Bu ilin ilk "Azərbaycan"ı
"Azərbaycan" jurnalının yanvar sayı nəşr edilib.
Jurnalın ilk səhifələrində 1990-cı ilin 20 Yanvar hadisələri anılıb. Məzahir
Süleymanzadənin "Yanvar
düşüncələri" yazısı həmin dövrün hadisələrinə,
o günlərdə fədakarcasına
gördükləri işlərə
güzgü tutur:
"...Əslində yanvarın
22-də "Səhər"in materialları hazır idi. Amma qərara gəldik
ki, qəzetin əsas materialı 20 Yanvarın günahsız qurbanlarının dəfnindən
reportaj olmalıdır.
Mən bu "günahsız qurbanlar" ifadəsini elə-belə işlətmədim.
O zaman düşmən
gülləsinə tuş
gələnlərə ekstremist
də deyirdilər, saqqallı da, yaraqlı da... "Şəhid" ifadəsini də ilk dəfə "Səhər"
qəzeti işlətdi".
"20 Yanvar... 26 il"
adlı bölməyə
Əhməd Qəşəmoğlunun
"Cavanşir" poemasından
parçalar daxil edilib.
"Poeziya" rubrikasında
Musa Yaqubun, Ağasəfanın,
Cavi Danın, Qardaşxanın, Nisə Bəyimin, Fazil Aydının şeirləri
yer alıb.
"Nəsr" bölümü
Zahid Sarıtorpağın
"Kül" romanı
ilə açılır. Burada Alpay Azərin "NATO və Rembrandt", "Qəribə
xahiş", Vüsal
Nurunun "Luvrda hadisə", Cavid Zeynallının "Dərd
qapını tanımır"
hekayələri də
verilib.
"Dramaturgiya"da Fəhminin
"Son reportaj" pyesi
var.
"Əlağa Vahid
- 120" adlı xüsusi
rubrikada unudulmaz qəzəlxanın şeirləri
sıralanıb. Vaqif Yusifli "Səni zəmanə yetirməz dübarə...", Sona Xəyal "Əlağa Vahidin mənzum məktubları"
yazılarında Vahidin
yaradıcılığından söz açıblar.
Qan Turalı "Yad et məni, qəmli-qəmli
yad et!" essesində
Mirzə Ələkbər
Sabirin həyat və yaradıcılıq
yolundan yazıb.
"Yeni tərcümələr"
rubrikasında Knyaz Qoçaq və Məmməd Orucun çevirdiyi, Aleksandr Kerdanın "Mundir",
Sevil Gültənin tərcüməsində isə
Kate Çopinin "Peşmanlıq"
və Lao Manın
"Zaman" hekayələri
yer alıb.
Qəşəm Nəcəfzadə öz
"Xatirələr"ini "Dəvə" adlı yazısında paylaşıb:
"Uşaqlıqda, yəni
15-16 yaşımacan mənimçün
dünyanın ən uzaq yeri Beyləqanın
Eyvazallar kəndi idi. Niyə? O kənddə dəvə çox idi; dəvə də niyəsə mənim uzaqlıq təsəvvürümlə bağlı
idi, elə bilirdim, harda dəvə varsa, demək, ora ən uzaq yerdir".
"Tənqid və
ədəbiyyatşünaslıq"da Safurə Quliyeva "Bir nadan sözünə
susuramsa mən..."
adlı məqaləsi
ilə Bəxtiyar Vahabzadə poeziyasının
özəlliklərinə nəzər
salıb.
"Dünya, səndən
kimlər keçdi"
rubrikasında Səadət
Vahabova Ömər Faiq Nemanzadədən söz açıb.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-
2016.- 27 yanvar.- S.7.