Gənc rəssam
Cəlal Ağayevin
"Yeddi gözəl"
sərgisi açılıb
Aprelin 11-də Muzey Mərkəzində gənc rəssam Cəlal Ağayevin IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş "Yeddi gözəl" adlı sərgisi açılıb.
AZƏRTAC xəbər
verir ki, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə
rəssamın 60-dan çox
əsər nümayiş
olunub.
Tədbirdə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev çıxış
edərək sərgini
yüksək dəyərləndirib. Bildirib ki,
sərgilənən əsərlər
janrından asılı
olmayaraq, cəlbedici və təsirlidir, tamaşaçını düşünməyə
sövq edir.
Azərbaycan Rəssamlar
İttifaqının katibi,
Xalq Rəssamı Ağaəli İbrahimov C.Ağayevin "İçərişəhər",
"Samovar", "Mis qablar",
“Çarıqlar", "Kəndin şəcərə
ağacı", "Qara
çıraqlar" və
digər əsərlərində
daha çox qədimiliyi qoruyub saxlamağa çalışdığını,
tamaşaçını əfsanəvi
bir məkana aparmaq, xəyal dünyasına dəvət
etmək istədiyini söyləyib.
Rəssamın daha çox rəngkarlıq və qrafik əsərlərə
üstünlük verdiyini
bildirən Əməkdar
İncəsənət Xadimi
Ziyadxan Əliyev əsərlərin yağlı
boya ilə yanaşı, həm də akvarel texnikası ilə işləndiyini söyləyib.
Bildirilib ki, rəssamın yaradıcılığı üçün
janr və mövzu məhdudiyyəti
yoxdur. O, istedadlı rəngkar olmaqla yanaşı, həm də gözəl qrafikdir. C.Ağayevi başqalarından fərqləndirən başlıca
cəhət isə onun sənətdə mövcud olan bütün qiymətli bədii məziyyətlərdən
istifadə etməyə
çalışmasıdır.
Cəlal Ağayev tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib, ona sərginin
ərsəyə gəlməsində
köməyini əsirgəməyənlərə
təşəkkür edib.
Sonra iştirakçılar
sərgi ilə tanış olublar.
525-ci qəzet.- 2017.- 13 aprel.- S. 7.