Riyaziyyat və Mexanika İnstitutunun tarixi:
keçmişə, bu günə və gələcəyə
bir baxış
(əvvəli 18 mart saylarımızda)
Hörmətli oxucular, hal - hazırda Riyaziyyat və
Mexanika İnstitutunda 222 nəfər işçi
çalışır. Onlardan 39 nəfər riyaziyyat üzrə
elmlər doktoru, 68 nəfər riyaziyyat üzrə fəlsəfə
doktorudur.
İnstitutda mənimlə bərabər
çiyin-çiyinə çalışanların əksəriyyətini
yaxından tanıyıram. Bəziləri ilə
1960-70-ci illərdə Bakı Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakültəsində eyni vaxtda təhsil
almışam. Bəziləri mənim
universitetdə çalışdığım illərdə
tələbə olublar. Bu səbəblərdən
də yeni kollektivə alışmaq, onlarla ümumi dil tapmaq mənə
o qədər də çətin olmadı. Ötən
4 il ərzində institut əməkdaşları
ilə birgə vahid komanda şəklində
çalışıb mühüm yeniliklərə imza
atmışıq. Hazırda institutda 2020-ci ilə
qədər aparılacaq elmi tədqiqat işlərinin
prioritet istiqamətləri üzərində
çalışırıq.
Məlumat üçün bildirim ki, institutda
ümumilikdə 22 şöbə fəaliyyət göstərir. Onlardan aşağıda
göstərilən 14 şöbə elmi fəaliyyətlə
məşğuldur: Funksional analiz, Funksiyalar nəzəriyyəsi,
Diferensial tənliklər, Riyazi analiz, Riyazi fizika tənlikləri,
Cəbr və riyazi məntiq, Optimal idarəetmə,
Qeyri-harmonik analiz, Hesablama riyaziyyatı və informatika, Tətbiqi
riyaziyyat, Elastiklik və plastiklik nəzəriyyəsi,
Dalğa dinamikası, Sürüncəklik nəzəriyyəsi,
Maye və qaz mexanikası.
Son illərdə
AMEA-da aparılan əsaslı elmi və təşkilatı
islahatlar nəticəsində 3 köməkçi şöbə
yaradılıb: Beynəlxalq əlaqələr, Təhsil,
İctimayətlə əlaqələr. Düşünürəm
ki, şöbələrin tarixi və indiki durumu haqqında
qısa məlumat vermək yerinə düşərdi.
Funksional analiz şöbəsi 1959-cu ildə
yaradılıb. Bu şöbənin ilk rəhbəri
akademik Zahid Xəlilov olmuşdur. Hazırda
şöbəyə professor Həmidulla Aslanov rəhbərlik
edir, şöbədə 7 elmlər doktoru, 7 fəlsəfə
doktoru çalışır. Ümumilikdə 20 nəfərin
fəaliyyət göstərdiyi şöbədə
“Diferensial operatorların spektral analizi” və “Operatorlar cəbri
və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin
tədqiqi” mövzularında elmi tədqiqat işləri
aparılır.
Funksiyalar nəzəriyyəsi şöbəsi 1959-cu ildə
yaradılıb. Bu şöbənin ilk rəhbəri
akademik İbrahim İbrahimov olmuşdur. Hazırda
şöbəyə riyaziyyat elmləri doktoru Vüqar
İsmayılov rəhbərlik edir. Şöbədə
2 elmlər doktoru, 3 fəlsəfə doktoru
çalışır. Ümumilikdə 7
nəfərin çalışdığı şöbədə
“Çoxdəyişənli funksiyaların ridge funksiyalar,
neyron şəbəkələr, xətti və qeyri-xətti
superpozisiyalarla yaxınlaşması, funksional fəzalar
üçün daxilolma teoremləri” üzrə tədqiqatlar
aparılır.
Diferensial tənliklər şöbəsi 1959-cu ildə
yaradılıb. Bu şöbənin ilk rəhbəri
profesor Şamil Vəkilov olmuşdur. Xüsusi
olaraq qeyd etmək istərdim ki, 1970-1976-cı illərdə
şöbəyə dünya şöhrətli alim, akademik
Mirabbas Qasımov rəhbərlik etmişdir. Hazırda şöbəyə professor Əkbər
Əliyev rəhbərlik edir.
Şöbədə 8 elmlər doktoru və 3 fəlsəfə
doktoru çalışır. Ümumilikdə 14 nəfərin
çalışdığı şöbədə,
“Xüsusi törəməli diferensial operatorlar nəzəriyyəsinin
bəzi məsələləri” mövzusunda tədqiqat
işləri aparılır.
Riyazi analiz şöbəsi 1981-ci ildə
yaradılmış, şöbənin ilk rəhbəri
akademik Akif Hacıyev olmuşdur. Hazırda şöbəyə
AMEA-nın müxbir üzvü, professor
Vaqif Quliyev rəhbərlik edir. Şöbədə
2 elmlər doktoru, 8 fəlsəfə doktoru
çalışır. Ümumilikdə 16
nəfərin çalışdığı şöbədə
“Harmonik analizin müasir problemləri” mövzusunda elmi-tədqiqat
işləri aparılır.
Riyazi fizika tənlikləri şöbəsi 1985-ci ildə
yaradılıb. Bu şöbənin ilk rəhbəri
dosent Rəşid Əliyev olmuşdur. Hazırda
şöbəyə AMEA-nın müxbir üzvü, professor Rauf Hüseynov rəhbərlik edir. Şöbədə 3 elmlər doktoru, 7 fəlsəfə
doktoru fəaliyyət göstərir. Ümumilikdə
13 nəfərin çalışdığı şöbədə
“Riyazi fizika məsələlərinin həll olunan bilirliyi və
həllin keyfiyyət xassələri” mövzusunda elmi-tədqiqat
işləri aparılır.
Cəbr və riyazi məntiq şöbəsi 1966-cı
ildə yaradılıb. Bu şöbənin ilk rəhbəri
Leonid Mustafayev olmuşdur. Sonralar
şöbəyə dosent Rauf Bayramov rəhbərlik etmiş,
hazırda isə dosent Əli Babayev rəhbərlik edir. Şöbədə 4 nəfər fəlsəfə
doktoru çalışır. Ümumilikdə 11 nəfərin
çalışdığı şöbədə
“Topologiya, funksional analiz və nəzəri fizikada cəbr və
məntiqin üsullarının tətbiqi” və “Nəsirəddin
Tusinin riyaziyyat və məntiq elmlərinə zularında
elmi-tədqiqat işləri aparılır.
Qeyri-harmonik analiz şöbəsi 2001-ci ildə
yaradılıb. Yarandığı gündən
şöbəyə AMEA-nın müxbir üzvü, professor
Bilal Bilalov rəhbərlik edir. Şöbədə 1
elmlər doktoru, 12 fəlsəfə doktoru
çalışır.Ümumilikdə 23 nəfərin
çalışdığı şöbədə “Freym nəzəriyyəsi
və onun tətbiqləri” və “Öz-özünə
qoşma olmayan diferensial operatorların spektral xassələri”
mövzularında elmi-tədqiqat işləri aparılır.
Hesablama riyaziyyatı və informatika şöbəsi
2001-ci ildə yaradılıb. Yarandığı
gündən şöbəyə dosent Fariz İmranov rəhbərlik
etmiş, hazırda isə dosent Həsən Nağıyev rəhbərlik
edir. Şöbədə 6 nəfər fəlsəfə
doktoru çalışır. Ümumilikdə
16 nəfərin çalışdığı şöbədə
“İdarə olunan trayektoriyaların
üçölçülü vəziyyətlər fəzasına
ekran inkası üçün proqram kompleksinin
yaradılmasının metodoloji əsaslarının işlənməsi”
mövzusunda elmi-tədqiqat işləri aparılır.
Optimal idarəetmə şöbəsi 2016-cı ildə
yaradılmış şöbəyə professor Misir Mərdanov
rəhbərlik edir. Şöbədə 6 elmlər doktoru, 1
elmlər namizədi çalışır. Ümumilikdə
15 nəfərin çalışdığı şöbədə
“Müxtəlif sistemlərlə təsvir olunan optimal idarəetmə
məsələləri” və “Azərbaycanda riyaziyyat və
mexanikanın inkişafı tarixindən”, “Təşkilat strukturlarında,
o cümlədən, təhsil müəssisələrinin idarə
olunmasında optimal qərarların qəbul edilməsi
prosesini dəstəkləyən neyro-fuzzi üsulların və
alqoritmlərin işlənilməsi” mövzularında elmi-tədqiqat
işləri aparılır.
Tətbiqi riyaziyyat şöbəsi 2007-ci ildə
yaradılmış, şöbəyə professor Qabil
Əliyev rəhbərlik edir. Şöbədə
1- elmlər doktoru, 1 fəlsəfə doktoru
çalışır. Ümumilikdə 6
nəfərin çalışdığı şöbədə
“Kiçik ölçülü sistemlərdə fiziki
mühitləri nəzərə almaqla özlü maye
hidrodinamikasının əsasları” və “Toksiki maddələrlə
zəhərlənmələrin məlumatlarının idarəedilməsi,
dinamika sistemlərinin modelləşdirilməsi”
mövzularında elmi-tədqiqat işləri aparılır.
Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsi
1969-cu ildə yaradılıb. Bu şöbənin
ilk rəhbəri dosent İsax Məmmədov olmuşdur.
Hazırda şöbəyə professor Vaqif
Hacıyev rəhbərlik edir. Şöbədə
1-elmlər doktoru, 5- fəlsəfə doktoru
çalışır. Ümumilikdə 9
nəfərin çalışdığı şöbədə
“Qeyri bircins və anizatrop konstruksiya elementlərinin əyilməsi,
dayanıqlığı və rəqsi hərəkətləri”
mövzusunda elmi-tədqiqat işləri aparılır.
Dalğa dinamikası şöbəsi 1959-cu ildə
yaradılıb. Bu şöbənin ilk rəhbəri
professor Kərim Kərimov olmuş, sonralar həmin şöbəyə
AMEA-nın müxbir üzvi Yusif Əmənzadə rəhbərlik
etmişdir. Hazırda şöbəyə
professor Cəfər Ağalarov rəhbərlik edir. Şöbədə 3-elmlər doktoru, 7- fəlsəfə
doktoru çalışır. Ümumilikdə
11 nəfərin çalışdığı şöbədə
“Bütöv mühitlə təmasda olan prizmatik cisimlərin
və örtülərin dinamikası” mövzusunda elmi-tədqiqat
işi aparılır.
Sürüncəklik nəzəriyyəsi şöbəsi
1996-cı ildən yaradılmış, hazırda professor Lətif
Talıblı rəhbərlik edir. Şöbədə
1- elmlər doktoru, 3- fəlsəfə doktoru
çalışır.
Ümumilikdə 10 nəfərin
çalışdığı şöbədə
“Deformasiyası dönməyən cisimlərin dəyişən
yüklənməsi” mövzusunda elmi-tədqiqat işi
aparılır.
1988-ci ildə yaradılmış Neftin və qazın
qeyri-xətti mexanikası şöbəsinin rəhbəri
dünya şöhrətli alim akademik Azad Mirzəcanzadə
olmuşdur. 2002-ci ildə bu şöbənin bazasında Maye və
qaz mexanikası şöbəsi yaradılıb. Hazırda şöbəyə AMEA-nın müxbir
üzvi Qeylani Pənahov rəhbərlik edir. Şöbədə 1-elmlər doktoru, 4-fəlsəfə
doktoru çalışır. Ümumilikdə
6 nəfərin çalışdığı şöbədə
“Heterogen maye axınlarında sərhəd qatların
qeyri-stasionar proseslərə təsirlərinin tədqiqi”
mövzusunda elmi-tədqiqat işləri aparılır.
Təhsil şöbəsi 2016-cı ildə
yaradılıb. Bu şöbənin rəhbəri professor
Ədalət Axundovdur. Ümumilikdə 3 nəfər
çalışan şöbə fəlsəfə doktoru,
elmlər doktoru və magistratura proqramları üzrə
yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların
hazırlanmasını təşkil edir. Təhsil
şöbəsi magistr, doktorant və dissertantların fəaliyyətini
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
Elm və Təhsil şöbəsi ilə əlaqələndirir
və lazımi sənədlərin təqdim və Təhsil
şöbəsi ilə əlaqələndirir və lazımi
sənədlərin təqdim olunmasını təmin edir.
Beynəlxalq əlaqələr şöbəsi 2015-ci
ildə yaradılıb. Şöbəyə dosent Eldar Abbasov rəhbərlik
edir. Ümumilikdə 3 nəfər
çalışan şöbə institutun xarici elmi mərkəzlər,
təşkilatlar və şirkətlərlə elmi əlaqələrinin
genişləndirilməsi və inkişafını təmin
edir.
İctimaiyyətlə əlaqələr şöbəsi
2017-ci ildə yaradılıb, şöbəyə Aynurə Cəfərova
rəhbərlik edir. Ümumilikdə 2 nəfər çalışan
şöbə institutun elmi və ictimai fəaliyyətini
ölkə və dünya ictimaiyyətinə
çatdırmaq, institutun veb səhifəsinin operativ idarə
olunmasını, yenilənməsini, məlumatların
toplanmasını, emalını və 3 dildə (azərbaycan,
ingilis və rus) dolğun, düzgün xəbərlərlə
təmin etməkdən ibarətdir.
Riyaziyyat və Mexanika İnstitutuna yeni təyin
olunduğum zaman diqqətimi çəkən məsələlərdən
biri də, institutun müasir dövrün tələblərinə
uyğun veb səhifəsinin olmaması idi. İKT sahəsində
kifayət qədər bilik və bacarığı olan
mütəxəssislərinin köməyi ilə qısa zaman
ərzində bu problemi həll etməyə müvəffəq
olduq.
Veb səhifənin ziyarətçiləri gün ərzində
institutun saytındakı müxtəlif məlumatlardan faydalana
bilərlər.
Saytın strukturu 24 əsas və 13 alt bölmədən
ibarətdir. Bu bölmələrdə İnstitutun tarixi, indiki fəaliyyəti,
rəhbərliyi, elmi şura, dissertasiya şurası, elmi və
köməkçi şöbələrin əsas fəaliyyət
istiqamətləri və əldə edilmiş elmi nəticələr
haqqında məlumatlar əks olunur.
Səhifədə həmçinin İnstitutun,
şöbələrin illlik, yarım illik hesabatları yerləşdirilir.
Veb saytda gündəlik yenilənən “xəbərlər”
bölməsində keçirilən elmi seminarlar, elmi
şuranın iclasları, görüşlər, əməkdaşların
elmi əsərləri, xarici elmi ezamiyyətləri haqqında
məlumatlar müntəzəm olaraq öz əksini tapır. İnstitutda
baş vermiş mühüm hadisələr, yubileylər,
elanlar, mükafatlar da bu bölmədə yerləşdirilir.
Qeyd etmək yerinə düşər ki, veb səhifədə
2016-cı il ərzində 231 xəbər
və elan yerləşdirilmişdir. Xəbərlər
müvafiq olaraq aylar və illərə görə arxivləşir
və istənilən zaman bu xəbərlərə baxmaq
mümkündür.
Saytda dissertasiya şurası bölməsi 7 alt bölməni
özündə birləşdirir. Bu bölmədə
dissertasiyalara dair tələblər, təqdim edilən sənədlərin
siyahısı, tövsiyə edilən elmi nəşrlər
haqqında ətraflı məlumat əldə etmək olar.
Onu da qeyd edim ki, müdafiədən öncə
iddiaçıların avtoreferatları “dissertasiyaların
avtoreferatları” bölməsinə yerləşdirilir. Bu da maraqlanan hər kəs üçün
avtoreferatların əlçatan olmasını təmin edir.
“Nəşrlər”
bölməsində institut alimlərinin il
ərzində çap etdirdikləri məqalə, kitab,
konfrans materialları yerləşdirilir.
Saytda müxtəlif kombinasiyalara uyğun axtarış
sistemi mövcuddur. Bu axtarış sistemi ilə qısa bir
zaman kəsiyində lazım olan məlumatı çevik
tapmaq mümkündür. 2016-cı il
ərzində www.imm.az saytına dünyanın 138 müxtəlif
ölkəsindən 52.000-ə yaxın baxış
olmuşdur.
(ardı var)
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet.- 2017.- 1 aprel.- S.10.