RiyaziyyatMexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə saylarımızda)

 

Hörmətli oxucular, məlumdur ki, beynəlxalq əlaqələr elmin inkişaf etdirilməsində xüsusi yer tutur. Bu baxımdan dünyanın bir çox ölkələrinin elmi qurumları ilə əlaqə yaratmağa, orada çalışan tanınmış alimlərlə münasibətlər qurmağa ciddi fikir veririk.

Nəticədə son illərdə:

2013-cü ildə institutun əməkdaşları İtaliyanın Salerno Universitetinin, Rusiya Federasiyasının Başqırdıstan Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının Neftqazçıxarma Proseslərinin Sistemli tədqiqatlat İnstitutu, Türkiyənin Ahu Ervan Universitetinin, ABŞ-ın Nyu Mexiko Texniki Universitetinin, Kiyev Dövlət Universitetinin, Rusiya Elmlər Akademiyasının V. A. Steklov adına Riyaziyyat İnstitutunun, Moskva Dövlət Universitetinin alimləri ilə elmi əlaqələrini davam etdirib.

15 may 2013-cü ildə AMEA-nın Riyaziyyat Mexanika İnstitutu ilə Çin Xalq Respublikasının GCC Corp. təşkilatı arasında müqavilə imzalanıb. Müqavilədə Çin Xalq Respublikasının aparıcı neft şirkətləri ilə birlikdə yeni texnologiyaların işlənməsi tətbiqi nəzərdə tutulur.

18 may 2013-cü il AMEA-nın Riyaziyyat Mexanika İnstitutu RTEA-nın Neftqaz proseslərin Sistemi Tədqiqatlar İnstitutu (Moskva şəhəri, Rusiya Federasiyası) arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə Neftmədən mexanikası məsələlərində yeni yanaşmaların tədqiqi, neftqazçıxarma sahəsində innovativ texnologiya proseslərin işlənməsi tətbiqi sahəsində əməkdaşlıq nəzərdə tutulur.

03 fevral 2016-cı ildə AMEA-nın Riyaziyyat Mexanika İnstitutu ilə Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu arasında elmi texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. İmzalanmış müqavilə diferensial tənliklər, funksional analiz, riyazi ədədi analiz, funksiyalar nəzəriyyəsi, riyazi fizika tənlikləri, optimal idarəetmə, ehtimal nəzəriyyəsi topologiya sahələrində birgə tədqiqatların aparılmasına, yeni elmi nəticələrin alınmasına, qabaqcıl ideyaların həyata keçirilməsinə, elmi texniki əlaqələrin genişlənməsinə imkan verəcəkdir.

15 fevral 2016-ci ildə AMEA-nın Riyaziyyat Mexanika İnstitutu ilə Rusiya Xalqlar Dostluğu Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilədə birgə təhsil proqramlarının işlənməsi həyata keçirilməsi təhsil sahəsində magistr, aspirant, doktorant stajorların mübadiləsini, qarşılıqlı maraq doğuran sahələrdə elmi ezamiyyətləri, dissertasiya magistr işləri üzərində rəhbərlik nəzərdə tutulur.

25 fevral 2016-ci ildə AMEA-nın Riyaziyyat Mexanika İnstitutu ilə Rusiya Elmlər Akademiyası M.V. Steklov adına Riyaziyyat İnstitutu birgə əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilədə fundamental tətbiqi sahələrdə riyaziyyat, mexanika, nəzəri fizika informatika istiqamətləri üzrə elmi tədqiqat işlərinin aparılması, MATNET.RU biblioqrafik, faktoqrafik struktur məlumat bazalarının, qeyri-periodik dövri elmi nəşrlərin elektron versiyalarının həmin bazada yerləşdirilməsi nəzərdə tutulub.

20 iyun 2016-cı ildə AMEA-nın Riyaziyyat Mexanika İnstitutu ilə LLC “EOS DATA ANALİTİCS” (Dnepr şəhəri, Ukrayna) arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə geo-informasiya sisteminin (GİS) məlumatlarının birgə analizi işlənməsi nəzərdə tutulur.

15 sentyabr 2016-cı il AMEA-nın Riyaziyyat Mexanika İnstitutu ilə Hindistanın Aligarh Muslim Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb.

15 sentyabr 2016-cı ildə AMEA-nın Riyaziyyat Mexanika İnstitutu ilə Rusiyanın Samara Milli Tədqiqat Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə seysmologiya digər sahələrdə siqnalların emalında riyazi üsulların tətbiqinin öyrənilməsi nəzərdə tutulub.

15 sentyabr 2016-cı ildə AMEA-nın Riyaziyyat Mexanika İnstitutu ilə İtaliyanın Salerno Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə diferensial tənliklər, funksional analiz, riyazi analiz, hesablama riyaziyyatı, funksiyalar nəzəriyyəsi, riyazi fizika tənlikləri, ehtimal nəzəriyyəsi topologiya, bərk cisim mexanikası maye qaz mexanikası sahəsində birgə tədqiqatların aparılması nəzərdə tutulur.

16 fevral 2017-ci ildə Riyaziyyat Mexanika İnstitutu ilə Rusiyanın Voloqda Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan sazişə əsasən riyaziyyat mexanika sahəsində geniş yaradıcılıq əlaqələrinin qurulması planlaşdırılır. Bağlanan razılaşmalar çərçivəsində elmi-tədqiqat layihələri həyata keçirilməsi, ikitərəfli qrantlar müsabiqəsində iştirakı, qarşılıqlı maraq doğuran elm təhsil sahələrində mütəxəsisslərin hazırlanması, dissertasiya, magistr işlərində konsultativ rəhbərlik, birgə elmi simpozium, konfransların təşkili planlaşdırma nəzərdə tutulur.

2017-ci ilə qədər institut əməkdaşları 23 beynəlxalq, 45 respublika daxili qrant müsabiqələrinin qalibi olmuşlar.

2017-ci ildə institut əməkdaşlarının aşağıdakı 13 layihələri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmişdir.

1.“Elliptik tip diferensial - operator tənliklər üçün sərhəd şərtlərinə spektral parametr qeyriməhdud operator daxil olan bəzi sərhəd məsələlərinin tədqiqi onun mexanika məsələlərinə tətbiqi”. Layihənin əsas məqsədi - Spektral parametrli elliptik diferensial-operator tənliklər üçün sərhəd şərtlərində spektral parametr xətti operator iştirak edən sərhəd məsələlərinin həll olunmasının,həmin məsələlərə uyğun operatorların spektral xassələrinin requlyarlaşmış izlərinin öyrənilməsidir.

2.“Struktur dissipasiyalı yarımxətti psevdohiperbolik tənliklər sisteminin qlobal həllərinin tədqiqi onların kvant mexaniki sistemlərə tətbiqi” AMEA-nın Riyaziyyat Mexanika İnstitutu prof. Layihənin əsas məqsədi - Kvant sistemlərinin dinamiki xarakteristikalarını optimallaşdırmaq, müasir metodlardan istifadə edərək müxtəlif şərtlər daxilində obyektlərin hərəkətini tənzimləməyə imkan verən riyazi metodlar işləyib hazırlamaq bu sahədə yeni üsulların hazırlanması üçün həmin prosesləri ifadə edən diferensial tənlikləri dərindən öyrənməkdir.

3.“Maşınqayırmada yüksək texnologiyalar: Yüksəksürətli frezləmə alətlərinin layıhələndirilməsi”. Layihənin məqsədi - Qarşıya qoyulan məsələ qeyri-metal materialların yüksək sürətli frezləmə texnologiyası ilə emalı üçün fırlanan kəsici alətlərinin layihələndirilməsi, hazırlanması sınaqdan keçirilməsidir.

4.“Cüt tərtibli diferensial operatorların spektral analizi”. Layihənin əsas məqsədi- Cüt tərtibli diferensial operatorlar üçün müxtəlif qoyuluşlarda düz tərs məsələlərin həll edilməsidir.

5.“Gəmilərin su xəttinin, göyərtə hissəsinin, avar val vintinin korroziya dağılmaları prosesinin proqnozlaşdırılması”. Lahiyənin məqsədi- Gəmilərin ən çox korroziyaya uğrayan hissələrinin - su xəttinin, göyərtənin kənarlarının, avar val avar vintlərin mexaniki gərginlik altında yorğunluq korroziya dağılmalarının qabaqcadan nəzəri proqnozlaşdırılmasıdır.

6. “İqtisadi inkişafın tsiklik meyllərinin tənzimlənməsində makroiqtisadi tarazlığın riyazi modelləşdirilməsi”. Tahir Hacıyev Bakı Dövlət Universiteti prof. Amil Məhərrəmov.

Layihənin məqsədi iqtisadi problemlərin həlli üçün riyazi üsulların verilməsidir.

7. “Qeyri-stasionar idarəetmə strategiyası əsasında neft emalı proseslərinin intensivləşdirilməsi

Layihənin məqsədi- Qarşıya qoyulan məsələ ümumdünya miqyasında həmçinin Respublikamızın sənayesində əhəmiyyətli mövqe tutan neft emalı proseslərinin idarəolunma texnologiyalarının müasir riyazi metodlar idarəetmə nəzəriyyəsi əsasında təkmilləşdirilməsidir.

8. “Ridge funksiyaların, neyron şəbəkələrin MLP modelinin approksimativ xassələrinin araşdırılması tətbiqləri”. Layihənin məqsədi - Ridge funksiyaların bir sıra approksimativ xassələrinin aşkarlanması, gizli laylarında məhdud sayda neyronlara malik universal MLP neyron şəbəkə modelinin varlığının isbat edilməsi, aktivasiya funksiyasının qiymətlərini hesablayan alqoritmlərin qurulması nəhayət qurulmuş modelin qazlift üsulu ilə neft hasilinin optimizasiya məsələsində effektivliyinin sübut edilməsi.

9. “Qeyri-səlis təhlil əsasında universitetlərin göstəricilərinin qiymətləndirilməsi proqnozlaşdırılması üçün riyazi üsulların instrumental vasitələrin işlənməsi”. Layihənin əsas məqsədi təhsilin qloballaşmasının mövcud tendensiyaları şəraitində (məsələn, Boloniya Təhsil Sistemi çərçivəsində) universitetlərin rəqabət qabiliyyətlərinin qiymətləndirilməsi və onların müvafiq göstəricilərin proqnozlaşdırılmasıdır.

10. “Mexanikada rast gələn bəzi tənliklər üçün spektral məsələlər və onların tətbiqləri”. Layihənin məqsədi mexanikadafizikada meydana çıxan bir sıra tənliklər üçün spektral məsələlərin araşdırılması və bu məsələlərin anizotrop örtüklər nəzəriyyəsində, qeyri-xətti tənliklər nəzəriyyəsində tətbiqlərinin öyrənilməsidir.

11. “Axınlarda yaranan qeyri stasionar halların boru kəmərlərinin proseslərinə təsirinin nəzəri və praktiki əsaslarının işlənməsi”. Layihənin əsas məqsədi - Dalğaların əmələ gətirdiyi fəsadların analizi, proqnozuriyazi modelləşdirilməsinin nəzəri və tənzimlənməsinin tətbiqi əsaslarının işlənməsi olacaqdır. AMEA-nın RiyaziyyatMexanika İnstitutu t.e.d. Qeylani Pənahov

12. “Ətraf mühitin karbohidrogen məhsulları ilə çirklənməsi proseslərinin riyazi modelləşdirməsi və yaranan fəsadların aradan qaldırılması yollarının işlənməsi”. Layihənin məqsədi - Müasir dövrdə ətraf mühitin neftneft məhsulları ilə çirklənməsi mühüm ekoloji problemlərdən olduğundan təqdim edilən layihə də qoyulan məsələlər neftneft məhsulları ilə çirklənməsi proseslərinin riyazi modellərinin qurulması, bu modelləri realizə edən ədədi üsul, kompüter proqramlarının işlənməsi və bunların əsasında yarana biləcək fəsadların aradan qaldırılması yollarının işlənməsindən ibarətdir.

13. “Nəsirəddin Tusinin yaradıcılığının tədqiqi”. Layihənin əsas məqsədi Azərbaycan xalqının görkəmli nümayəndəsi ensiklopedik alim Nəsirəddin Tusinin indiyə kimi öyrənilməmiş əsərlərinin təqiq olunması və dahi mütəfəkkirin riyazi və məntiqi baxışları haqqında elmi əsaslanmış təsəvvürlərin əldə edilməsi.

 

(ardı var)

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,

fizika-riyaziyyat elmləri doktoru, professor

 

525-ci qəzet.- 2017.-15 aprel.- S.10.