Mübarək
(Bəstəkar Tahir Əkbərin 70 yaşına)
Salamlayıb yüz mahalı,
bölgəni,
Xəbər yayır xəyalımın
yelkəni;
Bir ustadsan, yaratdığın
incilər
Şərqə, Qərbə tanıtdırır
ölkəni.
Zəng,
teleqram, namə
min-min: "Mübarək!",
Tahir Əkbər, yubileyin mübarək!
"Ya Rəbb", "Amin"... lal dindirən, dil açan,
Nəğmələrin eldən-elə yol açan.
Əsgərlərə ərməğanın
hərbi marş.
Sevgi, vüsal bağımızda
gül açan
Xoş məramın, saf diləyin mübarək,
Tahir Əkbər, yubileyin mübarək!
Yaz günümüz, sərt
qışımız - xatirə,
Çiçək, alqış yağışımız
- xatirə;
Sən Bakının, mən kəndimin adından -
Muğandakı çıxışımız - xatirə.
Ad, mükafat... daha
nəyin mübarək?
Tahir Əkbər, yubileyin mübarək!
Geniş
köksün gah dolub, gah boşalıb,
Mahnıların cüt qanadlı
quş olub;
Gəncə, Zəncan, Qars,
İstanbul, Qahirə...
Ay həzərat! Milyonlara qoşulub
Dönə-dönə siz də deyin: "Mübarək!",
Tahir Əkbər, yubileyin mübarək!
Oqtay Rza
əməkdar müəllim
525-ci qəzet.- 2016.- 28 yanvar.- S.7.