Odlar Yurdu Universitetində elektron kitabxana portalının təqdimatı oldu

 

REKTOR ƏHMƏD VƏLİYEV: “UNİVERSİTETİN BÜTÜN TƏDRİS BÖLMƏLƏRİ MÜVAFİQ ƏDƏBİYYATLARLA TƏCHİZ OLUNUR VƏ OXUCULARINI İSTƏNİLƏN ELM SAHƏSİNDƏ KİTABLARLA TƏMİN EDİR”

 

 

Odlar Yurdu Universitetində 2003-cü ildən fəaliyyət göstərən elektron kitabxananın yeni modelinin-elektron kitabxana portalını tələbə müəllim heyətinin istifadəsinə verilməsinin təqdimatı keçirilib.

 

Tədbirdə universitetin rektoru Əhməd Vəliyev, təhsil üzrə ekspertlər Etibar Əliyev, Nadir İsrafilov müəllim tələbə heyəti iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə universitetin rektoru Əhməd Vəliyev açıq elan edib. Rektor bildirib ki, Odlar Yurdu Universiteti 1995-ci ildən fəaliyyət göstərir: “Yarandığı gündən universitet müasir texnologiyaların nailiyyətlərini beynəlxalq standartları öz işində tətbiq edir. Universitetin Avrasiya ABŞ-ın aparıcı universitetləri ilə əməkdaşlıq əlaqələri var. Bu da universitetin tələbə müəllimlərinə öz işlərinin səmərəliliyini artırmaq üçün imkanlar yaradır”.

 

Əhməd Vəliyev bildirib ki, kitabxananın mahiyyəti hər insan üçün aydındır: “Kitabxananın intellektual bazanın saxlanmasında, gələcək nəslə ötürülməsində eyni zamanda cəmiyyətin formalaşmasında, yüksək səviyyəli kadrların hazırlanmasında rolu əvəzsizdir. Bu ildən kitabxanada böyük dəyişiklik edilib. Yeni elektron kitabxana portalı yaradılıb.  Universitetin yarandığı gündən biz kitabxanın zənginləşməsi üçün əlimizdən gələni edirik. Universitetin kitabxanası 1995-ci ildə yaradılıb. Kitabxana 300 nəfərlik oxu zalından geniş fonddan ibarətdir. Kitabxana öz fondunu daim genişləndirir. Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir oxucularını istənilən elm sahəsində kitablarla təmin edir. Kitabxana yerli nəşriyyat kitab satışı üzrə ixtisaslaşan təşkilatlarla əlaqə sayəsində Azərbaycan dilində nəşr olunan ədəbiyyatlarla təmin olunur. Xarici ədəbiyyatları isə kitabxana beynəlxalq kitab müqaviləsi nəticəsində əldə edir. Portalın elektron kataloqu ilk dəfə ABŞ-ın Konqress kitabxanasında tətbiq olunan, beynəlxalq aləmdə standart format kimi qəbul təsdiq edilən USERMARS formatı əsasında hazırlanıb”.

 

Rektor deyib ki, respublikamızda hazırda 3 mindən artıq kitabxana fəaliyyət göstərir: “Ölkədə elektron kataloqu olan kitabxanaların sayı 50-ni ötüb. Hazırkı mərhələdə Azərbaycan ədəbiyyatı virtual kitabxanasında 5 min kitab saxlanılır. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın saatında məhdud sayda oxuculara xidmət göstərdiyi halda elektron kitabxana sutkanın 24 saatı işləyir. Elektron kitabxana dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət göstərir. Elektron kitabxana portalı nəinki oxucuları elmi informasiya ilə təmin edir, həm onlara milli ideologiya əsasında informasiya dəstəyi göstərir”.

 

Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, elektron məkanda hər zaman kitablar oxuyur: “Universitetdə yaradılan elektron kitabxana portalını yüksək qiymətləndirirəm. Kitabın indiki informasiya cəmiyyətində həm əyani, həm elektron şəkildə mövcudluğu müsbət haldır. Elektron kitabxana portalının mövcudluğu universitetin inkişafına səbəb olacaq. İmkan daxilində kitabxananın zənginləşməsində köməklik göstərəcəm”.

 

Məlumat üçün bildirək ki, portalın elektron kitablar rubrikasında bütün bölmələr üzrə Azərbaycan, rus  ingilis dilində kitablar yerləşdirilib. Portalda həmçinin Heydər Əliyev Fonduna giriş mümkündür. Burada fondun fəaliyyəti, muzeyi qalereyası haqda məlumatlar verilib. Tələbələr fondun kitabxanasına girməklə burada yerləşdirilən kitabların elektron variantını oxuya bilərlər.

 

Elektron jurnallar rubrikasında elmi jurnallar Odlar Yurdu Universitetinin elmi pedaqoji xəbərləri öz əksini tapıb. Dissertasiyalar avtoreferatlar rubrikasında tələbələr elektron formada istənilən mövzunu yazmaqla seçim apara bilər.

 

Elektron portalda tələbələrin adı, soyadı e-mail ünvanı yerləşdirilib ki, bu da kitabxanaçıya tələbənin portaldan qədər vaxt istifadə etdiyinə nəzarət imkanı verir.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 30 yanvar.- S.6