Kamal Abdullanın yeni monoqrafiyası nəşr
edilib
"Kitabi-Dədə Qorqud" dastanlarını elmi və ədəbi yaradıcılığının platformasına çevirən akademik Kamal Abdullanın bu dastanların daha bir gizlin tərəfinə işıq tutan
"Kitabi-Dədə Qorqud" poetikasına giriş. Dansökülən variant" monoqrafiyası
işıq üzü
görüb.
Monoqrafiya akademik Kamal Abdullanın "Gizli Dədə Qorqud" silsiləsindən
çalışmalarının("Gizli Dədə Qorqud", "Sirr içində dastan və yaxud Gizli
Dədə Qorqud -
2", "Mifdən Yazıya
və yaxud Gizli Dədə Qorqud") məntiqi davamıdır. Əsərdə qədim mətnlərin
poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir.
Qeyd edilir ki, "Kitabi-Dədə Qorqud" kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin
əlamətlərinə malik
olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil
açarı ola bilər. Qədim yazılı abidələrin
müxtəlif poetik qatlarının bir-birindən
ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir.
Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin
qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri, ibtida
bədiipoetikliyin yaranma
səbəbləri və
sairə haqda elmi təhlil yer alıb.
"Mifoloji
dan söküləndə
bədiipoetik enerji axtarışları" adlanan
birinci hissədə autentik mif, qədim
mətnin yaranma mühiti və şəraiti, autentik mifdə potensial bədiipoetik enerjinin təzahürü, Dədə
Qorqud mətnlərində
sözün müstəqim
və məcaz qatları haqda elmi yanaşma ortaya qoyulub.
"Xüsusi qurmalar ibtidai bədiipoetiklik vasitələri
kimi" adlanan ikinci hissədə "Sahmanlayıcı ünsürlər",
"Sadəlovh suallar",
"Təkrarlar ibtidai
bədiipoetik quruluşun
əsas vasitəsi kimi", "Bədiipoetik
yasaqlar. "Materialın
müqaviməti" adlı
fəsillərdə "Kitabi-Dədə
Qorqud" mətninin poetik məziyyətləri,
mətndaxili kosmik nizam, Xaosdan Kosmosa keçidin "bədiipoetik" qatda reallaşması, poetikliyin
söz, cümlə və cümlə birliyi səviyyələri
araşdırılır.
Monoqrafiyanın nəticə hissəsi elmi qənaətləri ümumiləşdirmədən daha çox bu istiqamətdəki gələcək perspektivlərə
həsr olunub.
Kitabın əlavələr bölümündə
monoqrafiyanın istiqamətinə
uyğun olaraq, oxucunun təsəvvürlərinin
dərinləşdirilməsi məqsədilə müəllif
tərəfindən "Azərbaycan
dili sintaksisinin nəzəri problemləri"
(Bakı, 2016, ikinci nəşr) kitabından
"Azərbaycan dilində
cümlənin monopredikativ
quruluşunun təşəkkülü"
hissəsi və "Mifdən Yazıya, yaxud "Gizli Dədə Qorqud" (Bakı, 2009)" kitabından
"Mif və Yazı" hissəsi yerləşdirilib.
525-ci qəzet.-
2017.-19 aprel.- S.7