“Konservatoriya”nın veb-saytı açılıb
Azərbaycan Milli Konservatoriyasında “Konservatoriya” elmi jurnalının veb-saytının
(konservatoriya.az) təqdimatı olub.
Milli Konservatoriyadan
AZƏRTAC-a bildirilib ki,
oxucular musiqişünaslıq
elminə aid olan hər bir məlumatı
yeni sayt vasitəsilə əldə
edə biləcəklər.
Eyni zamanda, dünyada yenilənən elmi nailiyyətləri də oxucuların diqqətinə
çatdıracaq sayt
bundan sonra musiqiyə yaradıcı baxışı böyük
kütləyə təqdim
etmək üçün
fəaliyyət göstərəcək.
Tədbirdə jurnalın baş redaktoru və Konservatoriyanın professoru
Lalə Hüseynova çıxış edərək
nəşrin tarixi barədə məlumat verib. Sayt üzərində bir ildən çoxdur çalışıldığını
deyən L.Hüseynova
internet resursunun əhəmiyyətindən
söz açıb.
“Sayt vasitəsi
ilə elmi məqalələrimiz daha
böyük kütləyə
çatdırılacaq və
saytın fəaliyyəti
məsuliyyətimizi daha
da artıracaq.
Buna görə də,
musiqi sahəsində çalışan bütün
elm insanlarını, müəllimləri
və tələbələri
daha fəal əməkdaşlığa çağırıram”,
- deyə jurnalın baş redaktoru bildirib.
Jurnalın redaktoru və saytın veb-dizayneri Gülnarə Manafova saytın quruluşu və xidmətləri barədə danışıb.
Tədbirdə, Xalq artisti, rektor
Siyavuş Kərimi redaksiya heyətini təbrik edərək bu hadisənin Konservatoriya tarixində və musiqi elminin inkişafında çox vacib addımlardan biri olduğunu söyləyib.
525-ci qəzet.-
2017.-15 aprel.- S.13.