Bəsti Əlibəylinin "İkinci mətn"i təqdim olundu

 

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış tənqidçi Bəsti Əlibəylinin "İkinci mətn" kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat mədəniyyət xadimləri, media nümayəndələri müəllifin doğmaları iştirak ediblər.

 

AMEA-nın müxbir üzvü, Millət vəkili Nizami Cəfərov giriş nitqində Bəsti Əlibəylinin şəxsiyyəti, ədəbi fəaliyyəti barədə fikirlərini bölüşüb. Ədəbi tənqidin hazırkı durumuna diqqət yetirən N.Cəfərov B.Əlibəyli imzasının ədəbi mühitdə xüsusi yer tutduğunu vurğulayıb: "Bəsti xanımın istər kiçik məqaləsi, istərsə kitabı onun geniş təhlil qabiliyyətindən, zəngin dünyagörüşündən xəbər verir. Bu kitab hazırda "Qızıl kəlmə" mükafatına təqdim olunub, ilk mərhələlərdən uğurla keçib. Biz bu kitabın mükafata da layiq olduğuna inanırıq". B.Əlibəylinin ədəbi mühiti ədəbi prosesi yaxından izlədiyini deyən N.Cəfərov onun bu kitabının bundan sonra yazılacaq məqalələrinin dərslik səviyyəsində olduğunu qeyd edib: "Bu kitab gələcək nəsillərdə bu dövr haqqında təsəvvür yaradacaq kitabdır".

 

AYB sədri, Xalq yazıçısı Anar bildirib ki, B.Əlibəylinin yazıları təmiz Azərbaycan dilində, rəvan sadədir: "Bu sadəlik məqalənin fikrin dərinliyinə mane olmur, əksinə, daha da oxunaqlı edir". Anar tənqidçini kitabının nəşri münasibətilə təbrik edib, ona yeni uğurlar arzulayıb.

 

Şair Ramiz Rövşən B.Əlibəylinin imzasını artıq iyirmi ilə yaxındır ki, tanıdığını önə çəkib: "Mən onu həm tənqidçi, həm istedadlı şair kimi tanıyıram. Bu kitabda ən çox diqqətimi cəlb edən müsahibələr oldu. Xüsusən, Xalq yazıçısı İsa Hüseynovla müsahibə çox xoşuma gəldi. Şairlər haqqında esseləri xüsusi qeyd etmək istərdim".

 

Şair Paşa Qəlbinur B.Əlibəyli yaradıcılığını müasir dövrü əhatə etməsi baxımından təqdirəlayiq mənbə adlandırıb.

 

Professor Qəzənfər Paşayev B.Əlibəylinin fəaliyyətini müntəzəm diqqətlə izlədiyini qeyd edib: "Bu kitabı oxuyandan sonra gördüm ki, Bəsti xanım nəsr poeziya ilə yanaşı, dramaturgiyanı da dərindən bilir".

 

AYB-nin sədr müavini Nazim İbrahimov təqdim olunan kitabı Azərbaycan ədəbi mühitində önəmli hadisə kimi dəyərləndirib.

 

Yazıçı Elçin Hüseynbəyli B.Əlibəylinin tənqidçi kimi özünəməxsus üslubu olduğunu deyib: "Bəsti xanımı heç bir tənqidçi ilə müqayisə etmək olmaz. Onda humanist yanaşma ilə bərabər, nöqsanları aydın yerində açıb göstərmək xüsusiyyəti var ki, bu da hazırkı tənqidimiz üçün çox gərəkli cəhətdir".

 

B.Əlibəylinin ən yeni ədəbi prosesə ciddi yanaşan tənqidçi olduğunu deyən şair Çingiz Əlioğlu onun müəllif seçimlərində düzgün obyektiv davrandığını diqqətə çatdırıb.

 

Yazıçı Seyran Səxavət öz çıxışında "İkinci mətn" kitabının adına diqqət çəkib: "Mən həmişə düşünmüşəm ki, bir mətn haqqında yazılan tənqidi məqalə həmin mətnin ardıdır, bir növ ikinci mətn kimi..."

 

Şair Vaqif  Bəhmənli tənqidçinin məqalələrində lakonikliyi konkretliyi yüksək qiymətləndirib.

 

Xalq yazıçısı Mövlud Süleymanlı, yazıçı Mustafa Çəmənli, şair Akif Azalp, yazıçı Gülxani Pənah və başqaları da B.Əlibəylinin yaradıcılığı, yeni kitabı haqqında fikir bildiriblər.

 

Sonda B.Əlibəyli çıxış edərək, AYB rəhbərliyi başda olmaqla, tədbirin iştirakçılarına təşəkkürünü bildirib, bu kitabla, keçirilən təqdimatla yaradıcılığının yeni mərhələsinə qədəm qoyduğuna inandığını vurğulayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 25 aprel.- S.7.