Mədəniyyət və Turizm
Nazirliyinin 10 illiyi qeyd olunub
Yanvarın 29-də “JW
Marriott Absheron Baku” mehmanxanasında
Mədəniyyət və
Turizm Nazirliyinin yaranmasının 10 illiyinə
həsr edilmiş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
hökumət rəsmləri,
Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri,
media mənsubları iştirak
ediblər.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ölkənin mədəniyyət
və turizm sahələrində çalışanlar
adından Azərbaycan
mədəniyyətinin inkişafına
töhfələr verən,
hər zaman nazirliyin işini diqqət mərkəzində
saxlayan Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Nazir deyib ki, Prezident
İlham Əliyevin
2006-cı il 30 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi yaradılıb. Nazirlik fəaliyyətə başladığı vaxtdan
etibarən respublikamızda
mədəniyyətin və
turizmin inkişafı
istiqamətində mühüm
xidmətlər göstərməkdədir.
Fəaliyyət göstərdiyi müddətdə
nazirlik tərəfindən
beynəlxalq və ölkə əhəmiyyətli
yüzlərlə tədbir
keçirilib.
Prezident
İlham Əliyevin mədəniyyətimizin təbliği
və inkişafına
böyük diqqət
və qayğısından
geniş söz açan nazir deyib ki, son 10 ildə bu istiqamətdə
500 fərman və sərəncam imzalanıb,
bir sıra Dövlət proqramı qəbul edilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin
inkişafında və
möhkəmlənməsində müstəsna xidmətləri
olduğunu diqqətə
çatdıran nazir Azərbaycanın birinci xanımının ölkəmizin
mədəni irsinin təbliği, onun milli və regional səviyyələrdə mühafizəsinin
təmin olunması sahəsində gördüyü
əvəzsiz işləri
yüksək qiymətləndirib.
Bildirib ki, məhz Mehriban
xanımın ardıcıl
zəhməti və böyük xidmətləri
hesabına 10-a yaxın
maddi və mədəni irs
nümunəmiz UNESCO-nun Qeyri-maddi
mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahılarına daxil edilib.
Turizm sahəsində görülən
işlərə nəzər
salan nazir bildirib ki, bu
sahənin inkişafı
nəticəsində ölkəyə
2,5 milyon turist gəlib.
2005-ci ildən bu günə qədər ölkədəki mehmanxanaların sayı 262-dən 535-ə çatıb.
Qusarda “Şahdağ” Turizm Mərkəzi, Qəbələdə “Tufandağ” qış-yay turizm kompleksinin yaradılması ölkəmizdə turizmin mövsümiliyinin aradan qalxmasına səbəb olub.
Mədəniyyət sahəsinə daim dövlətin diqqət və qayğı göstərdiyini söyləyən Ə.Qarayev nəzərə çatdırıb ki, ötən dövr ərzində dövlət başçısı tərəfindən orden, medal və fəxri adlarla təltif olunmuş 836 nəfər mədəniyyət və incəsənət xadiminə təltif və mükafatlar təqdim olunub.
Ə.Qarayev qeyd edib ki, 10 illik yubiley münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən nazirliyin bir qrup əməkdaşına orden, medal və fəxri adlar verilib.
Tədbirdə nazirliyin 10 illik fəaliyyətini əks etdirən kataloq təqdim edilib. Həmçinin son illərdə UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahılarına daxil edilmiş tar ifaçılığı və kəlağayı simvolizminə həsr edilmiş sosial videoçarx nümayiş olunub.
Sonra fəal əməkdaşlığa görə ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarının mədəniyyət sahəsini işıqlandıran jurnalistləri mükafatlandırılıb.
Qeyd edək ki, yubiley münasibətilə nazirliyin bir qrup əməkdaşı “Fəxri mədəniyyət işçisi” və “Fəxri turizm işçisi” döş nişanları, həmçinin fəxri fərmanla təltif edilib.
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.17.