Milyonçu qadın

                            

(İkinci pərdədən bir səhnə)

     

Londonun kənarında, çay sahilində qədim bir mehmanxananın cansıxıcı qəhvəxanası.

Köhnə, kasıb və səliqəsiz bir qəhvəxanadır.  

Qapının ağzındakı asılqanda mister Edrien Blenderblendin şlyapası və plaşı asılıb.

Epifaniyaonun pərəstişkarı Edrien Blenderblend mizlərdən birinin yuxarı başında oturublar.

Yeməklərini indicə bitiriblər. Pendir ilə biskivid hələ mizin üstündədir.

Epifaniyanın görkəmindən hiss olunur ki, xoşbəxtdir. Edrien isə çox pis bir əhval-ruhiyyədədir.

EPİFANİYA. Bura necə qəşəngdi!

Edrien laqeyid nəzərlərlə ətrafa baxır.

EDRİEN. Mən, deyəsən, çox yaraşıqlı bir kişiyəm.

EPİFANİYA (gözlərini geniş açaraq). Doğrudan? Yaxşı, mübahisə etmirəm, ancaq bunun mənim indicə dediyimə dəxli var?

EDRİEN. Siz dediz  ki, «Bura necə qəşəngdiMən guya bu qədim mehmanxananın köhnə, çirkli aşxanasına baxdım. İndicə iyrənc bir səhər naharı etdikşorba adıyla qıcqırmış pamidor şirəsi, bazar günündən qalma donuz budunun artığı, Brüssel kələmi, kartof, amerikadangəlmə qupquru pendir konservi. Əgər siz buna dözürsünüzsə, hətta deyirsiz ki, «Bura necə qəşəngdi, deməli, bura sizin üçün nəyə görəsə, çox mühümdü. Əslində isə, burda, məndən başqa hər şey adamı iyrəndirir.

EPİFANİYA. Yəni doğrudan da bu köhnədəbli yerlər sizin xoşunuza gəlmir? Mən belə yerləri çox sevirəm.

EDRİEN. Mən isəyox. Bütün bu zirzibili yer üzündən silib, yandırıb, atmaq lazımdır. Sizin Londonda, çay kənarındakı evnizin təkcə elə əşyaları binövrəsindən tutmuş damına kimi buradan bahadır. Siz evdə telefonun dəstəyini qaldırmağınız kifayətdir ki, gözəl qab-qacaqda, gözəl bir səhər naharı gətirsinlər. Ya da o yaraşıqlı avtomobiliniz sizi bir göz qırpımında gözəl bir yerdə əla bir otelə apara bilər. Siz isə bu iyrənc traktirə gəlirsiz, özünüz «Bura necə qəşəngdir deyirsiz. Bundan ötrü heç milyonçu olmağa dəyər?

EPİFANİYA. Boş sözlərdi! Mən pulu bir qadın kimi, kübar cəmiyyətə baş vuranda, necə bilirsiz, qədər vaxt lazım oldu ki, mağazalara qaçmaqdan, sizin sevdiyiniz o təmtəraqdan zəhləm getsin? İki həftədən az. Mənim atam yüz milyonu ola-ola, həmişə üçüncü klasda gedirdi, özünə lazımlı olan adamları da qəbul etməyəndə, bir gündə on şillinqdən artıq xərcləmirdi. Niyə bədxərclik etməliydi? Başqaları kimi yeyib-içirdi, başqaları kimi geyinirdi. Mən onun kimi edirəm.

EDRİEN. Onda niyə siz pulu sevirsiz, heç xərcləmirsiz?

EPİFANİYA. Çünki pulgücdür. Pul – qətiyyətdir. Pul – azadlıqdır. Bir var vulkanda yaşayasan, birvar Hesperid bağlarında rahatlıqdan həzz alasan. Bundan başqa, pul həmişə bir sevinc yaradır ki, onu daha da artıra bilərsən. İmkan olanda hər şey mümkündü. Bir milyonu iki milyona çevirmək, hansısa kasıb bir qadının qazandığı beş funtu on funta çevirməkdən daha asandı. Hələ orasını demirəm ki, o qadın on funtu əldə edə biləcək, ya yox? Əslinə baxsan, pul özü-özünü çoxaldır.

EDRİEN. Mənim üçün pul – insanın ruhunu qayğılarla dolduran vulqar bir şeydir. Əlbəttə, mənə də pul lazımdı, ancaq mən onu sevmirəm. Mümkün olan vaxtlar mən pul barədə heç düşünmürəm də.

EPİFANİYA. Onda bəs nə barədə düşünürsüz? Qadınlar barədə?

EDRİEN. Hə, ancaq təkcə onlar barədə yox.

EPİFANİYA. Yemək barədə?

EDRİEN. Yemək barədə də həmişə yox, hərçənd yeməyə biganə deyiləm. (Əli ilə mizin üstünü göstərir.) Etiraf edirəm ki, belə bir səhər naharı gözləmirdim.

EPİFANİYA. Aha, deməli, buna görə belə pis əhval-ruhiyyədəsiz? Hə?

EDRİEN (təxərrüşlə). Xeyir. Axı, siz mənə nəfis bir gəzinti boyun olmuşduz. Siz dediz ki, çay kənarında gözəl bir yer tapmısız, orda təbiətin qoynunda oturub, gözəl kənd təamları yeyəcəyik. Yoxsa, bu çirkli zibilxananı siz gözəl bir yer hesab edirsiz? Ömrünüzdə heç bugünkü kimi köhnə, dadsız səhər yeməyi yemişdiz? Burda heç ayrıca bir otaq da yoxdu, kim istəsə, haçan istəsə girib-çıxa bilər. Riçmondda, ya da Meydenheddə olsaydıq, başa məsələ. Özü də, deyəsən, yağış başlayıb.

EPİFANİYA. Bu da mənim təqsirimdi?

EDRİEN. Yox, ancaq yəqin ki, bu yağış sizin üçün şəhər kənarında keçirdiyiniz gözəl bir gün təsəvvürünü daha da tamamlayır. Nə üçün həyatdan ləzzət almağı bacaran adamların heç vaxt pulu olmur, ancaq bunu bacarmayanların nə qədər desən, pulu olur?

EPİFANİYA. Edrien, siz bir o qədər də nəzakətli deyilsiz.

EDRİEN. Ancaq sizbir o qədər əliaçıq xanım deyilsiz, Epifaniya. Yalvarıram sizə, minək maşına, harasa başqa bir yerə gedək. Sizin avtomobiliniz burdan qat-qat rahat bir yerdir. Həm də orda bir-birimizə sığına bilərik.

EPİFANİYA. O maşından daha zəhləm gedir.

EDRİEN. Ah, mənim belə bir maşınım olsaydı!..

EPİFANİYA. Elə bilirdim ki, bu xudmani yerdə oturub, mənimlə söhbətləşmək sizinçün xoş olacaq. Amma indi görürəm ki, siz qarımış şıltaq qocasız. Siz ancaq yemək barədə, birki, rahatlıq barədə fikirləşirsiz. Siz Elesterdən də pissiz. Onunla heç olmasa boks barədə, tenis barədə söhbət etmək olur.

EDRİEN. Sizinlə isə ancaq pul barədə söhbət etmək olur.

EPİFANİYA. Doğrudan da bu sizin üçün maraqlı deyil? Eh, siz əgər mənim atamı tanısaydız!..

EDRİEN. Çox şadam ki, tanımamışam.

EPİFANİYA (dərhal çox təhlükəli olur). dediniz?

EDRİEN. Əziz Epifaniya. Əgər biz dostuqsa, mənim  açıq danışmaq səlahiyyətim var. Sizin atanız haqqında danışdıqlarınıza qulaq asdıqca, tamam əmin olmuşam ki, o, quru, cansıxıcı bir adam olub. Düzdü, sizə qarşı qayğıkeş, nəvazişli olub, ancaq bu da sizdə, doktor Freydin dili ilə desək, olduqca yorucu bir Edip kompleksi yaradıb.

EPİFANİYA. Mənim atamı deyirsiz? Siz, həddən artıq mənasız bir adam, mənim atam haqqında bu cür danışmağa cürət edirsiz? Mənim atam yüz əlli milyon qazanıb, siz isə bütün ömrünüz boyu heç yarım milyon da qazana bilməmisiz!

EDRİEN. Mənim əzizim, sizin atanız heç bir şey etməyib. Mən heç cürə təsəvvür etmirəm ki, o, başqalarının varidatını hansı qanuni yolla mənimsəyib. Ancaq bunu bilirəm ki, mənimsədiyinin beşdə dördünü ona görə  itirib ki, mühacir rus mülkədərlardan Rusiyada qalmış torpaqlarını satın alıb. Çünki belə hesab edirmiş ki, İngiltərə üç-dörd həftəyə sovet inqilabının işini bitirəcək. Bundan da artıq idiotcasına səhv etmək olar? Bunu hətta mən də eləməzdim, hərçənd siz məni axmaq hesab edirsiz. Bir sözlə, Epifaniya, atanız heç doğulmasaydı da dünya bir şey itirməzdi. Axı, siz özünüzbunu başa düşürsüz, elə deyil?

Epifaniya yerindən sıçrayaraq, boksçı pozasında dayanır.

EPİFANİYA. Daha məni özümdən çıxartdız! Qalx ayağa, qorxağın biri qorxaq! Özünü qorumağa hazırlaş!

Edrien özünü itirmiş halda ayağa qalxır və hələ təhlükəni axıradək dərk etmir.

EDRİEN. Yaradana and olsun, Epifaniya, siz nahaq özünüzdən çıxırsız.

Epifaniya sol tərəfdən onun çənəsinə zərbə endirir.

EPİFANİYA. Bu ona görə ki, mənim atama quru, cansıxıcı adam dediniz.

Bu dəfə sağ tərəfdən ikinci zərbəni ilişdirir.

Bu da ona görə ki, guya mənim atam heç nə etməyib.

Yerə sərilmiş Edrien aldığı zərbələrin ağrısından qovrulur.

EDRİEN (qışqırır). Kömək edin! Polis! Məni öldürürlər!

Az qala nəfəsi kəsilən Edrien ayağa qalxa bilməyərək sürünə-sürrünə qapıya tərəf gedir. Epifaniya təpiyi ilə onu qapıdan eşiyə itələyir

EPİFANİYA. Yaramazın biri! Tərbiyəsiz!

Epifaniya asılqandan Edrienin şlyapasını paltosunu dartıb götürərək, onun ardınca qapıdan vızıldadır.

Aşa-aşa pilləkəndən düşən Edrienin haray-həşiri eşidilir.

EDRİEN (səhnə arxasından qışqırır). Kömək edin! Kömək edin!..

 

Bernard Şou

 

525-ci qəzet. - 2017.-22 aprel.- S.17.