Bilik Fondunda "Hay ver mənə, cənab leytinant" kitabının təqdimatı oldu

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının aprel şəhidi Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunmuş “Hay ver mənə, cənab leytenantkitabının təqdimatı keçirilib.

Təqdimatdan öncə Bilik Fondunun əməkdaşları, şəhidin ailə üzvləri döyüş yoldaşları Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq 2016-cı ilin aprel hadisələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeninə layiq görülmüş Əbu Bəkr İsmayılovun qısa, lakin şərəfli həyat yoluna işıq salan bu kitabın ərsəyə gəlməsində əməyi olanlara münnətdarlığını bildirib. İcraçı direktor deyib ki, belə kitablar gənclərimiz üçün örnək ola biləcək qəhrəmanların həyatını geniş auditoriyaya çatdırmaqda əvəzsiz nümunədir.

Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas qəhrəman oğullarımızın şücaətindən bəhs edən kitabların geniş təbliğatının aparılmasının zəruriliyini vurğulayıb. Aqil Abbas onu da bildirib ki, aprel döyüşlərində əsgər və zabitlərimizin torpaq uğrunda canından keçməsi xalqımızın əzminin və qələbəyə gedən yolda dönməzliyinin göstəricisidir.

Yazıçı-publisist Flora Xəlilzadə belə kitabların ortaali təhsil müəssisələrində, hərbi hissələrdə yayılmasının vacibliyini vurğulayaraq, şəhidlərimizin keçdiyi yolun bir qəhrəmanlıq məktəbi olduğunu dilə gətirib.

Tədbirdə şairə, hərbi jurnalist Zəminə Xınalı, şəhidin qohumu Kərim Şükürov, hərbiçi, qazi Mehdi Dəvəçioğlu, hərbiçi, qazi İslam Əzimov, Fondun əməkdaşları, Könüllülər Birliyinin üzvləri və media nümayəndələri iştirak ediblər.

Şəhid baş leytenant Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova və şəhid pilot mayor Təbriz Musazadə adına Tədris İncəsənət Mərkəzinin direktoru, şəhid xanımı Pərişan Musazadə və belə tədbirlərin əhəmiyyətini vurğulayaraq vətən uğrunda canından keçənlərin daim yüksək qiymətləndirilməsinin gələcək qələbələrə yol açacağını deyiblər.

Kitabın rəyçisi, ehtiyatda olan polkovnik leytenant Qabil Nəsibovdur.

Tədbirdə şəhidin həyatını və döyüş yolunu əks etdirən foto slayd nümayiş olunub, xalq artisti Eldost Bayram iştirakçılar üçün kitabından bir parça oxuyub.

 

525-ci qəzet.- 2017.-21 aprel.- S.2.