Təhsildə beynəlxalq əlaqələr prioritet məsələ kimi
Bakı Xoreoqrafiya Akademiyası bu sahədə
mühüm uğurlar əladə edib
Təhsil gənc nəslin tərbiyələnməsi,
mütəxəssis kimi yetişməsi, ölkənin
uğurlu, işıqlı gələcəyi deməkdir. Təhsil təminatının yüksək
olduğu ölkələrdə
istər iqtisadi, istərsə də mədəni və digər sahələrdə
inkişaf daha dinamik xarakter daşıyır.
Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə
qeyd etdiyi kimi, müasir dünyada hər bir ölkənin nüfuzu və əldə etdiyi uğurlar həmin ölkənin təhsilinin
səviyyəsi ilə
ölçülür. Təsadüfü deyil ki, ölkə
başçısı mövcud
təhsil problemlərini
və aparılan islahatları daim nəzarət altında saxlayır, təhsilin çağdaş dünyada
gedən proseslər kontekstində daha da inkişaf etməsinə çalışır.
Respublikada Bolonya təhsil
sisteminə xüsusi önəm verilməsi də məhz bu səbəbdən irəli gəlir. Belə ki, ölkəmizin dünyaya inteqrasiya olunmasını şərtləndirən
vacib amillərdən biri də təhsil
sahəsində bu sistemin uğurlu tətbiqi ilə əlaqədardır.
2014-cü ildə
yaradılan Bakı Xoreoqrafiya Akademiyası ümumi, orta ixtisas və ali təhsil
proqramlarını həyata
keçirən, fundamental və
tətbiqi elmi tədqiqatlar aparan yeni təhsil ocağı olaraq öz fəaliyyətinə
başlamışdır. Yeni tədris
ocağında xoreoqrafiya
sənəti ənənələrinin
qorunması və inkişaf etdirilməsinə,
bu sahə üzrə yüksək ixtisaslı kadrların (bakalavriat, magistratura və doktorantura səviyyələrində) hazırlanmasına
start verilmişdir. Bakı Xoreoqrafiya
Akademiyasının kollektivi
təhsilin keyfiyyətinin
yaxşılaşdırılması üçün əlindən
gələni əsirgəmir.
Bu sahədə bir sıra mühüm
addımlar atılmışdır
və bu işlər hazırda uğurla davam etdirilir.
Akademiyada beynəlxalq əlaqələrin
inkişafı prioritet
məsələlərdəndir. Yeni yaradılmasına
baxmayaraq, Bakı Xoreoqrafiya Akademiyası digər sahələrlə
yanaşı, xarici əlaqələrin qurulması
və genişləndirilməsi
sahəsində də
ciddi nailiyyətlərə
imza atmışdır.
2016-cı ildə Akademiya dünya miqyasında tanınmış
nüfuzlu beynəlxalq
qurum olan Avropa İncəsənət
İnstitutları Liqasına
(ELİA) üzvlüyə qəbul edilmişdir.
Hazırda Akademiya Beynəlxalq
təşkilatın üzvü
kimi Avropada keçirilən mədəniyyət
və təhsillə bağlı tədbirlərdə
fəal iştirak edir. Akademiya həmçinin həmin
təşkilatın xətti
ilə YUNESKO-nun AUŞBERQ, TEMPUS-TASİS,
ERAZMUS kimi mədəniyyət
proqramlarının icrası
istiqamətində də
əməli təkliflər
irəli sürür.
Bu sənət məbədi xarici ölkələrin təhsil,
elm və mədəniyyət
müəssisələri ilə,
habelə Beynəlxalq
təşkilatlarla birbaşa
əlaqələrin yaradılması,
inkişaf etdirilməsi
və həyata keçirilməsi sahəsində
geniş işlər aparır.
Bakı Xoreoqrafiya
Akademiyasının rektoru,
Əməkdar elm xadimi,
professor Timuçin Əfəndiyev
ali məktəblər
arasında qurulan beynəlxalq əlaqələrin
əhəmiyyətini yüksək
qiymətləndirir. Çünki tədris-yaradıcılıq əlaqələrinin
inkişaf etdirilməsi
sənətkarlığın inkişafında, cilalanmasında
müstəsna rol oynayır. Xüsusən
Moskva, Sankt-Peterburq və digər şəhərlərdə fəaliyyət
göstərən, böyük
sənət, elm və
təhsil ənənələri
olan ali
məktəblərlə əlaqələrin
qurulması sənətin
inkişafı üçün
müstəsna əhəmiyyət
kəsb edir. Klassik Azərbaycan xoreoqrafiya sənətinin inkişafında
qeyd olunan sənət məktəblərinin
tarixi əhəmiyyətini
xatırlasaq, bu münasibətlərin əhəmiyyətini
anlamaq çətin olmaz. Bütün bunları nəzərə
alan professor Timuçin Əfəndiyev
Bakı Xoreoqrafiya Akademiyasının xarici ölkələrin sənət
akademiyaları ilə
qarşılıqlı münasibətlərini
genişləndirir. Akademiyada
bu istiqamətdə fəal iş aparılır. Tək bircə bunu qeyd etmək kifayət edər ki, yaradıldığı
iki il
ərzində Bakı
Xoreoqrafiya Akademiyası
artıq səkkiz xarici ali təhsil
müəssisəsi ilə
elm, təhsil, mədəniyyət
və incəsənət
sahəsində qarşılıqlı
əməkdaşlıq sazişləri
imzalamışdır. Şübhəsiz ki, bu uğurların
qazanılmasında professor Timuçin Əfəndiyevin
şəxsi keyfiyyətlərinin,
onun Akademiyanın inkişafına yönəlmiş
yorulmaz, məqsədyönlü
fəaliyyətinin mühüm
rolu vardır. Bu sahədə görülən
işlər artıq öz uğurlu nəticələrini göstərməkdədir.
Bu gün fəxrlə
demək mümkündür
ki, Moskva Dövlət Xoreoqrafiya Akademiyası (2015), A.Y.Vaqanov
adına "Rus Baleti" Akademiyası
(2015), Moskva Dövlət
Mədəniyyət Universiteti
(2015), M.K. Çyurlionis adına
Litva Milli İncəsənət Məktəbi
(2015), T.Jurgenov adına
Qazax Milli İncəsənət Akademiyası
(2016), Belarus Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti (2016), Qazax Milli Xoreoqrafiya Akademiyası (2016) və Pekin Milli Rəqs
Akademiyası (2017) ilə
bünövrəsi qoyulan
əməkdaşlıq gündən-günə
genişlənir.
Bakı Xoreoqrafiya Akademiyasında beynəlxalq əlaqələr
bir neçə prioritet istiqamətdə qurulur. Bunların sırasında tələbə
mübadiləsi, xarici
universitetlərlə birgə
keçirilən tədbirlər,
xarici ölkələrin
nüfuzlu və məşhur mütəxəssislərinin
ustad dərsləri keçirmək məqsədi
ilə Akademiyaya dəvət olunması kimi məsələlər
yer alır. Həmin sahədə atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Bu cəhət digər prioritet istiqamətlərlə
yanaşı, özünü
ustad dərslərinin
keçirilməsində də
aydın büruzə
verir. Faktlara müraciət etsək, görərik ki, hələlik cəmi iki il fəaliyyəti olan Bakı Xoreoqrafiya Akademiyasında tanınmış
xarici sənətkarların
10-a yaxın ustad dərsləri keçirilmişdir.
Litva Respublikasının
Milli Balet Məktəbinin xoreoqrafı,
tanınmış sənətkar,
dosent Petras Skirmantas, Amsterdam Milli Balet Akademiyasının rəqs üzrə mütəxəssisi Tom Bosman,
Yeni Zelandiya Kral Balet Akademiyasının
pedaqoqu Villyam Prat, TÜRKSOY-un baş xoreoqrafı Arman Nurmuxamudulı və digər tanınmış
mütəxəssislər ustad
dərslər keçirmək
üçün Bakı
Xoreoqrafiya Akademiyasına
dəvət olunmuşlar.
Onların ustad dərsləri
uğurla keçirilmiş,
professor-müəllim və
tələbələrin böyük
marağına səbəb
olmuşdur.
Digər prioritet istiqamətlərdən biri də yuxarıda qeyd etdiyimiz kimi, tələbələrin xoreoqrafiya və rəqs sənəti üzrə beynəlxalq müsabiqələrdə iştirak etməsidir. Çox sevindirici haldır ki, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri nüfuzlu beynəlxalq tədbirlərdə aktiv iştirak edir. Eyni zamanda, qeyd etməliyik ki, Akademiyanın özündə də müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərə müxtəlif ölkələrdən xoreoqraflar, tələbələr dəvət olunur. Buna misal olaraq, 2016-cı ilin may ayında Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Azərbaycanda ilk dəfə olaraq keçirilən Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə 1-ci Beynəlxalq müsabiqəni göstərmək olar. Bu möhtəşəm sənət tədbirində Azərbaycanla yanaşı, Rusiya, Litva, Qazaxıstan, ABŞ və digər ölkələrin nümayəndələri də çıxış etmiş, səhnədə öz məharətlərini göstərmişdilər.
Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr sahəsində prioritet istiqamətlərindən biri də buraya ali sənət təhsili almaq üçün xarici ölkə vətəndaşlarının cəlb edilməsidir. Artıq bu sahədə də müəyyən nəticələr əldə olunub. Belə ki, hazırda Akademiyada beş xarici vətəndaş təhsil alır. Onlar Rusiya, Özbəkistan, Türkmənistan və İran vətəndaşlarıdır. Əlbəttə, bu rəqəm kiməsə kiçik görünə bilər. Lakin mühüm olan ilk addımın atılmasıdır. Güman etmək olar ki, yaxın gələcəkdə bu rəqəm qat-qat artacaqdır. Artıq bu ildən Akademiyada yeni ixtisasların açılması planlaşdırılır. Şübhəsiz ki, bu da Akademiyaya xarici tələbələrin cəlb olunmasına öz töhfəsini verəcəkdir.
Çingiz BAĞIROV
BXA-nın dosenti, kulturologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2017.-13 aprel.- S.7.