Kitabçılıq
sahəsində Azərbaycan-Gürcüstan əlaqələri
genişlənir
Yanvarın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Gürcüstan Milli Parlament Kitabxanasının baş
direktoru Giorgi Kekelidze, biblioqrafik resurslar üzrə direktor müavini Levan Taktakişvili və şöbə müdiri Rusudan Asatianini ilə görüşüb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki,
görüşdə qarşılıqlı
əməkdaşlıq məsələləri,
birgə layihələrin
işlənməsi mexanizmi
müzakirə olunub.
Azərbaycan və Gürcüstan respublikalarının 1918-1920-ci illər - ilk müstəqillik
illərində Bakıda
və Tbilisidə çap olunan qəzet və jurnallarının tam komplektlərindən
ibarət elektron məlumat bazasının yaradılması ilə əlaqədar müştərək
bir layihənin həyata keçirilməsi
barədə razılığa
gəlinib.
Həmin illərdə Bakıda və Tbilisidə çap olunan dövri mətbuat nümunələrini özündə
tam əks etdirəcək
bu layihə hər iki ölkənin
müstəqilliyinin 100 illiyi
ərəfəsində oxucuların
və mütəxəssislərin
ixtiyarına veriləcək.
Sayt Azərbaycan, gürcü,
ingilis və rus dillərində tərtib olunacaq.
Layihənin təqdimatının aprel
ayının sonlarında
Tbilisi şəhərində hər iki ölkənin
milli kitabxana direktorlarının və
alimlərinin iştiraki
ilə yüksək səviyyədə keçirilməsi
planlaşdırılır.
Layihəyə əsasən əhatə
olunan dövrdə hər iki
ölkədə dərc olunan dövri mətbuat nümunələri rəqəmsallaşdırılaraq
2018-ci ilin yaz
aylarında tam elektron
məlumat bazasından ibarət müstəqil sayt
şəklində azərbaycanlı və gürcü
oxuculara təqdim olunacaq.
525-ci qəzet.- 2016.- 29 yanvar.- S.7