"Hay ver mənə, cənab leytenant"

 

Ötən il aprel ayının ilk günləri idi... Cəbhədə qızğın döyüşlər gedirdi.

Sosial şəbəkə profillərimizdən tutmuş, eyvanlarımıza qədər hər  yerdən Azərbaycan bayrağı dalğalanırdı qürurla. Şəhidlərimiz var idi. Hamımızın qardaşı, hamımızın atası, hamımızın oğlu, hamımızın həyat yoldaşı cəbhədə döyüşürdü, hamımızın ürəyi cəbhədə döyünürdü. Birdən səs-küy qalxdı,  üç gəncin yan-yana düzülmüş şəkillərini paylaşıb "Pilotlarımız qəhrəmancasına şəhid olub" dedilər. "Ortada dayanan o oğlanı - Əbu Bəkiri tanıyıram",  dedim. Demədim, qışqırdım.  Bəlkə qışqırmadım, pıçıldadım. , mən Əbu Bəkiri tanıyırdım, Əbu Bəkirin uşaqlığını tanıyırdım, Əbu Bəkirin anasını, qardaşını, atasını tanıyırdım. , mən o qəhrəmanla eyni küçədə oynamışdım, eyni rayonda böyümüşdüm. , mən bu balıq yaddaşımla illər sonra Əbu Bəkiri rəsmindən, rəsmindəki  duruşundan, üzündəki xalından tanımışdım. Şəkli sosial şəbəkədə öz profilimdə paylaşıb, "Bu bizim Əbu Bəkirdir?" soruşmuşdum. Əlbəttə, bizim Əbu Bəkir idi...

Ötən ilin bu günləri idi... Aprel  döyüşləri içimizdə məğrurluq,  zəfər, bir o qədər ağrı izi qoyub tarixə yazılmışdı... Əbu Bəkir İsmayılov Kürdəmir rayonunun yetirmələri olan digər şəhidlərimiz torpağa tapşırılmış, qəhrəmanlıqları ilə əyalət mühitinin monoton həyatına yeni bir rəng, sonsuz bir ümid, dağ ağırlığında kədər, böyük təsəlli gətirmişdilər.  Hər dəfə evimizə zəng edəndə  necə olurdusa mütləq söhbətimizin sonu Əbu Bəkirə bağlanırdı. Belə ağır açılan səhərlərdən birində adətim üzrə günə başlayan kimi evə zəng etdim. Dəfələrlə yığdımsa da, anam, atamla danışa bildim. Nəhayət,  günortaya yaxın anama vurduğum kim bilir neçənci zəngimdən sonra  telefonu götürüb zəif səslə, "Bəkirgildəyəm, danışarıq" dedi. Mən onda anamı təkcə eşitmədim, həm gördüm. Gözündəki yaş bir yana, boğazındakı  nəmi hiss elədim. Bir neçə saat sonra yenidən danışanda "Bəkir haqqında kitab yazacağam" dedi.

Bəkirin cəmi 26 yaşı vardı, bu qısa ömür yolundan bir esse, bir məqalə, bir hekayə, şeir yazmaq, yazıb ürəyini boşaltmaq olardı... amma kitab? Sən demə, olarmış, gəncəcik biri haqqında bir, iki, üç  kitablıq da  söz yazmaq olarmış. Şəhidliyindən bir il sonra, Yaqut Bahadurqızının müəllifi  olduğu "Hay ver mənə, cənab leytenant"  kitabını oxuyanda buna əmin oldum. "Çaşıoğlu" nəşriyyatında çap olunan kitab Əbu Bəkirin uğrunda şəhid olduğu Lələ Təpə yüksəkliyinin fonunda təqdim olunub oxuculara. Şəhidimizin uşaqlığından-uzaqlığına insanın bütün hüceyrələrinə qədər göynədən xatirələri, arzuları, uğurları ilə yanaşı, vətənpərvərlik hissləri aşılayan, sevməyi, sədaqəti, dostluğu, mərdliyi  tərənnüm edən kitabda anası Rəna xanımın, həyat yoldaşı Şəbnəmin, atasının, qardaşının, dostlarının onun qəhrəmanlığı, vətən, torpaq eşqi haqqında bölüşdüklərini göz yaşısız oxumaq mümkün deyil.  Bu kitabın hər bir sətrindəki kədərin mənim üçün bir fotosu da vardı. Bir neçə gün əvvəl  Horadizdə Aprel şəhidlərinin xatirəsinə ucaldılan Lələ təpə abidəsinin açılışı münasibətilə  keçirilmiş tədbirin şəkillərinə baxırdım. Oradakı əlində oğlu haqqında yazılmış kitabı özündən  yüksəkdə tutmuş şəhid anası Rəna xanımın görüntüsü  ürəyimə ox kimi batdı. Məncə, bu mənzərə mənim bu yazımın, Yaqut xanımın kitabının Bəkirin şəhidliyinin foto halı idi. Qəhrəman oğlu haqda yazılmış kitabı, ürəyinin üstündə gəzdirən, kitabdan təsəlli alan, güc alan ana ömrünün ən gözəl yaşında əbədi yalnızlığa düçar olmuş həyat yoldaşı...

bir həqiqət var ki,  şəhidimizə həsr olunmuş bu kitab təkcə onun ailəsinin yox, həm bütün ictimaiyyətin, rayon əhlinin, dövlət rəsmilərinin marağına səbəb oldu. Aprel döyüşlərinin il dönümü ərəfəsində Kürdəmir rayon ictimaiyyəti  rayonun Heydər Əliyev mərkəzində şəhidlərimizin anım   kitabın təqdimat mərasimi üçün bir araya toplandı. Tədbirdə iştirak edənlər, o cümlədən tədbirin aparıcısı, Milli Məclisin Komitə sədri, akademik Rafael Hüseynov ötən ilin aprel döyüşlərində mərdliklə, qəhrəmanlıqla həlak olmuş şəhidlərin, o cümlədən Əbu Bəkir İsmayılovun Tural Qurbanovun ruhuna vətənə layiqli, igid qəhrəman övladlar bəxş etmiş şəhid valideynlərinə dərin hörmət ehtiramını ifadə etdi. O, şəhid adlarının əbədiləşdirilməsini, onlar haqqında mütəmadi olaraq kitablar yazılmasını, filmlər çəkilməsini yüksək dəyərləndirdi, Yaqut Bahadurqızının  yazıb ərsəyə gətirdiyi "Hay ver mənə, cənab leytenant" kitabının əhəmiyyətini diqqətə çatdıraraq, müəllifə minnətdarlığını bildirdi.

 

Nərmin DADAŞOVA

 

525-ci qəzet.- 2017.-13 aprel.- S.4.