Zəlimxan Yaqub Rustavidə
anıldı
Yanvarın 28-də
Rustavi şəhərində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun xatirəsi yad edilib.
Gürcüstanda fəaliyyət göstərən
“Salam” Mədəni Xeyriyyə
Cəmiyyətinin rəhbəri
Maya Rəcəbova tədbiri
açaraq Zəlimxan
Yaqubun həyat və yaradıcılığından
söhbət açıb,
söz ustadının
xatirəsinin xalqımızın
yaddaşında uzun illər yaşayacağını
bildirib.
Rustavi Azərbaycanlılarının Mədəniyyət
Mərkəzinin rəhbəri
Xaləddin Yolçuyev,
Gürcüstan Aşıqlar
Birliyinin sədri Mayak Nemətov, Azərbaycanlıların Mədəniyyət
Mərkəzi gənclər
şöbəsinin müdiri
Nərgiz Əliyeva və başqaları çıxış edərək
Z.Yaqub yaradıcılığını
təhlil edib, xalq şairinin şeirlərində Vətənə,
xalqa və torpağa bağlılığın
əsas yer tutduğunu söyləyiblər.
Z.Yaqubun
yaradıcılığında Gürcüstan-Azərbaycan dostluğunun
tərənnüm olunduğu,
buna görə də onun yaradıcılığına
Gürcüstanda da böyük qiymət verildiyi və şairin bu ölkənin “Şərəf”
ordeni ilə təltif olunduğu bildirilib.
Aşıqlar xalq şairinin şeirlərinə bəstələnmiş
mahnılar ifa ediblər.
Sonda “Zəlimxanı
diri saxla” sənədli filmi nümayiş olunub.
Mərhumun qardaşı Çingizxan
Yaqubov şairin ailəsi
adından çıxış edərək tədbirin təşkilatçılarına
minnətdarlıq bildirib.
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.17