Bakıda “Düsen Kaseinov-70” kitabının təqdimatı olub

 

Aprelin 14-də Azərbaycanda Atatürk Mərkəzində TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi ilə bağlı çap edilmiş kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanda Atatürk Mərkəzi ilə birgə hazırladığı “Düsen Kaseinov-70” adlı kitabElm və təhsil” nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə çap edilib.

Kitabda Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimai xadimlərinin TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə təbrik yazıları toplanıb. Nəşrin məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Milli Məclisin deputatı Nizami Cəfərov, redaktorları Elçin Qafarlı, Əkbər Qoşalı, tərtibatçısı isə Dəyanət Osmanlıdır.

TÜRKSOY-un baş katibinin 70 illik ömür yoluna nəzər salan kitab Prezident İlham Əliyevin Düsen KaseinovunDostluqordeni ilə təltif edilməsi haqqında imzaladığı Sərəncamla açılır.

Tədbirdə AMEA-nın müxbir üzvü Nizami Cəfərov yubilyarın ömür yoluna nəzər salaraq onun türk dünyasının birliyi naminə gördüyü işləri yüksək qiymətləndirib. O deyib ki, D.Kaseinovun türk dünyasında və türkdilli dövlətlər arasında böyük nüfuzu var.

Kitab haqqında məlumat verən N.Cəfərov söyləyib ki, nəşrdə yer alan yazılar D.Kaseinova böyük hörmət və ehtiramın göstəricisidir.

Vurğulanıb ki, nəşrdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, xarici işlər naziri Elmar Məmmədyarovun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, Xalq yazıçıları Elçinin və Anarın, Xalq artistləri Firəngiz Əlizadənin, Fərhad Bədəlbəylinin, Ağaverdi Paşayevın, Rauf Abdullayevin və digər görkəmli insanların təbrik yazıları toplanıb.

Təqdimat mərasimindən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin müstəqilliklərinin bərpasının 25-ci ildönümü münasibətilə TÜRKSOY-un təsis etdiyi medallar təqdim olunub.

 

525-ci qəzet.- 2017.-15 aprel.- S.13.