Payız yağışı
Yuyulur dağ, meşə, yuyulur yarpaq,
Oxunur təbiət bax varaq-varaq.
Göyərən zəmidi, nurlanan torpaq,
Ruzi-bərəkətdi payız yağışı.
Sanırsan hər qaya qaval daşıdı,
Görürsən durnalar bağları aşdı.
Həzin
bir nəğmədi,
sevinc yaşıdı,
Köhnə rəvayətdi payız yağışı.
Çən, duman içində
çaşır ucalar,
Baxıb köks ötürür tənha qocalar.
Bir
"Vağzalı" çalır
düşən damcılar,
Şirin söz-söhbətdi payız
yağışı.
Saxlaya bilməyir budaqlar barın,
Gülür çöhrələri, xoş
duyğuların.
Yanağı qızarır gülöyşə
narın,
Sevgi, məhəbbətdi
payız yağışı.
Niyə
şair oldum
Niyə
şair oldum, Allahım niyə,
Vətənə şair yox, əsgər gərəkmiş.
O yurda, torpağa qeyrətli yiyə,
Yurdu qorumağa
bir nər gərəkmiş.
Yurd əldən getməzdi qorunsa əgər,
Bizim qəlbimizdə
təpər olmadı.
Şeirimi, sözümü oxuyan
əsgər,
Gedib bir qarış da torpaq almadı.
İgid
bir döyüşçü
doğulaydın kaş,
Soyuq səngərlərdə
duraydın gərək.
Əldən getməyəydi o torpaq,
o daş,
Gedəydin düşmənin üstünə
şirtək.
Söz çatmır dünyanın
kar qulağına,
Ürəyim partlayır qüssədən,
dərddən.
Gör kim sahib çıxıb
cənnət bağına,
Sözlə düşmən çıxmaz
tutduğu yerdən.
Tanrı
sözünü də
eşitmir nadan,
Qansız eşidərmi şair sözünü.
İndi
ayaq açıb yeriyir yalan,
Tülkü bir şir bilir
indi özünü.
Boş vədlə sağalmaz bir qanlı yara,
Silaha silahla cavab verilər.
Torpağı verməyək qəsbkarlara,
Dərdin ağlamasaq torpaqmı gülər.
Düşmən insaf bilməz, mürüvvət bilməz,
Daha hayımıza
gəlib çatan yox.
Döyüş meydanında söz
kara gəlməz,
Hamı şeir yazır, silah tutan yox.
Niyə
şair oldum, Allahım niyə,
Vətənə şair yox, əsgər gərəkdir.
O yurda, torpağa qeyrətli yiyə,
Yurdu qorumağa
bir nər gərəkdir.
Ötüşən günlər
Ötüşən günlərin yoxdu əvəzi,
Biz gəlib yetişdik
barlı günlərə.
Günlər yavaş-yavaş aparır
bizi,
Şaxtalı günlərə, qarlı
günlərə.
Günəşin üzünü örtüb
buludlar,
İndi qızınmağa günəş
gəzirik.
Yaylaqdan
enibdi kişnəyən
atlar,
Evdə oturmaqdan daha bezirik.
Qızılı geyinib qoca çinarlar,
Dağlar
çoxdan örtüb
ağ örpəyini.
Nazlanır bağlarda gülöyşə
narlar,
Küləklər süpürür dağ ətəyini.
Çiçəklər sığınıb
dar dərələrə,
Kəsilib qışların şirin
nəğməsi.
Bir sükut çökübdü
indi hər yerə,
Bir az qəzəblidi
küləyin səsi.
Uzanıb
yamanca payız gecəsi,
Təzə naxış açır damlalar yerdə.
Duyulur hər yerdə qışın nəfəsi,
Çiçəklər açılır xatirələrdə.
Dost daşı
Gözlərimi yumuram,
Oyadıram yaddaşı.
Yurd-yuva
yada düşür,
İtirdim çox yoldaşı.
Çoxlarını pir bildim,
Nə biclik, nə sirr bildim.
Ağlamalı yer bildim,
Selə döndü göz yaşı.
Kim çəkərdi bu dərdi,
Ötən ömür hədərdi.
Mənə təsəlli verdi,
Özgələr uzaqbaşı.
El dərdini ağladım,
Dost yolunu saxladım.
Hamıya
bel bağladım,
Dəydi
mənə dost daşı.
Ölümə sarı
Bir qəribəm doğma yurdda,
Ruhumu kimə
tapşırım.
Dilim söz tutmur danışam,
Sözü qələmə tapşırım.
Yollarda tükəndi səbrim,
Heç sevmədi dünya məni.
Ümidlərə bel bağladım,
Səpdi saçlarıma dəni.
O dağlardan ayrılandan,
Üstümə küləklər əsir.
Dağ vüqarım xəstə
düşüb,
Ayrılıq səbrimi kəsir.
Ömür sönür yavaş-yavaş,
Cismimdən köçüb gedirəm.
Bu dünya görmədi məni,
Səssizcə keçib gedirəm.
Heç
kimdən kömək
ummuram,
Demirəm yaramı sarı.
Vətənə gedə bilmədim,
Gedirəm ölümə sarı.
Dünya
Bu dünyanın işinə
bax,
Gecə-gündüz hey fırlanır.
Gündüzlər günəşi yanır,
Gecələr ayı nurlanır.
Həm qışı var, həm də yazı,
Gah can verir, gah can alır.
Birini ata mindirir,
Birini də atdan salır.
Ömür verir, gün verməyir,
Göz yaşını
bol eyləyir.
Son mənzilə çatmır
hamı,
Yolçunu yolda əyləyir.
Tonqal qurur, ocaq satır,
Yananı külə döndərir.
Toxumu ağac eyləyir,
Qönçəni gülə döndərir.
Qəribədi vallah dünya,
Gah zülmət,
gah işıq olur.
Gedənə bir taxta tabut,
Gələnə bir beşik olur.
Vaxtdı
Məni
gedənlərin sırasına
yaz,
İstərəm əllərim əlinə
yetə.
Qorxuram günahım çoxala bir az,
Çiynimdən mələklər inciyib gedə.
İlahi
vaxt ikən sən canımı al,
Qoy kimsə
çəkməsin qayğımı
mənim.
Unutma bəndəni, mənə
nəzər sal,
Qalmayıb dünyada bircə sevənim.
Bu titrək əllərim bənövşə dərməz,
Ömrü əritmişəm illər
uzunu.
Daha qızlar mənə gül-çiçək verməz,
Arxada qoymuşam
ömrün yazını.
Soldu zaman-zaman eşqin çələngi,
Gözümün əvvəlki işığı
yoxdu.
Daha dəyişilib güllərin
rəngi,
Canımın ağrısı, acısı
çoxdu.
Geriyə
dönmədi gözdən
itənlər,
Tay mənim
ürəyim yetim yuvadı.
Baharı
apardı ötüb gedənlər,
Bu hava özü
də özgə havadı.
Əllərim bir ələ yetişməyəcək,
Xatirə yazmağa yoxdu həvəsim.
Qəlbimin çatları bitişməyəcək,
Uca zirvələrə
yetişməz səsim.
Yediyim çörəyin dadı
dəyişib,
Ruhum uçmaq
üçün hazırdı
çoxdan.
İndi
sözümün də
dəyəri düşüb,
Axı nə umasan olmazdan, yoxdan.
Bilirəm mənim də vaxtım daralıb,
Oyaqdı həmişə vaxtın
yiyəsi.
Can alan mələk
də sifariş alıb,
Döyür pəncərəni qışın
nəfəsi.
Gedirəm
Zirvədən dönən yolçuyam,
Bir cığır
salıb gedirəm.
Dünya
adlı bir qocadan,
Dərsimi alıb gedirəm.
Dağlar
gəzdim, qəlbi uca,
Köks ötürmədim bir taca.
Baxıb
hər gülə, ağaca,
İndi əl çalıb gedirəm.
Yollarda oldum həmişə,
Məni çox sıxdı əndişə.
Boylanıb baxıb günəşə,
Xəyala dalıb gedirəm.
Üzüm ağdı, ürəyim
tox,
Çox yaşadım deyəsən
çox.
Tanrıdan bir gileyim yox,
Vaxtdı, qocalıb gedirəm.
Dərddən inciyirəm...
Hərdən bulud kimi gözlərim dolur,
Hər arzu, istəyim gül kimi solur.
Hərənin qazancı bir şeydən olur,
Dərdi dərdə qatıb kef eyləyirəm.
Qəlbim
qəfil səsdən
çaşır, ürpənir,
Sevincim ağlayır,
dərd-qəmim dinir.
Bəzən lap bezirəm, səbrim
tükənir,
Dərddən inciyirəm, səhv eyləyirəm.
Dərdin
əndişəsi çıxmır
canımdan,
Qəm-kədər dərirəm hər bir anımdan.
Dərdləri yığıram dörd
bir yanımdan,
Durna qatarıtək
səf eyləyirəm.
Həsrəti, hicranı görməmişəm
kəm,
Gələndə tək gəlmir, o da gəlir cəm.
Elə ki, üstümə yeriyir dərd-qəm,
Sinəmi gərirəm dəf eyləyirəm.
Qəhər cəllad kimi kəsir nəfəsi,
Qəlbimi yandırır hicranın səsi.
Üstümü alanda dərdin nəşəsi,
Dərdin bolluğunda kef eyləyirəm.
Tanrının həvəsi yox
Başıma gün döysə
də,
Ürəyimə qar yağır.
Çöldə şəfəqlər gülür,
Gözümdən sel-su axır.
Gələn gün, batan günəş,
Hey oyadır yaddaşı.
Mən tərpədə bilmirəm
Yolumdakı bu daşı.
Bir-birinə qarışıb,
Saçlarımda ağ-qara.
Payızın sonundayam,
Ümid yoxdu bahara.
Canım
candan qaçaqdı,
Barışmağa güman yox.
Düşmüşəm qəm selinə,
Yapışmağa saman yox.
Söykəndiyim ağacın
Barı bir kölgəsi yox.
Bu canımı almağa
Tanrımın həvəsi yox.
Yağış yağır
Göylər dolub, qan-qan deyir buludlar,
Mən də yaman tutulmuşam, bəri bax.
Ötüb keçmir dəqiqələr,
saatlar,
Bu həsrətdən yorulmuşam, bəri bax.
Ürəyimdə bir təlatüm
çırpınır,
Haldan-hala salır məni bu hicran.
Elə bil ki, şaqqıldayıb
göy sınır,
Qoymur açam
gözlərimi bu tufan.
Su çilənir gözəlliyin
üstünə,
Gül-çiçəklər qalıb boynu bükülü.
Göylər durub çöl-çəmənin
qəsdinə,
Ocaq sönüb, yel oynadır tay
külü.
Qəzəbindən göylər oyur dağları,
Sellər-sular qayalardan atılır.
Yağış çoxdan çimizdirib
bağları,
Coşqun sellər dağ çayına qatılır.
Boynun bükür neçə-neçə
arzular,
Ürəyimdə yellər əsir, qar yağır.
Yollarımı bağlayanda sel-sular,
Qəlbim, gözüm bu həsrətdən ağlayır.
Əziz MUSA
525-ci qəzet.- 2016.- 29 yanvar.- S.7