"Baku Shopping
Festival" turist kontingentini
artıracaq
Metyu Brayza:
"Tax Free" sisteminin
tətbiqi turistlərin
cəlb edilməsi üçün əla düşünülüb
Məlum olduğu kimi, Azərbaycanın paytaxtında
ilk dəfə ticarət
festivalı - "Baku Shopping Festival" təşkil olunub.
Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də
imzaladığı "Azərbaycan
Respublikasında turizmin
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında"
sərəncama əsasən
keçirilən festivalın
təşkili Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən
Azərbaycan Konqreslər
Bürosuna həvalə
olunub. Bakıda belə festivalların keçirilməsi sözügedən
sərəncamda və
ölkə prezidentinin
2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm
sənayesinin inkişafına
dair Strateji Yol Xəritəsi"ndə
əksini tapıb.
"Baku Shopping Festival" Qafqazda və Orta Asiyada ilk belə təcrübədir. Festivala qonşu ölkələrdə, eyni
zamanda, son dövrdə
Azərbaycana böyük
turist axınının
müşahidə olunduğu
Fars körfəzi ölkələrindən
böyük maraq var.
Müxtəlif dövlətlərin təcrübəsi
göstərir ki, ənənəvi şopinq
festivalları turizmin inkişafına, xaricdən
turist axınının
artmasına müsbət
təsir göstərir. Dünya Turizm
Təşkilatının hesabatında
da ticarət festivalları nəticəsində
turist axınının
30 faizədək artdığı
qeyd olunur. Festival çərçivəsində
əcnəbilərlə yanaşı,
Azərbaycan vətəndaşları
da dünya təcrübəsində bir
ilk olan "Tax free" (əlavə
dəyər vergisinin qaytarılması) sistemindən
istifadə etmək imkanı əldə ediblər.
Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı bu sistemdən yararlana biləcək. Bakı Şopinq Festivalının internet saytı - "www.bakushopfest.com" Azərbaycan, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərir.
Aprelin 10-dan mayın 10-dək keçirilən festival həm xarici turistlərə, həm də yerli istehlakçılara əlverişli alış-veriş imkanı yaradıb. Eyni zamanda, Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kino nümayişləri və s. təşkil ediləcək. Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri fəaliyyət göstərəcək. Həmçinin, müxtəlif dillərdə Çağrı mərkəzi (Call Center) turistlərin və əhalinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının sərəncamına verilib. Festivalda iştirakçı kimi qeydiyyatdan keçən mağazalar "Tax free" nişanı ilə fərqlənir.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, belə bir tədbirin Bakıda təşkil olunduğunu eşitmək çox xoşdur. APA-nın məlumatına görə, M.Brayza bildirib ki, festival boyu "Tax Free" sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb.
Keçmiş
səfir xarici turistlərin Azərbaycana cəlb
olunması baxımından festivalın önəminin böyük olduğuna əminliyini
ifadə edib: "İrandan
və bəzi Ərəb ölkələrindən Azərbaycana
əvvəllər də turistlər az gəlmirdi.
Bu festivalla isə bu ölkələrdən
Azərbaycana gələn
turist kontingenti artacaq. Ümumiyyətlə, başqa ölkələrdən
də festivalla maraqlanıb Azərbaycana gələn turistlərin sayında artım olacaq".
Ceyhun ABASOV
525-ci qəzet.-
2017.-19 aprel.- S.5.