Azərbaycanı öz vətənindən
az sevməyən Düsen
Kaseinov
Son illərdə TÜRKSOY türk dilində danışan ölkələrin ortaq mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, dilinin, adət və ənənələrinin təbliğində əhəmiyyətli rol oynamağa başlamışdır.
TÜRKSOY-un türkdilli ölkələrdə həyata keçirməyə başladığı böyük miqyaslı layihələr bu təşkilatın hamı tərəfindən türk dünyasının YUNESKO-su kimi qəbul olunmasına və nəhayət bir neçə il öncə Türkdilli Ölkələrin Dövlət Başçılarının sammitində türkdilli xalqların mədəniyyətinin təbliğindəki əvəzsiz rolu nəzərə alınaraq yüksək səviyyədə tanınmasına səbəb olmuşdur.
Bütün bu nailiyyətlərin əldə olunmasında son
10 il ərzində
TÜRKSOY-a uğurla və böyük entuzazmla rəhbərlik edən Düsen bəy Kaseinovun xidmətləri böyükdür. Özü mədəniyyət
xadimi olan, hələ gənc yaşlarından türk xalqlarının mənəvi
birliyinin bərqərar
olması üçün
çalışan, ali məqsədi və amalının türk dünyasının
mədəni və mənəvi birliyinə
nail olmaqdan ibarət olan Düsen bəy bu amal
uğrunda yorulmadan çalışmaqdan zövq
alan bir mədəniyyət xadimidir.
Dahi Üzeyir bəyin "Koroğlu"sunu,
"Leyli və Məcnun”unu dünyaya tanıtmaq, Astanada, Bişkekdə, Ankarada, Avstriyada, Amerikada səhnəyə qoymaq, Novruz bayramının Amerikada, Birləşmiş
Millətlər Təşkilatında
qeyd olunması də Düsen bəyin ideyası və uğurlu layihələrindən idi.
Düsen bəy Azərbaycanı ürəkdən sevən
bir insandır və ölkəmizə gəlməkdən, çox
sevdiyi Bakını gəzməkdən heç
vaxt usanmır. Və məhz buna görədir ki,
TÜRKSOY-un ən gözəl
və əhəmiyyətli
layihələri Bakıda
reallaşdırılır, ən maraqlı və uğurlu layihələri Bakıdan
start götürür. Ankarada TÜRKSOY-un iqamətgahında da ən çox və sanballı tədbirlər məhz Azərbaycan mədəniyyəti,
incəsənəti və
ədəbiyyatı ilə
bağlı olur, tez-tez azərbaycanlı sənətkarların yubileyləri
keçirilir, onların
sərgiləri, konsertləri
təşkil olunur.
Son illərdə
Azərbaycan Milli Kitabxanası TÜRKSOY-la birlikdə
həm Bakıda və Azərbaycanın digər şəhərlərində
və həm də Ankarada və digər türkdilli ölkələrdə
ən çox birgə tədbirlər keçirən bir mədəniyyət mərkəzinə
çevrilmişdir. Demək
olar ki, son 5 ildə hər il TÜRKSOY-la birlikdə həm Bakıda Milli Kitabxanada və həm də Ankarada TÜRKSOY-un iqamətgahında
həm Azərbaycanın
görkəmli şəxsiyyətlərinin
və həm də bütün türk dünyasının
ünlü şəxsiyyətlərinin
yubileyləri ilə əlaqədar çoxlu sayda kitab sərgiləri,
elmi konfranslar, kitab təqdimatları, simpoziumlar keçirilmişdir.
Və maraqlı budur ki, bu tədbirlərin
əksəriyyətinin təşəbbüskarı
məhz Düsen bəy olub və
o, həmin tədbirlərin
əksəriyyətində şəxsən özü
iştirak etmişdir.
Ankarada, İstanbulda, Astanada, Bişkekdə,
TÜRKSOY-la qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə
və ortaq türk mədəniyyətimizin
və ədəbiyyatımızın
təbliğindəki xidmətlərinə
görə Azərbaycanın
görkəmli alimləri
və mütəfəkkirləri
və Milli Kitabxananın bir sıra əməkdaşları
dəfələrlə "TÜRKSOY-un
20 illiyi" medalı
və digər medalları ilə təltif olunmuşlar və bu mükafatları
Düsen bəy Kaseinov şəxsən təqdim etmişdir.
Maraqlısı budur ki, Düsen
bəy özü etiraf edir ki,
"Mən hər dəfə öz doğma vətənim Qazaxıstana gedəndə
necə sevinirəmsə,
Bakıya və Azərbaycana gələndə
də o cür sevinirəm, mən Bakını öz doğma evim hesab edirəm!" Azərbaycan
da Düsen bəyi çox sevir, biz də onunla görüşməkdən,
həmsöhbət olmaqdan
zövq alırıq,
sevinirik! Məncə bu da səbəbsiz deyil, çünki TÜRKSOY-un bu
səviyyəyə qalxmasında
Azərbaycan xalqının
böyük oğlu, Ulu öndər Heydər Əliyevin xüsusi rolu olmuşdur. 1993-cü ilin 12 iyulunda Qazaxıstanın o zamankı
paytaxtı Almatıda
yaradılması elan olunan TÜRKSOY-un ilk yüksəksəviyyəli
iclasının Bakıda
keçirilməsinin təşəbbüskarı
da Ulu öndər
Heydər Əliyev olmuşdur və bu iclas 1993-cü ilin payızında Bakıda keçirilmişdir.
Özünün prezidentliyi dövründə
Heydər Əliyev daim TÜRKSOY-u diqqət mərkəzində saxlamış
və ona hərtərəfli dayaq olmuşdur.
Ulu öndərin mədəniyyət siyasətini
uğurla davam etdirən, mənəvi dəyərlərimizin himayədarı
olan cənab Prezidentimiz İlham Əliyev də daim TÜRKSOY-un fəaliyyəti
ilə maraqlanmış
və heç təsadüfi deyildir ki, 2009-cu ilin oktyabrında Naxçıvanda
keçirilən Türkdilli
Ölkələrin Dövlət
Başçılarının 9-cu Zirvə toplantısında
məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təklifi ilə
TÜRKSOY-un fəaliyyəti yüksək qiymətləndirərək
TÜRKSOY-u daim himayə
etmək barədə
qərar qəbul olunmuşdur. Məhz buna görə
də TÜRKSOY-un həyata
keçirdiyi bütün
layihələr və
irimiqyaslı layihələr
Azərbaycan tərəfindən
yüksək səviyyədə
dəstəklənir, Azərbaycanda
keçirilən bütün
beynəlxalq tədbirlərdə
TÜRKSOY fəal iştirak
edir.
TÜRKSOY-un və
onun Baş katibi Düsen Bəyin fəaliyyətini
yüksək qiymətləndirən
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 9 mart
2012-ci il tarixli Sərəncamı ilə Düsen Kaseinov Azərbaycan Respublikası ilə türkdilli dövlətlər
arasında mədəni
əlaqələrin möhkəmləndirilməsində
xidmətlərinə görə
ölkəmizin ən
yüksək mükafatı
olan "Dostluq" ordeni ilə təltif olunmuşdur.
Düsen bəyin fəal ictimai xadim kimi
fəaliyyəti də
diqqətəlayiqdir və
son zamanlar onun rəhbərliyi altında
TÜRKSOY dünya miqyasında
daha çox tanınmağa başlanmış
və üzv ölkələrin ictimai və mədəni həyatında daha fəal rol oynamağa
başlamışdır. Onun üzv
ölkələrin dövlət
və hökümət
başçıları ilə,
mədəniyyət və
turizm nazirləri ilə, yaradıcı təşkilatların rəhbərləri
ilə tez-tez və yüksəksəviyyəli
görüşləri TÜRKSOY-un hamı tərəfindən
qəbul olunması ilə nəticələnmişdir.
Düsen bəy həm də yaradıcı insandır və ona görə də TÜRKSOY-un təşkil
etdiyi bütün tədbirlərə yaradıcı
yanaşır və onların daha canlı və təsirli olmasına çalışır. Özü də
görkəmli musiqi xadimidir və yeri gəldikcə məharətli skripka ifası ilə hamını heyran sdir. Azərbaycan Milli Kitabxanasının
90 illik yubiley mərasimində onun skripkada ifa etdiyi
gözəl musiqi parçaları indi də çox insanların yaddaşındadır.
Düsen bəy insanlarla çox tez ünsiyyət qurmağı
və hamının qəlbini ələ almağı və ürəyinə yol tapmağı bacarır, hamı ilə birgə əylənməyi,
birgə vaxt keçirməyi çox sevir. TÜRKSOY-a qonaq gələn
hər bir nümayəndə heyəti
ilə şəxsən
görüşür, onlarla
birgə nahar edir və böyük
məmnuniyyətlə və
böyük fəxrlə
onlara TÜRKSOY-un muzeyini,
bu təşkilatın
keçdiyi 20 illik yolu əks etdirən
foto sərgiləri hamıya göstərməyi
çox xoşlayır
və bununla fəxr edir.
Tükənməz enerjisini
və bütün fəaliyyətini türk xalqlarının mədəniyyətinin,
incəsənətinin və
ədəbiyyatının təbliğinə
həsr edən və bu yolda
yorulmadan çalışan
TÜRKSOY-un genel sekreteri
professor Düsen bəy
Kaseinova Azərbaycan Milli Kitabxanasının kollektivi adından və şəxsən öz adımdan möhkəm cansağlığı,
ürəkdən sevdiyi
və bağlandığı
işlərində daha
böyük uğurlar
arzulayıram!
Kərim TAHİROV
Milli Kitabxananın
direktoru, Əməkdar
mədəniyyət işçisi,
professor
525-ci qəzet.- 2017.- 11 aprel.- S.4.