İki tarix
Səhər-səhər rubrikası üçün
bu yazını martın 31-də yazıram. Martın 31-i unudulmaz öndərimiz Heydər Əliyevin təşəbbüsüylə Azərbaycanlıların Soyqırımı
günü kimi qeyd olunur.
99 il bundan qabaq məşum
mart günlərində Şaumyanın
rəhbərlik etdiyi bolşevik-daşnak
Bakı Kommunası on minlərlə
azərbaycanlını amansızcasına
qətl etdi. Akademik Ziya Bunyadov
yazırdı: Daşnaklar
Bakıda qırğın
törətdilər. T.Əmiryan,
Şaumyan va Lalayanın idarə etdikləri quldurlar Bakıda 10 min azərbaycanlını
məhv etdilər, şəhərdə xeyli
ev qarət edib yandırdılar,o cümlədən, indi Akademiyanın yerləşdiyi
Cəmiyyəti Xeyriyyə
binasını da oda qaladılar. Bakıdan sonra Şamaxıya keçib orda daha da artıq
qanlı cinayətlər
törətdilər.
Bu yazım 525-ci qəzetdə
apreldə çıxacaq. Aprelin 1-i
Rəsul Rzanın
ölüm günüdür.
Atamın vəfatından 36 il ötür. İndi mən atamdan səkkiz yaş böyüyəm.
Bu otuz altı ildə dünyanın gərdişində, SSRİ tarixində,
Azərbaycanın taleyində
nələr baş vermədi? Guya ki, soyuq müharibə
bitdi və belə
adlanmasa da faktiki olaraq Üçüncü Dünya
müharibəsi başlandı.
Həm də tarixdə ilk dəfə olaraq bu müharibənin
qurbanları döyüşən
orduların əsgərləri
yox,ancaq və ancaq dinc
əhalidir - qadınlar,
uşaqlar, qocalar, heç bir silahı olmayan kişilər,heç
bir günahı olmayan,sadəcə gəzintiyə,
alış-verişə, turist
səfərlərinə çıxanlar...
Əfqanıstandan, İraqdan, Suriyadan,Liviyadan
İstanbula, Nitsaya, Parisə, Londona, Nyu-Yorka, Brüsselə, Berlinə, Beslana, Moskvaya, Donbassa qədər uzanan və sərhəd tanımayan bu müharibənin ən qarşısıalınmaz
müdhiş silahı
isə öz canına qıyaraq minləri özüylə
o dünyaya aparan canlı bombalar-intiharçılardır.
Bu otuz yeddi ildə tarixin ən böyük imperiyalarından biri
SSRİ - əslində rus
Sovet sosialist imperiyası - çökdü,
dağıldı, parçalandı. Onun tərkibində olan on beş respublika
müstəqilliyinə qovuşdu.
O sıradan nəsil-nəsil
insanlarımızın uzaq və əlçatmaz xülya kimi qəlblərində yaşatdıqları
bir arzu - Azərbaycanımızın azad,
bağımsız, sərbəst
yaşamaq arzusu həyata keçdi. Bu hadisədən sonra başımıza gətirilən
bütün acı
fəsadlara baxmayaraq müstəqilliyimizə qovuşmağımız
atamı çox sevindirər, xoşbəxt
edərdi. Axı elə Sovet dövründə yazdığı Azadlıq
şeirində
bu müqəddəs
istəyin öngərənliyini
ifadə etmişdi:
Qara bir gündə
Yaralı
bir ölkənin üstündə
Dikəldi qüvvədən sərxoş
Qan ləkəli
bayraq.
Günəşli bir gündə
qəzəbli bir ölkənin üstündən
Endirildi
ölüm kölgəli bayraq.
Qollarını geniş-geniş açdı
insan.
Qucaqlaşdı günəş, hava, torpaq.
Amma Rəsul Rza bir neçə il artıq yaşasaydı bu sevinclə, fərəhlə,
bəxtiyarlıqla yanaşı
Qarabağ faciəsini, Şuşa itkisini, qəsb olunmuş bölgələrimizin,
didərgin salınmış
yüz minlərlə
insanımızın ağrı-acısını
da duymalı olacaqdı. Axı Qarabağa, Şuşaya tamah salanların qara niyyətini hələ o vaxtlarda hiss etmiş, qələmə
almışdı:
Sənə Qarabağ dedilər
Adın
qədimdir
Xalqımın mübarizə tarixi kimi.
Nəğmələrin
Qürurla doldurur qəlbimi
Qəlbimdəsən, gözümdəsən
Hara gedim, hara baxım
Mənim doğma Qarabağım.
1970
Sinəsi
qabarıq, nağıllardan
gəlmiş
Pəhləvandır Şuşam mənim
Mərdliklə, gözəlliklə qoşam mənim
Azərbaycan torpağının nur
parçası
İncə mahnılar yuvası
Pənahların yadigarı.
Sənin
doğma torpağında
neçələrin gözü
qalıb
Vətən adlı doğma
yurddan
püşk olarmı?
Pay olarmı?
Yüz bir şəhər adı çəkim
Gözəllikdə
biri sənə tay olarmı?
1980
Bir yazıda 31 Mart Soyqırımı
günü və
aprelin 1-ni - atamın vəfat gününü birdəşdirməyim təsadüfi
deyil. Öz xalqını təmtəraqsız,
hay-küysüz, parıltılı sözlərsiz,
gurultulu şüarlarsız sevən Rəsul Rza heç bir xalqa qarşı da deyildi. Nəsimiyə, Füzuliyə, Sabirə açıq məktub adlı proqram şeirində böyük
ustadlara müraciətlə
deyirdı:
Sağ olun!
Sağ olun ki,heç
bir zaman
başqa xalqa xor baxmadınız.
Tarixə
insan düşdü,
insan qaldı adınız.
Mən xalqımı sevirəm!
Bu sözün arxasında
Ömrümün çətin illəri
var.
Ümidləri, arzuları.
nisgilləri var.
Bu sözün arxasında
Məhəbbət var
yaxşı insanlara,
başqa xalqlara,
taleyinə yadlar
hökm eləyənlərə
daha çox.
Çox
yaşayın, əziz
böyük babalar,
sözünüzdə nə qərəz,
nə başqa xalqa nifrət var.
Sizə
ustadım,
sizə babam deməyə,
sizə atam deməyə
haqqım var...
Müxtəlif şeirlərindən seçdiyim misraları burda əbəs gətirmirəm. İstəmirəm ki, bundan sonra yazacağım sözlər hər hansı xalqa nifrət kimi səslənsin. Erməni faşistlərinə, nasistsayağı Qarabağı anşlyus edən işğalçılara, beşikdən türk, müsəlman düşmənliyini övladlarına yedirdən daşnak xislətli, qəddar və acımasız məxluqlara nifrətim elə atamın nifrəti qədərdir. Amma elə onun kimi bir xalq olaraq heç bir xalqa nifrət bəsləmirəm. Atam xəstəliklərinə, diabetinə rəğmən Raffinin, Sero Xanzadyanın, Silva Kaputikyanın kin, düşmənçilik, zəhər püskürən kitablarını oxuyub əsəbiləşirdi, şəkəri yüksəlirdi. Silvaya qəzəbli cavab yazdığını da yaxşı xatırlayıram. Xəlil Rza Ulutürkün Ustadım Əkrəm Cəfər adlı bu yaxınlarda çıxmış kitabında belə bir cümləyə rast gəldm. 24 yanvar 1964-cü il tarixli gündəliyində Xəlil yazır: Mehdi Hüseyn təklif edir ki, gələn çərşənbə günü rəyasət heyəti qarşısında çıxış edib hesabat verim, tələblərimi deyim. Razılaşırıq.. Silva Kaputikyanın,Ovanes Şirazın yazdığı Sən getdin... şeirinin tərcüməsini oxuyuram. Hər iki şairin ünvanına qeyri-mətbu bir söyüş fırladan R.Rza tərcüməni dinləməkdən boyun qaçırır, kabinəni tərk edir.
Mənim çatdırmaq istədiyim fikir budur ki, hər iki xalqın- azərbaycanlıların da, elə ermənilərin özlərinin də ağır günlərinə səbəb olmuş Sero Xanzadyanlara, Silva Kaputikyanlara, Zori Balayanlara, bu gün Ermənistanda hakimiyyətdə olan müharibə canilərinə görə aldadılmış, beyni zəhərlənmiş, qəlbinə nifrət, kin, qisasçılıq toxumları səpilmiş sıravi erməni insanlarına bəlkə də nifrətlə yox, hallarına acıyaraq yanaşmalıyıq ki, özləri özlərini belə yaman günə qoyublar, sözdə müstəqil dövlətlərini başqalarının maraqlarına xidmət edən buyruq quluna çeviriblər, ara qarışdırmaq işini boynuna götürmüş forpost olublar. İnanmaq istəyirəm ki, hər bir xalqın içində olduğu kimi ermənilər arasında da ağılla, məntiqlə düşünə bilən adamlar tapılacaq, dənizdən dənizə Böyük Ermənistan kimi xam xəyallara qapılmış, qonşu torpaqlarına heç bir vaxt baş tutmayacaq iddialarla başı gicəllənmiş sadə xalq ayılıb özü öz fırıldaqçı ideoloqlarının, əliəyri siyasətçilərinin cəzasını verəcəkdir.
1905-ci il,1918-ci il,1920-ci il,1937-ci il,1989-cu ildən üzü bəri hələ də davam edən düşmən qəddarlıqlarına qarşı qürurumuzu qoruyaraq, ağlayıb sızlamadan inkişaf edəcəyik, gün gündən güclənəcəyik, haqq işimizi dünya axır ki, dərk edəcək, səsimizi, sözümüzü eşidəcəkdir. Qəsbkar da layiq olduğu cavabı şübhəsiz, alacaqdır. Bir il qabaq, keçən apreldə aldığı kimi...
Ölümünün ildönümü günü oxuculara çatdırılacaq bu yazımı da Rəsul Rzanın 1942 - ci ildə yazdığı, amma bu gün üçün də aktual səslənən misralarıyla tamamlamaq istəyirəm:
Sizədir sözüm mənim eloğlu, doğma qardaş
Yaranan tarix üçün səhifədir
bu savaş.
Ürəyi bölmək olmaz
bu yaxın, uzaq deyə,
Yurdu ayırmaq
olmaz bu dərə, bu dağ deyə.
Bəlkə də Murovdağın
daha yüksəkdir başı
Çadırdağ dura bilməz Qoşqarımla yanaşı.
Ancaq alıb torpağı ovucunla qoxlasan
Ana Vətən qoxusu yayılar dörd bir yana.
İndi
bir taun kimi ölümdən
yol salaraq
Düşmən qarşıda durmuş
əlində qanlı
yaraq
Məzarlığa döndərib elini,
oylağını
Viran qoymaq istəyir məhsullu torpağını
Qurudub bulaqları qan axıtmaq istəyir
Şəhər küçələrində meyitdən
dağ istəyir.
Bəşərin tarixindən silib
sənin adını
Rüsvay etmək istəyir qızını, arvadını.
İstəyir unudasan Vaqifin nəğməsini
bulaq kimi çağlayan doğma dilin səsini
O sənin torpağında istəyir olsun ağa
Çökdürüb dizi üstə səni quru torpağa
Torpaq ki hər qarışı
sulanmışdır tərinlə
Hər otu, hər ağacı bəslənmiş əllərinlə.
Vətən tapşırdı sənə
azadlıq bayrağını
Verdi məhəbbətini: dedi:
məhv et yağını!
Vuruş
ki, bu gün,
sabah qalib
gələndə yurdun
Hamı
bilsin ki, sən də vətəni qoruyurdun!
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin
sədri
525-ci qəzet.- 2017.- 1 aprel.- S.11.