Azərbaycan xalqının tarixi ərəb
dilində
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” kitabı ərəb dilində işıq üzü görüb.
Kitab dünyanın qədim tarixə malik xalqı olan azərbaycanlıların “tərcümeyi-halı”ndan, millət kimi formalaşma dövrləri və mərhələlərindən bəhs edir.
Müstəqilliyinə XX əsrin sonlarında qovuşmuş Azərbaycan xalqının zəngin etnik, siyasi və mədəni ənənələri əsasında milli mənliyini qoruyub saxlaması, demokratik inkişaf yolu ilə irəliləməsi, özünü dünya çapında təsdiq etməsi nəşrdə tarixi faktlar və sənədli detallarla əks etdirilir.
Müsəlman-ərəb dünyasında yayımlanacaq kitabın bir çox dünya dillərinə tərcümə və nəşr edilməsi nəzərdə tutulur.
Kitabın
müəllifi Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Nizami Cəfərov,
ərəb dilinə tərcümə edən isə Misir səfirliyinin mədəniyyət məsələləri
üzrə attaşesi, filologiya
üzrə fəlsəfə doktoru
Əhməd Sami Elaydidir.
525-ci qəzet.-
2017.- 11 aprel.- S.2.