"İrəvanda xal qalmadı"nın premyerası nümayiş etdirilib

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti şair-dramaturq Hidayətin "İrəvanda xal qalmadı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerasını təqdim edib.

 

AZƏRTAC xəbər verir ki, Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa ötən əsrin 80-ci illərdə Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya çətinliklərdən bəhs edir.

 

Tamaşada əsas rolları Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar Əjdər Zeynalov, Könül Əbilova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva başqaları ifa ediblər.

 

Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmış səhnə əsərinin quruluşçu rejissoru musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Rövşən Cəfərovdur.

 

525-ci qəzet.- 2016.- 28 yanvar.- S.7.