaraq, məsələn, Misirdən məmur bürokrat adı deyin, soruşsaq, cavab vermələrindən əmin deyiləm. Ankaradakılara Bakıdan 3 qəzetçi adı soruşsanız doğru cavab vermələrinə də ümid etmirəm. Yəni əvvəlcə bir-birimizi tanımalıyıq ki, ortaq bir mədəniyyətin övladları olduğumuzu daha yaxşı bilək. Ona görə bir çox eyni məslək adamlarını zaman-zaman bir araya gətiririk. Qət edəcəyimiz məsafə önəmlidir. Hələ ki, yolumuzun əvvəlindəyik. Türkiyə ilə Azərbaycan dostqardaş ölkədir. Yazıçı, qəzetçi, alim, məmur və başqalarının bir-birini daha çox tanımaları lazımdır. Bizbunun üçün əlimizdən gələni edirik. Bu baxımdan bizim üçün mədəni fəaliyyətlər də çox dəyərlidir. Çünki mədəniyyət bir təməlin ən mühüm ünsürüdür. Bir toplumun torpağı işğal edilsə, o, qurtula bilər, amma mədəniyyəti işğal olunsa, mədəniyyətini itirsə, onun təkrar özünə gəlməsi mümkün deyil. Bu, Azərbaycanın yaşadığı bir gerçəkdir. Azərbaycan xalqı uzun illər rus işğalı altında yaşadı, amma milli kimliyini, mədəniyyətini, dilini, dəyərlərini güclə, böyük mübarizə əzmi ilə qoruyub saxladı.

 

PƏRVANƏ

525-ci qəzet.- 2016.- 26 yanvar.- S.4