"Çölçü" Hindistanda mükafata layiq görülüb
Rejissor Şamil Əliyevin "Çölçü" bədii
filmi Hindistanda keçirilən Kəlküttə
Beynəlxalq Film Festivalının
"Ən yaxşı
bədii film" mükafatına
layiq görülüb.
Bu barədə
AZƏRTAC-a rejissor özü
məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə "Azərbaycanfilm" kinostudiyasında
istehsal olunmuş
"Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə
Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
"Çölçü"
filminin süjeti belədir: Şəhər
həyatından uzaqda,
təbiətlə ünsiyyətdə
gənc çölçü
yaşayır. Atası Ulu
ona çölçülük
həyatının sirlərini
öyrədir. Atası
vəfat edəndən
sonra o, qəsəbədən
gəlmiş qızla
tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük,
onun tanımadığı
dünyaya daxil olur...
Qeyd edək ki, "Çölçü"
bədii filmi beş qitəni
əhatə edərək
32 beynəlxalq kino festivallarında iştirak
edib, bir sıra mükafatlara layiq görülüb. Bu festivallar A və
B kateqoriyalı festivallardır.
Festivallar çərçivəsində
iştirak etdiyi ölkələrin siyahısına
ABŞ, Almaniya, İngiltərə,
Avstraliya, Birləşmiş
Krallıq, İtaliya,
İspaniya, Serbiya, Rusiya, Çexiya, Misir, İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna, Estoniya daxildir.
"Çölçü"
filmi 4 dəfə ən yaxşı film kimi baş mükafatlara,
3 dəfə ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenari, ən yaxşı qadın oyunçu, yaradıcılıq
axtarışlarına görə,
jürinin xüsusi diplom və mükafatlarına, "Humay"
milli mükafatına layiq görülüb.
525-ci qəzet.-
2017.-13 aprel.- S. 7.