Azərbaycan və Dağıstan turizm
sahəsində əməkdaşlığı genişləndirəcəklər
Azərbaycan və Dağıstan arasında turizm sahəsində əməkdaşlıq perspektivləri Azərbaycan Respublikası Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın görüşündə müzakirə edilib.
Görüşdə iki qurumun xətti ilə qonşu regionların turizm potensialının inkişaf etdirilməsi, turizm sahəsinə sərmayələrin cəlbi, həmçinin beynəlxalq turizmin inkişafı üçün şəraitin genişləndirilməsi məsələləri də müzakirə olunub.
Tərəflər birgə yeni quru və dəniz turizm marşrutlarının yaradılmasını müzakirə ediblər.
Xatırladaq ki, "Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi
ilə bağlı bir sıra tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin
27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən
ölkənin beynəlxalq imicinin
formalaşdırılması, marketinq
işlərinin əlaqələndirilməsi, turistlərin
məmnunluğunun və turizm
potensialının artırılması, beynəlxalq səviyyədə
tanıdılmasını təmin etmək məqsədilə
6 Fevral 2017-ci il tarixdə
Mədəniyyət və Turizm Nazirliyi yanında "Milli
Turizm Təbliğat Bürosu”
publik hüquqi şəxs
təsis edilib.
525-ci qəzet.-
2017.-12 aprel.- S.2.