Rejissor taleyinin zirvə məqamları

 

Kino Azərbaycan bədii mədəniyyətinin mühüm tərkib hissəsidir. Neçə-neçə onilliklər sovet ideologiyasının basqısına məruz qalsa da, kinomuz milli-mənəvi taleyimizin, xalq həyatının canlı aynası olaraq diqqətəlayiq uğurlar qazanıb. Çağdaş Azərbaycan kinosunun nailiyyətlər qazanmasında kinorejissorlarımızın misilsiz rolu olub. Taleyini, yaradıcılıq ilhamını, istedadını fanatik bir vurğunluq, inam inadla kino sənətimizin dirçəlişinə həsr etmiş belə kinorejissorlarımızdan biri mənim atam, professor, Xalq artisti Tofiq İsmayılovdur.

Ata haqqında yazmaq çox çətindir. Burada əsas sənət özünə körpəlikdən ideal saydığın bir insan barəsində mülahizələrində aludəçiliyə, subyektivliyə yol verməməkdir.

Rejissor Tofiq İsmayılov təkcə istedadlı əməksevər yox, həm olduqca iradəli adamdı. O, ilk filmini- "Ananın çırağı" 1970-ci ildə, Moskvada ali rejissor təhsili alarkən çəkib. Bundan əvvəl o, indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin  Aktyorluq Teatr rejissoru fakültəsini bitirmişdi. "Azərbaycanfilm"  kinostudiyasında  (1964-70)  zəngin kinorejissor təcrübəsi qazandıqdan sonra Moskvaya ali rejissor təhsili almağa getmişdi.

T. İsmayılov ilk filmindən təxminən 50 illik rejissor yaradıcılığı dövründə çəkdiyi 25 tam, 6 qısametrajlı, onlarla sənədli telefilmləri ilə kino sənətimizə əvəzsiz töhfələr verdi.

Bu əsərlər  Tofiq İsmayılovun rejissor  taleyinin mənəvi zirvələri idi. Onun bu bədii zirvələri fəth etməsində rejissor fərdiyyətinin orijinal sənətkar şəxsiyətinin təşəkkülündə görkəmli sənət korifeyləri Ə. İsgəndərovun, A. Rayzmanın,           A. Tarkovkinin, S. Bondarçukun  böyük  rolu olub. Atam hər zaman sənət müəllimlərini qədrşünaslıqla yad edərdi.

O deyərdi: "Keçmişi gələcəklə birləşdirməyən sənətin ömrü çox qısa olar". Fəqət T. İsmayılovun keçmişə münasibəti özünəməxsus səciyyə daşıyırdı. O, keçmişə arxiv, yaxud muzey əşyası kimi baxmırdı. Rejissor nüfuzunu tarixin dərin, mənalı ibrətli qatlarına yönəldərək, onu kinonun mövcud imkanları ilə müasirlik müstəvisinə çıxarmağa nail olurdu. Tarixiliklə müasirliyin bədii- fəlsəfi vəhdəti, T. İsmayılov sənətinin başlıca estetik xüsusiyyətidir.

Uşaq vaxtı ən maraqlı əyləncəm sərt dəmir iradəyə malik rejissor atamı prosesində, çəkiliş meydançasında, məqamında  müşahidə etmək idi. Ondan-atamdan  böyük zövq alırdım. Atam məni mənim iki bacımı da kino lentinə əbədi olaraq həqq etdi. Bir neçə filmlərində baş rolları ifa etdik.

T. İsmayılov on beş ildən artıq Türkiyədə fəaliyyət göstərdi. Memar Sinan Universitetinin Sinema TV fakültəsində professor vəzifəsində çalışdı. Sabit ciddi şəxsiyyəti, böyük sənətkar istedadı sayəsində  o, Türkiyənin mədəni həyatında əhəmiyyətli nüfuz qazandı. Ötən on beş il ərzində Türkiyə Azərbaycan mədəni münasibətlərinin təşkili intensiv inkişafında  kinorejissor  T. İsmayılovun əvəzsiz xidmətləri var.

Onun yaradıcılığı çoxşaxəlidir.Yeri gəlmişkən qeyd etmək istərdim, keçmiş SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvü olan T. İsmayılov həm səmərəli bədii yaradıcılıqla məşğul olub. Ədəbi fəaliyyətə ötən əsrin altmışıncı illərində başlamış T. İsmayılov ilk hekayəsi  " dəsmal"ı 1962-ci ildə yazıb, "Qonşular" (1978), sonralar "Sevincin yuxusu", "Şəkil- teatr", "Şəkil-kino", "Diş ağrısı" kitabları işıq üzü görüb. Uşaqlar üçün yazılmış nağıl hekayələrdən ibarət 5 kitabın, bir çox ssenarilərin müəllifidir.

Onu da qeyd etmək istərdim ki, onun ən mühüm işlərindən biri üç cilddən ibarət "Türk cumhuriyyətləri sinema tarixi"  kitabıdır.Türkiyədə çap olunmuş bu fundamental əsər türk xalqlarının mədəni-mənəvi birliyinə xidmət edən unikal tədqiqatlardan biridir.

T. İsmayılovun kino haqqındakı trilogiyası XX əsrdə türk xalqlarının mədəni birliyi haqqında yazılmış fundamental əsərlərdəndir. Burada sənətkarın mədəniyyətlərin birliyi üçün gen ümumiliyi, dini mənəvi vəhdət ideyası ön plana çəkilir. Üç cilddən ibarət kitablar göstərir ki, bədii təcəssüm baxımından türk  xalqlarının kino sənəti ruhən bir-birinə qədər yaxın doğmadır.

Bu konseptual trilogiyası ilə T. İsmayılov türkçülüyə xidmət göstərmiş şəxsiyyətlərdən biri kimi mədəniyyət tarixinə daxil ola bildi.

T. İsmayılov gözəl ailə başçısı, üç qız övladın sevimli atası, qayğıkeş həyat yoldaşı, beş oğul bir qız nəvənin əziz babası idi. Ailə onun mənəvi dayağı, ruhunun tükənməz mənbəyi olmuşdu.

Bütün bunlarla bərabər o, öz sənətinin vurğunu olan peşəkar kinorejissordu. T. İsmayılov Azərbaycan kino sənətində özünəməxsus yer tutan "Ananın çırağı" (1970), "Oxuyur Müslüm Maqomayev" (1971), "Gilas ağacı" (1972), "Bizim məhəllənin oğlanları" (1973), üç seriyalı " Vulkana doğru gedirəm" (1976-1977), "Mən mahnı bəstəliyirəm" (1978), "Əzablı yollarla" (1982), iki seriyalı "Fövqəladə vəziyyət" (1985), "Yay günlərinin xəzan yarpağı" (1987), "Sürəyya" (1989), "Son tamaşa" (1990), "Özün zaman haqqında" (1992), "Prima" (1993), "Maestro", "Gəl" kimi filmlərin müəllifidir.

T. İsmayılov görkəmli pedaqoq, rejissor təhsili sahəsində ciddi nailiyyətlər əldə etmiş professor idi. O, 1988-1994-cü illərdə Azərbaycan Dövlət  Mədəniyyət İncəsənət Universitetinin "Bədii kino televiziya rejissoru" kafedrasına rəhbərlik edib. Sərt tələbkarlıqla, humanist bir qayğıkeşliyin vəhdəti onu bir pedaqoq kimi səciyyələndirən, tələbələrinə sevdirən əsas cəhətdir . Atam istedad görəndə ürəkdən sevinir, onu həm qoruyur, həm , necə deyərlər, sonuncu tərə qədər işlədirdi.

T. İsmayılov Azərbaycan incəsənətində 70- ci illər ab-havasının yaradıcısı, istedadlı nümayəndəsidir. O, lirik-psixoloji üsluba meylli sənətkardır. Öz filmlərində milli-tarixi taleyimizi ön plana çəkən T. İsmayılov musiqi faktorundan tipik bədii obraz səviyyəsində istifadə edir. Musiqi onun realist filmlərinə romantik bir ovqat gətirir.

Hesab edirəm ki, T. İsmayılovun sənətkar fərdiyyəti üçün dünyanı musiqinin füsunkar aləmindən keçirərək dərk etmək meyli səciyyəvidir.

Atamın sənətkar şəxsiyyətinə, onun sənətinə olan məhəbbət məni incəsənət aləminə-sənətşünaslığa gətirdi. Kino problemləri üzərində tədqiqat apararkən elmi rəhbərimlə bərabər,  atam T. İsmayılov da mənim müəllimim - rəhbərim olub. Mən kino sənətimizə  , həyat hadisələrinə  münasibət bildirərkən onun sərt tələbkar nəzərləri ilə bərabər hərəkət edirəm.

T. İsmayılovun filmləri Azərbaycan kino sənətinin tarixində özünəməxsus yer tutur. Bu filmlər hələ çox-çox nəsillərin milli-mənəvi tərbiyyəsinə xidmət göstərəcək.

Məncə  bütün atalar övlad üçün doğma əzizdir. Məni atama doğmalaşdıran bir orijinal fakt da var: biz ikimiz eyni ayda anadan olmuşuq: atam aprelin 6-da, mən isə aprelin 4-də. Uşaqlıqdan çox sevərdim bizim ad günlərimizi.  Bu bir təsadüf olsa da, mənim üçün atama bağlılıq baxımından psixoloji əhəmiyyət kəsb edir. Artıq ikinci ildir  ki,  beşindən altısına keçən gecə saat 12-də mən telefon dəstəyini götürüb ona zəng vura,  ad gününü təbrik edib, ona cansağlığı, uzun ömür, işlərində müvəffəqiyyət arzu edə bilmirəm. Bu, bir ənənə idi. Bu ənənəyə sadiq qalaraq mən yenə atamın  ad gününü bu yazını yazmaqla təbrik edirəm. Ad günün mübarək, əziz atam!

 

Aygül TOFİQQIZI (HÜSEYNOVA)

Bakı Xoreoqrafiya Akademiyasının dosenti,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 6 aprel.- S.7.