BMT baş katibinin
Bakı Forumunda iştirak
imkanları müzakirə olunub
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda keçiriləcək 4-cü Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu və
onun çərçivəsində
təşkil ediləcək
Beynəlxalq Təşkilatların
Yüksək səviyyəli
Görüşü ilə
bağlı müzakirələr
aparmaq üçün
Nyu-Yorkda səfərdədir.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində ilk olaraq BMT Baş katibinin kabinet rəhbəri Maria Luiza Ribeiro Viotti ilə görüş keçirilib.
Görüşdə Əbülfəs Qarayev Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verərək, BMT-ni dünyanın ən yüksək və nüfuzlu təşkilatı olaraq bu prosesdə fəal olmağa dəvət edib. Görüşdə BMT Baş Katibinin və yaxud onun yüksək səviyyəli nümayəndəsinin iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra nazir Əbülfəs Qarayev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə görüşüb.
Nazir Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq ForumununBMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə Feltmana məlumat verərək tədbirin mövzusunun "Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu bildirib.
Görüşlərdə Azərbaycan Respublikasının BMT yanında Daimi nümayəndəsi səfir Yaşar Əliyev və digər şəxslər iştirak edib.
Daha sonra nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası-ECOSOC-un prezidenti Frederik Makamure Şava,BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycanın
dünya mədəniyyətinə
töhfəsi, dialoq və əməkdaşlıq
layihələri, Bakı prosesi və Foruma hazırlıq məsələləri
müzakirə olunub.
525-ci qəzet.- 2017.-5 aprel.- S.3.