Qarabağ Muğam Mərkəzi konsert proqramlarının yeni
ünvanları
Üzeyir
Hacıbəyli adına Qarabağ
Muğam Mərkəzinin
kolletivi
ötən ili uğurlu nəticələrlə
yola salıb. Adıçəkilən mədəniyyət mərkəzinin
müəllim və şagirdləri bölgədə
təşkil olunan ictimai tədbirlərdə,
tarixi günlərə,
bayramlara həsr olunmuş mərasimlərdə,
eləcə də hərbi hissələrdə
təşkil olunan görüşlərdə geniş
konsert proqramları ilə çıxışlar
ediblər.
Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun dediklərinə görə,
kollektivin yetirmələri
respublika miqyaslı müsabiqələrdə də
fəallıq göstəriblər. Mərkəzin şagirdi Ceyhunə Şıxəliyeva Xan Şuşinski adına
III uşaq muğam
festivalında üçüncü yer tutaraq xüsusi
medala və diploma layiq görülüb. Digər
şagirdlər, Zəhra Məmmədova, Nərmin Sultanova və Nəcibə Məmmədova həmin
festivalda uğurlu
iştiraklarına görə respublika mədəniyyət
və turizm nazirliyinin
fəxri fərmanları ilə təltif olunublar.
Bundan əlavə, Ceyhunə Şirəliyeva,
Zəhra Məmmədova və Nərmin Sultanova
respublika Gənclər Fondunun
dəstəyi ilə keçirilən muğam
müsabiqəsində ilk üç
yeri tutaraq xüsusi diplomlara layiq görülüblər. Mərkəzin
digər 3 nəfər şagirdi isə fəxri
fərmanlarla təltif olunub.
İstedadlı gənc xanəndələr respublikanın televiziya kanallarında təşkil olunmuş musiqi verilişlərində
muğam və xalq
mahnılarımızı məharətlə ifa
ediblər.
Muğam Mərkəzinin daha bir yetirməsi Arzu Mahmudova VI respublika televiziya muğam müsabiqəsinin finalına vəsiqə qazanıb və hazırda həmin muğam yarışmasında müvəffəqiyyətlə iştirak edir. Direktorun dediyi kimi, kollektiv üzvləri 2017-ci ili də yaxşı başlayıblar. Kollektivin müəllim və şagirdlərdən ibarət ansamblının Yeni ildə, Novruz bayramı günlərində ümumtəhsil məktəblərində, hərbi hissələrdə, açıq hava şəraitində zəngin proqramla təşkil ediyi konsertlər maraqla qarşılanıb. Muğam Mərkəzində "N " saylı hərbi hissə əsgərləri qarşısında Novruz bayramına həsr olunmuş geniş konsert proqramı zəngin təəssürat,böyük ruh yüksəkliyi doğurub. T. Cəfərov söhbət zamanı qeyd edib ki, Muğam Mərkəzinin müəllim və şagirdləri Novruz münasibəti ilə Bakıda İçərşəhərdə, Sabir adına parkda təşkil olunan bayram karnavalında uğurla çıxış ediblər. Muğam Mərkəzinin gənc ifaçılarının iştirak ilə aprel döyüşlərinin ildönümü münasibəti ilə respublika müdafiə nazirliyinin xətti ilə "N" saylı hərbi hissədə geniş konsert təşkil olunub. Sevindirici haldır ki, Mərkəzin şagirdləri Nəcibə Məmmədova, Çinarə Ömərzadə və Zəhra Məmmədova may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çıxış etmək üçün dəvət alıblar. Onlar idman oyunları dövründə "Qarabağ şikəstəsi"ni səsləndirərək öz məharətlərini nümayiş etdirəcəklər.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.-
2017.- 12 aprel.- S.2.