Lənkəranda səhər
Dəniz çağlayırdı
duman içində,
Dalğalar uzaqda köpüklənirdi.
Əsgərlər nizamla ötüb keçəndə
Yaşıl Lənkərana nur ələnirdi.
Al-əlvan çiçəklər görürdüm
ki, mən,
Orda da, burda da
işıq saçırdı.
Sanki planetin hər tərəfindən
Bizim qarşımızda güllər
açırdı.
Çiçəklər cürbəcür
- qırmızı, sarı,
Heyva, nar gülünü hələ demirəm.
Sözlə demək
olmur bütün bunları,
Rəssamlıq etməyi bilsəydim nə qəm.
Xoş ətir
tutmuşdu yaşıl
şəhəri,
Coşurdum baxdıqca çiçəyə,
gülə.
Qızıl Lənkəranın
gözəl səhəri
Fikrimdə, ruhumda nur saçır
hələ.
Vurğunu dilimə
çevirəndə mən
Evimə işıqlı
bir bahar gəlir,
Dəyişir dünyada hər şey təzədən.
Qəlbimdə bir şirin nəğmə yüksəlir
Vurğunu dilimə çevirəndə
mən.
Əzəmətli Şuşa durur önümdə,
Dağların döşündə nəğmə
yuvası.
Külək şıltaqlıqla
ötür yanımdan,
Dolur ciyərimə təmiz havası.
Yenə də çinarlar verib səs-səsə,
Arpaçay suyundan içirəm yenə.
Yenə də duyğular gəlib həvəsə,
Cumuram suların dərinliyinə.
Görürəm bu yerlər mənə tanışdır,
Surəti hələ də qalıb gözümdə.
Sərhəddə keşikçi
bir vaxt qalmışdım,
Çapmışdım atımı Muğan düzündə.
Qəlbimə baharlı
bir gənclik gəlir,
Yer tapa bilmirəm sonsuz sevincdən.
Dəyişir gözümdə
hər şey təzədən
Vurğunu dilimə çevirəndə
mən.
Zastava
Günəşdən ağarmış
yovşanlı qayaların
qaşında,
Dağların döşündə
Əzəmətli bir qala kimi
qalxır zastava.
Bax, orda - Muğanda,
Sədaqətli köhlən
atlar bir anda
Bizi aparırlar səhərlərin aydınlığına,
Gecələrin qaranlığına.
Hər qarış
yerinə bələd
olduğum
Otlaqlardan daha səs-səmir gəlmir.
Yenə də zastava girir yuxuma,
Görürəm sərhəddə keşik
çəkirəm.
Petro QORETSKI
(Ukrayna)
525-ci qəzet.- 2017.- 5 aprel.- S. 7.