Min ildi şairlər yazmaq
istəyən kitablar quşların
dimdiyindədi!..
Biri tapar, biri itirər məni...
Bu gün şəhərdəyəm, sabah kənddəyəm,
Biri tapar, biri itirər məni...
İtirən kövrələr,
tapan sevinər,
Sevinən sevincə
yetirər məni...
Sevinc torpağında,
kədər daşında,
Yurd varmı dünyada bu yurd yaşında?
Dərələr döşündə,
dağlar başında,
Yallar yamacında
bitirər məni...
Yallar lallıq
edir, yamaclar karlıq,
Aşrımda genişlik,
çəhlimdə darlıq...
Məni bu dünyadan aparan varlıq,
Bir də bu dünyaya gətirər məni...
Ömrün bu çağında...
Ömrün bu çağında verdiyin
sevinc
Harama yaraşır, harama, dünya?
Halal ömür sürüb, dinc yaşadım, dinc,
Mən əl uzatmadım harama, dünya.
Kimə əl uzadım, kimə yanaşım?
Kimdən söhbət edim, nədən danışım?
Karına gəldiyim
dostum, tanışım
Bircə yol gəlmədi karıma, dünya.
Dost tanıyım
dedim, dost sınadım
ki,
Sınanan dostlara bu iradım ki...
Məni yarıtmadın,
yarımadım ki,
Sən də mənim kimi yarıma, dünya.
Özgəyə yaxınam,
özümə yadam
Suallar quşların
qanadlarında,
Cavablar quşların dimdiyindədi.
Günahlar sünbülün
dənlərindəsə,
Savablar quşların dimdiyindədi.
Özgəyə yaxınam,
özümə yadam,
Haçansa başıma uçacaq bu dam.
Cəsədi qurd-quşa
yem olan adam,
Əzablar quşların dimdiyindədi.
Girsin öz içinə azmaq istəyən,
Gördüyü yuxunu yozmaq istəyən.
Min ildi şairlər yazmaq istəyən
Kitablar quşların
dimdiyindədi!..
Yol yoldaşım
kölgəm olub
Eynəklisin, eynəksizin
Hər gün birin sınayıram,
Dostlar sınağımda
ölür;
Ölənlər kövrəldir məni.
Ağlayıram, göz
yaşlarım
Axır, yanağımda
ölür...
Səhər günəş,
axşamsa ay,
Gündüz xeyir dolaşana,
Gecə gəlir,
şər dolaşır...
Dayananda heç
nə olmur,
Yeriyəndə başıma
göy,
Ayağıma yer dolaşır...
Mən bu şamın içindəyəm
-
Mən yanıram,
şam ağlayır...
Göz yaşlarım
enib gedir,
Yol yoldaşım kölgəm olub,
Döngəyə dönmüş
adamam -
Hamı məndən
dönüb gedir...
Hərə bir ölüm öldürür
Adam özün tapanacan
Özün o qədər
itirir...
Gördüyündə gözü
qalır -
Gözün o qədər
itirir...
Ömrü arvada-uşağa
Bölmək üçün
yaşayırıq...
Başımız bədənə
bağlı,
Nə etsək aça bilmirik.
Qollarımız qanaddısa,
Bəs niyə uça bilmirik?
Səhər gedib, axşam evə
Gəlmək üçün yaşayırıq.
Bəlkə ölənlərimizlə
Hər dəfə ölüb gedirik.
Min dəfə “ölürəm” deyib,
Bir dəfə ölüb gedirik.
Ölümün nə olduğunu
Bilmək üçün
yaşayırıq...
Ruhun göyə, cismin verib
Yerə, bir ölüm öldürür,
Nə yaxşı
ki, öldüyü
an
Hərə bir ölüm öldürür...
Yaşamaq üçün
ölürük,
Ölmək üçün
yaşayırıq!..
Gözlərimə toxunmayın!
Hər gün döyür qulağımı,
Səs ayaqlı, səs əllidi.
Əlim dəymədiklərinə
Gözüm dəyir - təsəllidi.
Gözlərimə toxunmayın!
Şimşək çaxır,
yağış yağır,
Dolu düşür gözlərimdən.
Yolun azan yolçuların
Yolu düşür
gözlərimdən -
Gözlərimə toxunmayın!
Kövrəlsəm də ağlamıram,
Axı yaxın, axı yan var.
Ürəyimdən keçənləri
Gözlərimdən oxuyan var -
Gözlərimə toxunmayın!
Düşürsünüz, nə fərqi var,
Piyada, ya atlı düşün.
Gözlərimdən düşən
dostlar,
Barı ehtiyatlı
düşün -
Gözlərimə toxunmayın!
Gələnlərin mini gedib,
Biri qalıb gözlərimdə.
Ölməyib ki ölənlərim,
Diri qalıb gözlərimdə -
Gözlərimə toxunmayın!..
Ovçu gülləsinə
tuş gələr quşlar...
Bu payız yağışlar tez yağdı bir az,
Yenə yaman damır, damdığı
yerdən...
Güc alar köç edib gedən durnanın,
Qanadları göydən,
dimdiyi yerdən...
Durnalar köç
edir, yağır yağışlar,
Yağışlar çöllərə
nələr bağışlar...
Ovçu gülləsinə
tuş gələr quşlar,
Tuş gələr, gözünü
yumduğu yerdə.
...Gərək göz yummayım, ümid kəsməyim,
Payızda üşüyüb, qışda
əsməyim.
İlahi, mən
səndən necə küsməyim,
Könlümüz küsürsə umduğu
yerdən?!
Sonsuz qoşma...
O dünya anadı, bu dünya bala,
Min ildi ağlayır göz, balasını.
Təqvası olanlar basar bağrına,
Səbr balasını, döz balasını.
Səbr edib susanlar dinmək istəyir,
Gedənlər qayıdıb
dönmək istəyir,
Görürsən, bir ocaq sönmək istəyir,
Kül etmək istəmir köz balasını.
Yanırlar ocağa,
oda dəyənlər,
Baxıb sonsuzluğa
gözün döyənlər,
Özgə balasına
“balam” deyənlər
Alsın qucağına
öz balasını...
Göydə pəncərələr
sınır...
Sən də, mən də, yağış, dolu
İstəyirik düşə,
düşmür...
Göydə pəncərələr
sınır,
Yerə niyə
şüşə düşmür?..
Yazda xeyir, yayda şərdik,
Qırx payıza
sinə gərdik...
Sürüşüb çoxdan
gedərdik,
Gedişimiz qışa
düşmür...
Yoldan yola qoşa düşdük,
Yolda bərkə-boşa
düşdük...
Biz dünyanı
başa düşdük,
Dünya bizi başa düşmür...
Azadlıq istəyi
...Azadlıq onun haqqıdı -
O da azadlıq istəyir...
Yumruğun göyə
qaldırıb
Bu da azadlıq istəyir...
Nə istəyir qu, dənizdən?
Azalmayır su dənizdən...
Min illərdi bu dənizdən
Ada azadlıq istəyir...
Göydən yerə
səpələnən,
Dənizlərdə təpələnən,
Dalğalanan, ləpələnən
Su da azadlıq istəyir...
...Payız yarpaqları yolub,
Ağaclar kövrəlib,
dolub...
Dualara məhkum
olub,
Xuda, azadlıq istəyir...
Nəsə olacaqdı,
nəsə...
Nəsə solub, nəsə solur,
Nəsə solacaqdı,
nəsə...
Nəsə qalıb,
nəsə qalır,
Nəsə qalacaqdı,
nəsə...
Çay axır,
dənizə dolur,
Qəlbin yaşı
gözə dolur...
Nəsə dolub, nəsə dolur,
Nəsə dolacaqdı,
nəsə...
Əyriyə yox, düzə olur,
Nə olursa, bizə olur...
Nəsə olub, nəsə olur,
Nəsə olacaqdı,
nəsə...
Atalar yazıb-yaradır...
Biz dünyaya niyə gəldik,
Düşündürən nədir
bizi...
O dünyadan bu dünyaya
Gələn qoyub gedir bizi...
...Verən verib bizə aman,
Yaşayırıq yaxşı,
yaman...
Biz kimisə güdən zaman
Kimsə, nəsə
güdür bizi...
...Orda yolumuz haradı,
Burda günümüz
qaradı...
Atalar yazıb-yaradır,
Analar çap
edir bizi...
“KƏLBƏCƏR
DƏFTƏRİ”NDƏN
Arzu
Sizə nənə
olan Güllü nənəni
Kaş mən də görəydim, ay Məmməd
Aslan.
“Dədə, dədə” deyib dədə Şəmşirin
Qoluna girəydim, ay Məmməd
Aslan.
Ustad danışaydı
Sərvi nənədən,
Babadan, oğuldan,
qızdan, nəvədən...
Qurbanın adına sözdən,
nəğmədən
Bir çələng hörəydim,
ay Məmməd Aslan.
Şəhriyar yaşında,
İlqar yaşında...
O baxan Vüqardı, əli qaşında...
Zirvələr qoynunda,
dağlar başında,
Dağ ömrü sürəydim,
ay Məmməd Aslan.
Yeddiqardaş dağı
qədimdi Hacdan,
Ziyarət eyləyib çıxaydım
borcdan.
Gədikdən, bələndən,
yaldan, yamacdan
Çiçəklər dərəydim, ay Məmməd
Aslan.
Ağdaban kəndindən
baxaydıq Aya,
Mən palıd
olaydım, Cavid bir qaya...
Füruzə nənəyə,
Qənbər babaya
Sirrimi verəydim, ay Məmməd
Aslan.
Ay Allah, qalmadı
bəndə o kənddə...
Allahlıq etmirsən
sən də o kənddə...
Nəticə Şəmşirnən
mən də o kənddə
Bir süfrə sərəydim,
ay Məmməd Aslan.
Ölsə, bağışlayın
Qənbəri, dağlar!..
Özü gələ
bilmir, göndərin gəlsin
Duman bəri, dağlar, çən bəri, dağlar!
Dolan buludları döndərin gəlsin,
Dön deyən
olmadı, dön bəri, dağlar!
Necə səbr
eyləyim dözüm
yoxdusa,
Dözümü görməyə
gözüm yoxdusa,
Dağlara baxmağa
üzüm yoxdusa,
Siz o yana
baxın, mən bəri, dağlar!
Kim idi boylanıb baxdı o yandan,
Qəlbimi yandırdı
yaxdı o yandan,
Bu yanın xəbəri yoxdu o yandan,
Qalırmı ətiri-ənbəri,
dağlar!
Sevinc rastımıza
gülüb çıxmır
ki!
Kədər qəlbimizi
dəlib çıxmır
ki!
Yarı yolda qalır, gəlib çıxmır ki
O səs bəri dağlar, ün bəri, dağlar!
Vüsal alışdırar,
hicran yandırar,
Yandıra-yandıra bizi qandırar.
Qaranlıq kahanı
işıqlandırar,
Əgər əyilərsə gün bəri, dağlar.
Ayağı tutmasa, gözü görməsə,
Qayıdıb gəlməsə,
sizi görməsə,
Ruhu gedib çıxsa, özü görməsə,
Ölsə, bağışlayın
Qənbəri, dağlar!..
“Yağışlı
bir gün”də
Göy gurlayır,
şimşək çaxır,
o kənddə,
Başına qar-yağış tökür
dağların.
Əlin çeşmə,
ayaqların çay yuyur,
Sinəsinə duman çökür dağların.
Ömür ötür,
saçımızdan dən
umur,
Tale bizə
bir verəndə, min umur.
Kəkilmeşə çisək
umur, çən umur,
Başı üstən bulud səkir dağların.
Sevinc ki var, Ağbuzlağda buzlayır,
Kədər ki var, yaraların duzlayır...
Neçə ildi sızım-sızım sızlayır,
Həsrətini Cavid çəkir dağların.
Anar AMİN
525-ci qəzet.- 2017.-22 aprel.- S.22.