Qocalıram
Qocalmağa tələsirəm,
Qalsın arxada
Beynimə sızan həqiqətsiz gözləntilərim.
Bilim: o şey ki, mənə qismət olmalıydı,
Olmadı, hamısı qaldı o tərəfdə,
Bir az dincəlim.
Atları
uşaqlar minib getsinlər daha,
Gücüm ona çatar ki, baxışlarım
Atları qamçılasın.
Bilsəniz, əllərim çəliyə
qonmağa necə tələsir,
Uçurlar çəliyin başında
yuva qurmağa.
Çəlik ağac olduğu
vaxtlar,
Başına quşlar qonardı,
İndi də yorğun quş qanadlarına bənzəyən əllər.
Əllərin siniri ölsə
də,
Ağaclar Xirosima qışında
çəliyə dönsə
də
Yaddaşları həmişə keçmişi
xatırlayır,
Yaşamaq üçün bəs
edər
Ala - toran xatirələr...
Bütün günü qocalmağa
tələsirəm,
İşləyən əllərim qocalıq puluna təhvil verilənə kimi-
Qocalmaq.
Gözlərim eynək gətirsin,
Saqqalım qar,
Əllərim çəlik...
Yaşım qocalıq pulu...
Deyirlər, qocalıq pulu da nəvə kimidir,
Əlindən tutmağa,
Səni
ora -bura dartmağa,
Aldatmağa.
Günlərin bir günü,
Qəşəm,
Qocalıq pulun gecikəndə
Sən də beş
- on manatlıq kartının
əlindən asılanda
Qoyasan kartını ayağının
altına
Çıxasan üstünə ...
Başlayasan ötən illərini
ayaqlamağa,
Başlayasan gəncliyinə söyməyə.
Başlayasan ürəyindən
Olan - qalan sevgini çıxartmağa
Baxmayasan,
ayağının altında
ağlayan uşağa...
Ayağı göbələkli atlar
Ayağı göbələkli atlar
Gəlib kəndimizin yanından keçdilər.
Çapdılar, çapdılar
Göydə buludlar
Yerdə göy atlar.
Atların nəfəsi ilə
darandı
Ağ yovşanlar,
Göy otlar.
Uşaq
vaxtı atamdan soruşmuşdum:
Atların alnındakı ağ nədi?
Atam demişdi:
Atlar otlayanda
Alnını qara batırıb
Mart qabağı.
Ayağı göbələkli atlar
Alnını vurdu buludlara
Yağış yağdı səhralara.
Ayağı göbələkli atlar
Getdilər,
Getdilər,
Gözdən itdilər.
Bizdə
onların yəhərini,
Yüyənini
Köhnə daxmaların bir
küncünə atdıq,
Unutduq.
Bir səhər ayağı göbələkli atlar
Qayıtdılar,
Bizdən
yəhərlərini istədilər,
Tapmadıq.
Məni bir az
gözlə
Sevdiyim şair Xəqani Həbiboğluna
Məni
bir az
gözlə, Xəqani
müəllim,
Bənövşəyə salam
verib gəlirəm.
Bir gül də var, səndən salam gətirib
O salamı güldən dərib gəlirəm.
Hara getdim, qabağıma sirr çıxdı,
Bir sirr açdım, milyon dənə hürr çıxdı.
Bir sevdam var, yatır,
üstü açıqdı,
Ürəyimi üstə sərib gəlirəm.
Vəfasızı vəfalıdan çox
sevdim,
Gəlsin mənə, dəysin mənə ox, sevdim.
Mən yox oldum, dəli
oldum, “yox” sevdim,
Tanımazsan, qərib-qərib gəlirəm.
Mən səni bu qədər
uzaq bilməzdim,
Uzaq yolu yaxın bilib gülməzdim.
Bu gecə yarısı durub gəlməzdim,
Ürəyimə şeir gəlib, gəlirəm.
Kənddən gəlmişəm
Mən kənddən gəlmişəm,
kənddən gəlmişəm
Əllini
aşırıb
əldən düşmüşəm.
Şəhərə mən atnan, itnən gəlmişəm,
Yovşannan, iydəynən, kolnan,
Araznan, Kürnən gəlmişəm,
Bir az ləpələnib
dalğalananda
İçimdən kükrəyib yırğalananda
Sizə
toxunuram, sizə dəyirəm
Bir az yerinizi
dar eləyirəm,
Bilirəm inciyib
Qoralanırsız
Məni
qınayırsınız,
Niyə qınayırsız?
Pəncərə oluram külək
açıram
Ağaca
dönürəm, çiçək
açıram,
Kimi görürəmsə ürək
açıram,
Sirr saxlayan deyil, mızıldanırsız.
Mənim
də gümanım səsimə çatır
Kənddən gətirdiyim hirsimə
çatır,
Arzum dilə düşür, söz eləyirsiz,
Məni
nişan verib göz eləyirsiz
Az qala ayağım torpağı
yarsın
Az qala neftimiz göylərə yağsın.
Ayaqlarım quyu
Əllərim göyə açılan
neft fəvvarəsi
Neft çıxara -çıxara,
Şeir
yaza - yaza,
Qaralır nəfəsim, təntiyir
səsim,
Məni
qınayırsınız,
Niyə qınayırsınız?
Bəzən söz deyəndə
hirsli deyirəm
Ürəkdən keçəni səsli
deyirəm,
Uzun danışana “bəsdi” deyirəm,
Hələ üstümə də
havalanırsız
Məni
tək bilirsiz, davalanırsız
Atı çağıraram bu saat bura
İti çağıraram bu saat bura,
Görərsiz atımın qanadlarını
Batırıb özünü ay işığına.
Görərsiz atımın ayaqlarını
Səkildi, batırıb qışın
qarına,
İtimin
burnnda aya baxın siz,
Atın
ayaqında yaya baxın siz
Açılır, açılır çöl
vərəqlənir,
Düzlər axşamlanır, çöl
səhərlənir
Məni
qınayırsınız,
Niyə qınayırsınız?
Amma
Yaxşı eləyirsiz, düz
eləyirsiz,
Mən günü
sabahdan dönürəm
kəndə.
A yaqlarım quyu
əllərim neft şəlaləsi.
Qoy məni bulaqlar tanımasın
Neft iyi gəlir ağzımdan.
Dəyirman
İstəyirəm gedib kənddə
dəyirman tikəm,
Söyüd saçlı arxların
üstündə tikəm,
Örkəni doğanaqdan uzaqda
tikəm,
Suların içindəki dəli
sevdanı oxusun
Dəyirmanın çarxı.
Sonra götürüb dəli sevdanı qatsın
Üyütdüyü buğdaya...
İstəyirəm gedəm, kənddə
bir taxıl əkəm,
Sünbüllər boylu olur zəmini
ayaqyalın sulayanda.
Sünbüllər yelinləyir
Ayaqlarım balıqlarla burun
- buruna
dəyəndə.
İstəyirəm eşşək arabası
ilə
taxıl daşıyım
dəyirmana,
Un tayları sığal çəksin kürəyimin
ağrısına.
Arıq
bir dəyirmançı
olum
Arılar
sevən...
Dul arvadlıar,
Qarılar sevən...
Gecə
səhərəcən buğdanın
içindəki
sevdalara əyilən.
Sonra, sonra
Üzümü bulayıb una...
Sevgilisinə unun ətrindən bir nəfəs tutan.
Göynən gedən uca quşlar,
Bulud
kimi düşsünlər
dəyirmanın başına
Uzaqdan keçən atlılar
Əlinə qoyub qaşına,
Soruşsunlar: ay bala, o uzada xal kimi qaralan
nədi,
Dəyirmandı, bir şar
tikibmiş - desinlər,
Şair
sevdası
Eşq xarabası kimi qalıb dünyanın
huşunda.
Qapısında qədim bir yazı varmış
Bu könnə dəyirmanın:
“Can bəslədim,
Eşqim
bir də cana gələ.
Neçə şeir yazdım,
sevgilim yola gəlmədi,
Bəlkə, dəyirmana gələ”.
Bizimki ayrılıqdan keçdi
Nağıl öyrənirəm ki,
sənə danışım,
Lətifə əzbərləyirəm, səni güldürüm,
Ayrılıq öyrənirəm, səni
öldürüm,
Bizimki ayrılıqdan
keçdi, qorxma.
Ayaqqabılarımı küçənin
ortasında soyunuram ki, güləsən,
Dişləri sınmış darağımın
göstərirəm ki,
qəh - qəh çəkəsən
Sənə uşaq ayaqqabılarını
göstərirəm, sevəsən
Gəlinlik paltarına baxıb
gülümsəyirəm, kədərlənəsən,
Süd kimi gəlin olasan.
Bu nədi,
Anan səni ayda çimizdirib, nədi?
Araq içirəm ki, sevinəsən,
Siqaret çəkirəm ki, güləsən,
Görürsən ki, böyümüşəm,
Görürsən ki, qocalmışam,
Bir gün də çəliyimlə güldürəcəm
səni,
Çəliyimdə bir ağ çiçək
var, ağ kəpənəyim,
Uç gəl.
Yemək
yeyəndə əllərimi
yağa batırıram
ki,anam olasan,
Çayı süfrəyə calayıram
ki, məni danlayasan.
Küçəni tərs keçirəm ki, qolumdan tutasan.
Hələ çox güldürəcəm
səni
Belim əyiləndə,
Gəl düzəlt məni
Gör qarnımı
qucaqlayıb hansı lətifəyə gülürəm?
Qəşəm
NƏCƏFZADƏ
525-ci qəzet.- 2017.- 1 aprel.- S.22.