O mən deyiləm
Dostum Ramazan Əhmədova
Əlim yatmır hər işə,
Hər işin bir dəmi var.
Əl ötürür dən dişə,
Əlimin də kəmi var -
Bu mən o mən deyiləm.
Bir komamdı, bir vədə,
Bu çörəyim, bu suyum.
Gözüm yoxdu heç nədə,
Nə götürüm, nə qoyum -
Bu mən o mən deyiləm.
Şəhər bürkü, istidi,
Çağırır dağlar məni.
Başımdakı tüstüdü,
Kim belə ağlar məni -
Bu mən o mən deyiləm.
Gedirəm, e... gedirəm,
O əvvəlki sayaq yox.
Hara getsəm - bitirəm,
Ürək çəkir, ayaq
yox -
Bu mən o mən
deyiləm.
Bir gözəl qocalığam,
Gözüm üstə qaş kimi.
Vurun, çıxın - qalığam,
Bitmişəm bir daş kimi -
Bu mən o mən
deyiləm.
Şiş qayalar göy sağır,
Bulaq da dərədədi.
Yamaclarda
çal-çağır...
Qulaq da dərədədi -
Bu mən o mən
deyiləm.
İzim-tozum çöllərin,
Gözə dönüb axıram.
Əsiriyəm illərin,
Elə göyə baxıram,
Bu mən o mən
deyiləm.
Əkdiyimdə bəhər çox,
Nübarlar göndərmişəm.
Dost gələndə süfrə
yox,
Göy çəməni sərmişəm
-
Bu mən o mən
deyiləm.
İllər -aşırmaq deyil,
Köləsiyəm, köləsi.
Baxmaq yaşamaq deyil,
Öləsiyəm, öləsi -
Bu mən o mən
deyiləm.
12.03.17
Böyük oğul
Bir evin bel sütunu,
Bir evin ürəyidi.
Alnından axan təri
Bir evin çörəyidi
Böyük oğul.
Ucuz sözə qoşulmur,
Az deyir, dərin deyir.
Bir ürəyə toxunmur,
Sözünü sərin deyir
Böyük oğul.
Ağlı kəsməyən işə
Yaxın
getmir,yanaşmır.
Nur tökülür üzündən,
Deyirsən bəs danışmır
Böyük oğul.
Çöldən evə gec gəlir,
Səhər tezdən oyanır.
Kiçiyə söz deyənin
Qarşısında dayanır
Böyük oğul.
Əlləri qabar-qabar,
Əkdiyini bitirir.
Hara yolu düşürsə
Elə dartır, gətirir
Böyük oğul.
Kişi
deyir kiçiyə,
Özündən böyük sayır.
Qonşulara əl tutur,
Qohumlara
yarayır
Böyük oğul.
Bir kimsənin malında
Gözü olmaz darıca.
Külfəti çörəkləyib
Yurd qaralar ayrıca
Böyük oğul.
Bir əlsizin qayğısı
Ürəyində yük olur.
Bir evdən pərvazlanıb
Bir elə böyük olur
Böyük oğul.
09.03.17
Çöllərə səpmişəm uşaqlığımı
Seyran Səxavətə
Çöllərə səpmişəm
uşaqlığımı,
Həyətə-bacaya sığışmamışam.
Qaynar yaşamışam qaynar çağımı,
Çöllərdən, düzlərdən yığışmamışam.
Dalımca gələnə toz
uddurmuşam,
Təpələr qarşımda kiçilibdilər.
Quşlara əlimlə qoz
uddurmuşam,
O biri quşlardan seçilibdilər.
Odun daşımışam, ot daşımışam,
Yanımda tay-tuşum qeyrətlənibdir
Uşaq
kipriyimdə od
daşımışam,
Baxanlar, görənlər
heyrətlənibdir.
Çox
vədə çöllərdən
gəlməmişəm heç,
İtmişəm baharın gül naxışında.
Nə qorxu, nə hürkü bilməmişəm
heç,
Kör-kötük yığmışam Ay işığında.
Əliboş qayıtmaq - özümə
qınam,
Quzğunlar yanımda qonub qalıbdı.
Belimdə şələmdən qorxubdu anam,
Atam yerindəcə
donub qalıbdı.
Dərələr dibindən baxmışam
göyə,
Dərə dərinliyi məni sıxıbdı.
Elə darışmışam böyürtkənliyə,
Çörək yeməyim də yaddan çıxıbdı.
Suları
axarlı, çəməni
bitən,
O çöllər çöl
kimi təmizdir mənə.
Mən indi bilirəm o çöllər nədən
Özümdən bu qədər əzizdir mənə.
Qaynar yaşamışam qaynar çağımı,
Haraya yüyürən,
yetən olmuşam.
Çöllərə səpmişəm
uşaqlığımı,
Çöllərə səpmişəm - Vətən
olmuşam.
26.12.2016
Şükür sənə, ilahi!
Yazımı yaxşı yazdın,
Yaxşının naxşı yazdın.
Tanrı
baxışı yazdın,
Şükür sənə, ilahi!
Odum var, ocağım var,
Ocaqda bucağım
var.
Hamılıq qucağım var,
Şükür sənə, ilahi!
Oğul
verdin - od
oldu,
Nəvə verdin - dad oldu.
Hər biri də ad oldu,
Şükür sənə, ilahi!
Yığdığımı göl etdin,
Süfrə açdım, çöl
etdin.
Bir yaratdın, el etdin,
Şükür sənə, ilahi!
Əllərim əl tutandı,
Əlim haçan utandı?
Bu ki sənin butandı,
Şükür sənə, ilahi!
Bu didimli zamanda
Bu gedimli zamanda,
Qoymursan
əl-amanda,
Şükür sənə, ilahi!
Yaşayıram - bu yazın,
Bu baharın, bu yazın.
Sərvətimdi - ən azın,
Şükür sənə, ilahi!
Dən istədim, dən verdin,
Qədərimə tən verdin.
Nə verdinsə sən verdin,
Şükür sənə, ilahi!
Məhlə saldım-genədi,
Məhlə deyil, binədi.
Şükrüm ancaq sənədi,
Şükür sənə, ilahi!
Şükür sənə, ilahi!
18.02.17
Çarıq
Çarıq geyinərdim uşaqlığımda,
Bilməzdim hara daş, hara tikandı.
Toxunma naxışlar qatma -bağında...
Görənlər deyərdi qızqaytarandı.
Həyətə-bacaya sığışmazdım
heç,
Elə yüyürərdim,
yortardım elə.
Axşamlar evə də yığışmazdım heç,
Səkərdim quş kimi belədən-belə.
İslağa qoyardım axşam
düşəndə,
Köşəsi nəmnazik, zərrin olardı.
Yayın
ortasında adam
bişəndə
Ayağım kölgədən sərin
olardı.
Qızların üzündə çiçək
bitərdi,
Üzlərdə güllərdən ağlım
çaşardı.
Hərəsi bir cürə dil-dil ötərdi,
Hamısı mənimlə butalaşardı.
...İl ilə bağlanıb su kimi axır,
Özü yıxılanı yıxmayır
heç kəs.
Qarşıma çıxanlar başıma
baxır,
İndi ayağıma baxmayır heç kəs.
Evimdə
çəkmələr gəlməyir
saya,
Nə ona, nə buna könlüm
yatmayır.
Hansına baxıram sayadan
saya,
Birini geyməyə
heyim çatmayır.
Dinirəm, dilimə gəlir
bir deyim:
Yəqin o qızlar da yaşayır hələ.
Elə istəyirəm bir çarıq geyim,
Qorxuram qarılar
tökülüb gələ.
08.03.17
Dönmərik
Yetmişdən adlamış yaşıdlarıma
Gədikdən aşmışıq üzü o yana,
Bir də o
gədikdən bəri
dönmərik.
Min illik yuxudan dağlar
oyana,
Dərələr hayqıra - geri dönmərik.
İbrətdən ibrətdi tanrı
görkləri,
Əridər şam kimi görkdə
bərkləri.
Hələ açılmayıb tanrı dərkləri,
Hələ açılmayıb sirri
- dönmərik.
Ah çəkən namərddi,
çəkməsin ahı,
Kim görər, götürər
ahlı günahı?
Dünyanı kim tutub qalıbdı axı,
Biz də gedənlərin
biri -dönmərik.
Gədikdən o yana başqadı aləm,
Ən dərin
sükutdu, coşqudu aləm.
Kiminə
toy-büsat, kiminə
ələm,
Görünür hərənin yeri - dönmərik.
Ucalar kiçilər, kiçik
boy atmaz,
Mürgülər nə şirin
- kimsə oyatmaz.
Kişilər bir dəfə gedər, qayıtmaz,
Ölüb qayıdarıq, diri dönmərik.
05.03.17
Sevgi zarafatları
Çoxunun gözünü yolda
qoymuşam,
Çoxunun qulağı səsdədi
elə.
Açan
bənövşəni kolda
qoymuşam,
Lalələr, nərgizlər bəhsdədi
elə.
Belə
doğulmuşam, belə,
neyləyim,
Mizrabım tez gəlir telə, neyləyim.
Yad ola bilmirəm
gülə, neyləyim,
Olanım beləcə üzdədi
elə.
Bir ani baxışdan od alıram
mən,
Od alan kimi də odlanıram
mən.
Odlanan kimi də ad oluram mən,
Neyləyim, məhəbbət gözdədi
elə.
Əlimi
atıram, əlim gül dərir,
Dərdimi, ağlardan ağlara sərir.
Qapıdan qovuram, bacadan girir,
Baxıram, yenə də bizdədi elə.
09.02.17
Mənim
Vaqif imanım
Vaqif Bəhmənliyə zarafatla
Yemişdən çox yazırsan,
Qarpızdan çox yazırsan.
Göy soğanı unudub
Yarpızdan çox yazırsan,
Bir süfrə
aç, inanım.
O süfrəyə düz göyü,
Göy yanında
duz da qoy.
Göy xiyarı dilimlə,
Dilimi də duzda qoy;
Qoy duz əmsin sözlərim,
Sınandıqca sınanım.
Qulaq asım şerinə,
Şerində ki nəfim var.
Xərcə salım qoy səni,
Görən desin səhvim var,-
Qınandıqca qınanım.
Yığ başına dostları,
Özgəlikdən çıx məni.
Xətrim sənə əzizdi,
İstəyirsən çox məni,-
Məni mənsiz ananım.
Umudu mən çağırım,
Seyrana sən göz elə.
Mən sənə inanıram,
Neyləyirsən tez elə,
Mənim Vaqif imanım.
06.03.17
Cavad ZEYNAL
525-ci qəzet.- 2017.- 8 aprel.- S.23.