İngilis dili qrammatikasının tədqiqinə töhfə

 

Tarixin bütün dövrlərində Qərb, onun mədəniyyətinin əsas aparıcı nümayəndələri bütövlükdə Şərqə olan maraqları çərçivəsində Azərbaycan mədəniyyətinə də öz münasibətlərini göstərməklə yanaşı, ondan bəhrələniblər. Bu gün qloballaşma dünyada mədəniyyətlər arası dialoqun müəyyənləşməsinə şərait yaradıb.

Çox yaxşı haldır ki, müstəqillik əldə etdiyimiz bir dönəmdə başqa ölkələrlə müstəqil bir siyasətimiz müəyyənləşib. Bu müstəqil siyasətin müəyyənləşməsində eyni zamanda, ədəbi əlaqələrin yaranması, inkişafı çox aktual zəruri məsələlərdən birinə çevrilir ki, bu missiyanın öhdəsindən gəlmək üçün ayrı-ayrı sahələrin üzərinə konkret vəzifələr düşür. Bu vəzifələrin öhdəsindən gəlmək baxımından dilçilik elmi başqa dillərin Azərbaycanda tədrisi tədqiqi sahəsində müəyyən əsərlərin  müəyyənləşməsinə şərait imkan yaradan mövzular tədqiq olunur. Təqdirəlayiq haldır ki, belə əhəmiyyətli zəruri mövzulardan biri məhz Azərbaycanda ingilis dilinin tədqiqi məsələsidir. Bu mövzunun öyrənilməsi olduqca vacib aktual mövzu kimi ciddi elmi-ictimai maraq doğurur.

Müstəqillik illərində - son iyirmi ildə aparılan tədqiqatlar yeni istiqamət alıb. Bu səpkidə yazılan ən dəyərli əsərlərdən biri AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutu Dilçilik şöbəsinin  elmi işçisi,  filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın "Azərbaycanda İngilis  dili qrammatikasının tədqiqi tarixi" adlı monoqrafiyasıdır. Həmin əsər bu yaxınlarda ADPU-nun nəşriyyatında  işıq üzü görüb.  Əsərin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fikrət Cahangirov, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev filologiya üzrə elmlər doktoru, professor Adil Babayevdir.

Bəhs açdığımız bu əsər Azərbaycan dilçiliyinin aktual məsələlərindən birinə həsr olunmuşdur. İngilis  dilinin Azərbaycanda tədqiqi məsələləri istiqamətində müxtəlif dövrlərdə görkəmli alimlər gərəkli işlər görmüşlər. Həmin sahədə geniş, əhatəli dərin tədqiqatlar aparılsa da, yenə bəzi məsələlərin, ələlxüsus da ingilis dili qrammatikasının Azərbaycanda tərdisi tədqiqinin daha da dərindən araşdırılmasına ehtiyac vardır. Bu mənada Leyla Səfərovanın təqdim etdiyi bu monoqrafiya ilk sistemli, əhatəli elmi-tədqiqat əsəridir. Bu məziyyət monoqrafiya  mövzusunun aktuallığını şərtləndirən amillərdəndir.İngilis  dilinin yayılma arealını müəyyənləşdirərək, ölkəmizdə hansı dövrdən öyrənildiyinin tədqiq olunmasını məhz bu əsərdə ilk dəfə olaraq monoqrafik şəkildə bütün ölçüləri ilə öyrənilmişdir.

Monoqrafiya giriş, üç fəsil, nəticə, ədəbiyyat siyahısından ibarətdir.

Birinci fəsildə Azərbaycanda ingilis dili qrammatikasının tədqiqinin təşəkkülünü dərindən hərtərəfli araşdıran müəllif  qərb dillərinin Azərbaycanda tədrisi tarixini 1848-ci ildən başladığını qeyd edir. İngilis dilinin tədrisinə 1936-cı ildən başlanmasına baxmayaraq, bu dilin qrammatikası ilə bağlı Rüxsarə Qayıbovanın ilk kitabı tipoloji dilçilik baxımından xüsusi əhəmiyyətə malik olmuşdur. 60-cı illərdən sonra bu səpkidə aparılan tədqiqatlarla bağlı müəllif belə qeyd edir: "1970-80-ci illərdə artıq ingilis dilinin qrammatikası sahəsində müəyyən dərəcədə elmi potensial formalaşmışdı. Xarici dili öyrənən tələbələrin tələbatını ödəmək üçün ana dilində ingilis dilinin qrammatik quruluşunu sistemli şəkildə əks etdirən dərsliyə ehtiyac hiss olunurdu". Bu təlabatı ödəmək üçün yazılan bütün monoqrafiya kitablar, tədqiqat işlərini  gənc tədqiqatçı konseptual şəkildə araşdırmış maraqlı müqayisələr etmişdir.

Müəllif çox doğru olaraq öncə Azərbaycan ingilis dil əlaqələrinin tarixini, ikinci fəsildə isə "Azərbaycanda ali məktəblər üçün yazılmış dərslik dərs vəsaitlərində ingilis dili qrammatikası" məsələlərini tədqiqata cəlb edir. O, ingilis  dilinin tədqiqi tədrisi ilə bağlı Azərbaycanda hazırlanmış dərslik, dərs vəsaitləri tədris proqramlarını ilkin mənbə kimi göstərərək hazırlanan bu vəsaitlər içərisində dərsliklərin yerini xüsusi vurğulayır ön plana çəkir. İkinci fəslin hər üç yarımfəslində ingilis  dilinin qrammatikası ilə bağlı  azərbaycanlı alimlərin araşdırmalarını tədqiqat obyektinə çevirir dəyərli fikirlərinə mütamadi istinad edir. Azərbaycanda ingilis  dili qrammatikasının tədqiqi tədrisi məsələlərinin müqayisəli-tutuşdurma metodu ilə araşdırılması, hər iki xalqın biri-birinin dilinə, elm mədəniyyətinə olan qarşılıqlı marağının nəticəsidir. Bu ya digər məsələlərin hansı tarixdən başlanmasının sistemli şəkildə araşdırılması həm monoqrafiyanın elmi yeniliyini şərtləndirir, həm müəllifin hər iki xalqın dilinə dərin bələdçiliyinin göstərir.Müəllif əsər boyu müxtəlif fikir mülahizələrə münasibət bildirərkən konkret faktlara nümunələrə əsaslanmışdır.

Bu fəslin ən maraqlı yarımfəsillərindən biri "Müstəqillik illərində yazılmış qrammatika kitabları"dır.

Üçüncü fəsil "Azərbaycanda yazılmış tədqiqat işlərində ingilis dilinin qrammatikası" adlanır. Burda ingilis dilinin morfologiyasına, sintaksisinə dair aparılan tədqiqatlar təhlil müstəvisinə gətirilir. Aydın olur ki, XX əsrin ortalarından sonra aparılan bu tədqiqatlar həm nəzəri, həm praktik baxımdan müasir dövrdə öz aktuallığını saxlayır.

İngilis dilinin mətn dilçiliynə dair K.M.Abdullayevin, Ə.Ə.Abdullayevin, A.Y.Məmmədovun tədqiqatları həmçinin sonrakı tədqiqatçılara stimul verməsi bu fəslin əsas qayəsini təşkil edir. Bu ya bu qəbildən olan digər məsələlər bəhs etdiyimiz fəslin hər üç yarımfəslində elmi izahını tapmışdır.

Monoqrafiyada verilən məlumatlarla tanışlıqdan sonra ingilis dilinin qrammatik quruluşu onun tarixi inkişafı haqqında tam təsəvür yaranır.

Monoqrafiyanın "Nəticə" hissəsində tədqiqat boyu gəlinən nəticə qənatlər yığcam dolğun şəkildə əksini tapır, araşdırmanın nəticəsini konkret şəkildə başa düşməyə mənimsəməyə imkan verir. Mövzu ilə bağlı əldə olunmuş nəticələrin ümumiləşdirilməsi monoqrafiyanın praktik əhəmiyyətindən xəbər verir.

Bu əsərin ali məktəb tələbələri, magistr doktorantlar, həmçinin ingilis dilinin nəzəri problemlərinin müqayisəsi  ilə məşğul olan tədqiqatçılar üçün dəyərli mənbə rolunu oynayacağına əminik.

 

Zülfiyyə İSMAYIL

filologiya üzrə fəlsəfə doktoru, dosent,

AMEA Naxçıvan Bölməsi böyük elmi işçisi

 

525-ci qəzet.- 2017.- 11 aprel.- S.7.