Xoreoqrafiya Akademiyasında Əfrasiyab Bədəlbəyli yad edilib
Aprelin 17-də
Bakı
Xoreoqrafiya Akademiyasının Akt zalında Akademiyanın Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə
"Əfrasiyab Bədəlbəyli 110. Azərbaycan baleti ənənəvi incəsənət növləri
sintezi kontekstində"
mövzusunda seminar keçirilib.
Tədbiri giriş
sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının
Musiqi fənləri kafedrasının müdiri,
sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli Azərbaycan
musiqi mədəniyyəti
tarixində Əfrasiyab
Bədəlbəyli fenomeni
barədə danışıb.
Professor vurğulayıb ki,
Azərbaycanın və
müsəlman Şərqinin
ilk baleti olan "Qız qalası"nın müəllifi
Əfrasiyab Bədəlbəylinin
bugünlərdə 110 illik
yubileyi qeyd edilir. Bu da nəinki Azərbaycan milli mədəniyyətinə,
mədəniyyət və
incəsənət xadimlərinə
sevgi və ehtiramın təcəssümü,
eyni zamanda müsəlman Şərqinin
incilərinə olan qayğının bariz nümunəsidir. Azərbaycanda
2017-ci il İslam Həmrəyliyi ili çərçivəsində
bu kimi tədbirlərin
keçirilməsi böyük
əhəmiyyət kəsb
edir.
Seminarda Bakı
Xoreoqrafiya Akademiyasının
Bakalavr və magistratura şöbəsinin
müdir müavini Eteri Cəfərova və Bakı Xoreoqrafiya Akademiyasının
"İnstrumental ifaçılıq"
ixtisası üzrə
1-ci kurs magistr tələbəsi Vüsalə
Zöhrabova məruzələrlə
çıxış edərək,
dahi bəstəkarın
həyat və yaradıcılığından söz açıblar.
Seminarda Bakı
Musiqi Akademiyasının
(BMA) elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, BMA professoru Zemfira Haqverdiyeva-Qafarova, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Xoreoqrafiya Akademiyasının elm və
yaradıcılıq işləri
üzrə prorektoru Sonaxanım İbrahimova bəstəkarın Azərbaycan
musiqi və teatr mədəniyyətindəki,
milli xoreoqrafiya sənətinin inkişafındakı
rolu barədə və dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən
danışıblar.
Seminarda Bakı
Xoreoqrafiya Akademiyasının
və digər sənət ali
təhsil müəssisələrinin
professor-müəllim və
tələbə heyəti
nümayəndələri, tanınmış sənətkarlar
və pedaqoqlar iştirak ediblər.
525-ci qəzet.-
2017.-19 aprel.- S.7