Kamran Nəzirli:"Mən azad tərcümənin tərəfdarıyam"

 

"Tərcümə işində məni müəllifdən çox onun əsəri maraqlandırır"

 

- Kamran bəy, ingilis dilini öyrənmək ədəbi əsərlər tərcümə etmək ideyası sizdə vaxt, hansı təsirlə yarandı?

- Öyrənmək tərcümə etmək heç vaxt ideyayla bağlı olmayıb mənimçün. Bəlkə həvəs idi - orta məktəbdə ingilis, fars, rus dillərinə həvəsim olub, onları yaxşı qavrayırdım, bundan başqa, ev-ailə mühiti, daha sonra isə ali məktəb həyatı... beləcə, 1975-ci ilin sentyabr ayının 1-də mən Azərbaycan Xarici Dillər institutunun ingilis dili fakültəsində tələbə həyatına başladım. Bizim 141-ci qrup on nəfərdən ibarət idi - səkkizi qız, ikisi oğlan. O oğlanlardan biri Zülfüqar Əhmədzadə (Rüfətoğlu) idi, o biri mən - əyalətdən gəlmiş qarayanız arıq oğlan. Zülfüqarla elə ilk gündən isinişdik, elə bil yüz il idi bir-birimizi tanıyırdıq... Bəxtimizə yaxşı müəllimlər düşmüşdü - Zərifə Hüseynova, Səyyarə Seyidova, Solmaz xanım, Mənsur Zeynalov, Qılıncxan Bayramov, İsmixan Rəhimov, Ənvər Rza, Məryəm Qarayeva, Abbas Rəhimov, Fikrət Seyidov, Elenora xanım, Tamilla xanım, Zeynəb xanım onlarla başqaları. Müəllimlərimiz bizi ruhlandırır, bir qədər rəqabət mühiti yaradırdılar. Aşağı kurslarda ingilis Amerika şair yazıçılarının - Bayron, Şelli, Qabriel Kristina Rossetilər, Edqar Po, Lonqfello, Çesterton, Stivenson, Robert Frost, Arçibald Kronin, Drayzer, sonralar Şekspir, Bernard Şou, Oskar Vayld, Moyem, O. Henri, Heminquey, Qolsuorsinin əsərlərindən nümunələr öyrənirdik. Demək istədiyim budur ki, öyrənmək tərcümə eləmək məndə hansısa məqsədlə, yaxud ideyayla bağlı olmayıb, bu bir təbii axar idi, təbii istək arzuydu, içimdən gəlirdi.

- İlk tərcümə etdiyiniz mətn hansı olub, onu çevirmə prosesini necə xatırlayırsınız?

- İkinci kursda Zülfüqarla mən başladıq şeir yazmağa. O, məndən yaxşı yazırdı, sonra mən keçdim ingilis dilində yazmağa... Zülfüqar başladı xarici müəlliflərin hekayələrini tərcümə etməyə, mən BayronunAyrılanda biz” şeirini tərcümə etdim. Məşhur şeiri var e... “When we two parted in silence and tears, Half broken-hearted to sever for years...” (Bir sükut içində, göz yaşlarında, ayrılanda biz, illər həsrətini daşımaq üçün, ikiyə bölündü ürəklərimiz...). Fonetika müəllimimiz Zərifə xanım mənim tərcüməmi hər qrupda oxuyurdu, yayırdı, artıq ikinci kursda məni o şeirin tərcüməçisi kimi tanımağa başladılar... Dördüncü-beşinci kurslarda oxuyanda artıq əlimiz cibimizdə şellənirdik, yəni, ev tapşırıqlarını, mətnləri elə dərsdəcə bircə nəzər yetirməklə məzmunlarını nəql edirdik; tərcümələrimiz respublika mətbuatında dərc olunurdu.

- Tərcümə edəcəyiniz əsərləri hansı prinsiplərlə seçirsiniz?

- İngiliscədən azərbaycancaya çevirəndə, təbii ki, əvvəllər heç prinsip-filan gözləmirdim. Əlimə keçəndən, ya da müəllimlərimin məsləhəti ilə müxtəlif janrdan ölkə ədəbiyyatından olan nümunələri çevirirdim. Sonra həm ingiliscədən, həm Azərbaycancadan tərcümə edəndə artıq müəyyən prinsiplər formalaşdı: ilk növbədə ədəbiyyat! Bədii keyfiyyət, Azərbaycan üçün, ədəbiyyatımız mədəniyyətimiz üçün faydalı dəyərli ola biləcək kitablar, eləcə Avropa ümumiyyətlə, dünya üçün maraqlı ola biləcək Azərbaycan ədəbiyyatının nümunələri. Əlbəttə, bəzən elə hallar olur ki, sən bu prinsiplərin hamısını gözləyə bilmirsən. Amma əksər hallarda ədəbi prinsipləri gözləməyə çalışıram.

- Tərcümə etdiklərinizdən söz açılanda ilk növbədə hansı əsərləri xatırlayırsınız?

- Hər zaman çalışmışam ki, dəyərli əsərləri tərcümə edim. Tərcümə işində mənim üçün müəllifdən çox onun əsəri maraqlıdır. Con Qolsuorsinin “Alma ağacı”, Herman MelvilinMobi Dik”, Oskar Vayldın “Dorian Qreyin portreti”, Marqaret MitçellinKüləklə sovrulanlarromanlarını (bunlar dünya ədəbiyyatının şedevr əsərləridir, heç biri əvvəllər Azərbaycan dilinə tərcümə olunmamışdı!), Cek Londonun povest hekayələrini, eləcə Heminquey, Folkner, Moyem, Harold Pinter, Edqar Po, Şervud Anderson, Virciniya Vulf başqa müəlliflərin onlarca hekayə, şeir pyeslərini tərcümə eləmişəm. Bunlardan bəziləri kitab halında, bəziləri isə almanax şəklində çap olunub. Bundan başqa, rus, belarus, türk, fransız, ispan, Kolumbiya, Kanada Meksika yazıçı şairlərindən tərcümələrim var.

- Bu yaxınlarda Rəşad Məcidin şeirlərini ingilis dilinə tərcümə etdiniz kitab halında çap olundu...

- Bəli, o kitabın önsözü mənimdir. Rəşad Məcidi 1989-cu ildən tanıyıram. İtizəkalı, hazırcavab, ən əsası isə poetik istedada malik cavan oğlan idi. Sonralar “525-ci qəzetfəaliyyətə başlayandan onunla bir insan, redaktor kimi ünsiyyətimiz yarandı. Ona bir ildən çox idi ki, söz vermişdim: sürpriz edəcəyəm! Amma sürprizdi, demirdim. Heç özü maraqlanmırdı. Elə bir məqam gəldi ki, artıq ondan çox şeirini tərcümə eləmişəm. Nəhayət, kitabçanın ilkin maketini hazır edəndən sonra zəng vurdum. Dedim, hazırdı, amma burda bir şeir var, bir az şübhələnirəm, deyəsən, düz başa düşməmişəm. Onu mənə izah elə, nə demək istəyirsən orda. Yaxşı ki, izah elədi...Mən onu ayrı cür başa düşmüşdüm...

- Hansı şeir idi?

- “Məktub” şeiri. Əla şeirdi. Süjet, obrazlar var -Aşiq, Məşuq, QocaAllah obrazları. Bədii-fəlsəfi fikir var. Sərbəst vəzndə yazılıb. Elə bildim o, bu şeiri Allaha müraciətlə yazıb. Sonra isə məlum oldu ki, şair Qadını - sevən Qadını Allah səviyyəsinə qaldırıb. Çapa getməmiş dəyişdim, düzəlişlər etdim. Qorxurdum ki, əvvəlki kimi alınmaya, amma alınıb, deyəsən...

- Azərbaycan şairlərini başqa dilə tərcümə etmək necə bir prosesdir?

- Deyim ki, şeiri xarici dilə tərcümə etmək ümumiyyətlə çətindir. İllah da ki, klassik şairlərimizi. Axı Mirzə Ələkbər Sabirin şeirlərini kim yaxşı tərcümə edə bilər? Bir haşiyəyə də çıxmaq istəyirəm: dünyada bədii tərcüməyə müxtəlif cür yanaşmalar mövcuddur. Bu məsələdə dünyanın aparıcı tədqiqatçıları, alimləri və tərcüməçiləri əsas iki əks mövqedə dayanırlar. Yəni, birincilər deyir: əsas odur ki, doğma dilin ruhuna uyğun tərcümə edəsən, oxucunu orijinal mətnə yaxınlaşdırasan. İkincilər isə deyir: oxucuya özgə təfəkkürünü öyrətmək lazımdır. Qoy oxucu özgə bir yazıçının dünyagörüşünü, özgə bir mədəniyyəti qəbul etməyi öyrənsin. Bunun üçün lazım gələrsə, doğma dilə zor işlətmək də olar. Bu mənada birincilər, azad tərcümə, ikincilər isə sətri tərcümə tərəfdarıdırlar. Mən azad tərcümənin tərəfdarıyam və Rəşad bəyin də sərbəst şeirlərini topladım, layihənin formatına uyğun olaraq 21 şeir seçdim, əksəriyyəti də sevgi şeirləri idi. Düşündüm ki, mövzuya görə tərtib edəcəyəm. Elə alındı ki, şeirlərin ruhu, ovqatı mənə kitabın adını diqtə etdi: “Sən Məni Sevirsən”. Amma başlanğıcda ayrı fikirdəydim. Yəni, burda tam azad şəkildə manevr edə bildim. Rəşad bəy də sağ olsun, mane olmadı. Axı biz öyrəşmişik, şablon adlara, sərlövhələrə, misal üçün, “I Love You” (“Mən səni sevirəm”) deməyə. Seçdiyim şeirlərin ümumi əhval- ruhiyyəsi isə qeyri-adi bir məntiq yaradırdı: cavan Aşiq obrazı Məşuqun onu sevməsiylə qürur duyur, Məcnun kimi çöllərə düşmür, sevgidən dəli-divanə olmur. Məğrur Aşiqin sevgisi ona kədər deyil, sevinc, qürur, arxayın hisslər bəxş edir. Lakin burada bir Qoca obrazı da var. O da sevmək istəyir Qadını, amma gücü, enerjisi yoxdu, cavan Aşiq kimi sevə bilmir. Cavan Aşiq isə bəlkə də buna görə öz Sevgilisini, onun məhəbbətini Allah səviyyəsinə qaldırır. Bəli, Qadın sevgisi Allahdır, Allah da məhz onu çox istəyən Aşiqi sevir, özgəni yox! Bax, məncə, kitabın ruhu, ovqatı da bu ideya üstündə köklənib, özü də təbii şəkildə. Buna görə də “Sən Məni Sevirsən” başlığını qoydum...

- Sizcə, bu şeirlərin tərcüməsi ingilisdilli auditoriyada necə qarşılanacaq?

- Bilirsiz, əlbəttə, mənim tərcümələrim nə Şekspirin, nə də Bayronun dili ola bilər. Amma çalışıram ki, şeirimizin əsas məzmunu və ideyası düzgün çatsın, ən azından alman, fransız, ingilis, ispan, ya bir yapon oxuyanda bizim bədii fikri, düşüncə tərzimizi tuta bilsin. Bəzən tərcümə etdiyim şeir və hekayələri xaricdəki yazıçı dostlarıma göndərirəm. Bir dəfə yazıçı dostlarımdan birinə 21 şeir göndərmişdim. Yazdı ki, 70 səhv var, çox mütəəssir oldum. O, düzəlişləri edib mənə göndərəndə təəccübləndim: gördüm 70 səhvin 68-i durğu işarələri ilə bağlıdı- harda nöqtə, harda vergül, nöqtəli vergül, harda nida, harda sual işarəsi, yaxud tire işarəsi, üç nöqtə, yaxud bağlayıcı, mötərizə və dırnaq işarəsi qoyulmalıdı. Onları qırmızıyla düzəldib mənə göndərmişdi. Əlbəttə, bunlar da vacibdi, çünki xaricilər üçün hər bir işarənin, hətta artiklinöz mənası var. Bizdə isə bəzən elə şeirlər oxuyursan ki, elə dayanmadan gedir e... Nə durğu işarəsi, nə bağlayıcı var! Əyləci yoxdu, indi gəl başa düş görüm, hansı sətirdə və ya beytdə nə demək istəyir. Xüsusən cavan nəsildə daha çoxdur. Nə isə.

Bu vaxta qədər onlarca yazıçı və şairimizin əsərini ingilis dilinə çevirmişəm. Rəsul Rza, Nigar Rəfibəyli, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Əli Kərim, Məmməd Araz, Xəlil Rza, Musa Yaqub, Kamal Abdulla, Məmməd İsmayıl, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Rüstəm Behrudi, Şahmar Əkbərzadə, Əbdürrəhimbəy Haqverdiyev, Hüseynbala Mirələmov, Vahid Əziz, Ağacəfər Həsənli, Novruz Nəcəfoğlu, Qulu Ağsəs, Salam Sarvan... Mənə danışırdılar ki, antologiyanın təqdimat mərasimində ingilislər Londonda bizim şairlərin şeirlərini həmin kitabdan oxuyurmuşlar. Hazırda Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Vaqif  Bayatlının, Vaqif  Bəhmənlinin şeirlər kitabını, Hüseynbala Mirələmovun isə “Vəsiyyət” pyesini tərcümə etmişəm, çapa hazırdır. Yeri gəlmişkən, qeyd edim ki, “Vəsiyyət” pyesi əla əsərdir, oxuyun. Yəni, bu kitabların hamısı dəyərli ədəbi nümunələrdi, tərtibatı, tərcüməsi, redaktəsi hazırdır. Qalıb vəsait məsələsi. Bilirsiz, açıq danışaq da, bəzi şair və yazıçımız məndən inciyir; eşidirəm ki, filankəs küsüb: niyə onun şeirini, ya hekayəsini tərcümə etməmişəm, yaxud almanaxa salmamışam... Axı mən humanitar təşkilat deyiləm, mənim buya digər kitabların ingilis dilinə tərcüməsinə, nəşrinə, yaxud onların redaktə və tərtibat işlərinə nə fiziki, nə də maliyyə imkanlarım var... İndi hansı zamandır? Adam bir dəfə, iki dəfə, uzağı üç dəfə tərcümə edər də... Gərək sahibkarlar, qeyri-hökumət təşkilatları da bu işə dəstək versinlər.

- Tərcümə etdiyiniz əsərlərin xarici ölkədə təbliği üçün hansı işlər görürsünüz?

- Bu çox ağır işdir, həm də yaralı yerdir. Çalışıram getdiyim ölkələrə tərcümə etdiyim kitabları özümlə aparım, Azərbaycan ədəbiyyatından nümunələri təbliğ edim. Amma bu bir-iki, yaxud üç adamın işi deyil. Bunu gərək sistemli şəkildə həyata keçirəsən. Əlbəttə, bunun üçün həm də vəsait lazımdı. Vəsait olmasa, dəstək olmasa, heç tərcümənin də əhəmiyyəti olmayacaq. Dünyada tanınmaq üçün yaxşı əsərlə bərabər, yaxşı vəsaitin də olmalıdır. İstəsək də, istəməsək də, bu, bütün dünyada belədir. Nəşriyyatlar, kitab evləri ədəbiyyata həm də biznes kimi baxırlar. Sənin yaxşı əsər yazmağın azdır, onu gərək təqdim etməyi də bacarasan. Nəşriyyat agentləri həftədə, ayda yüzlərlə əsərin sinopsisini oxuyurlar. Əsərin gərək o peşəkar agentlərin diqqətini çəksin. Yəni, ilk növbədə gərək ədəbi əsərin ola, özü də yaxşı əsərin ola, ikincisi isə, dünya bazarına çıxmaq üçün vəsaitin olmalıdır. Əsas mərhələ də bundan sonra başlayır. Tanınmamış müəllifləri nəşriyyatlar pulsuz çap etmirlər. Ya gərək nüfuzlu bir beynəlxalq mükafatın olsun, ondan sonra sənə sifariş verələr, ya da maliyyə vəsaitin olmalıdır. Əvvəllər, bütün bu işlərlə Sovet dövləti məşğul olurdu, şair və yazıçıları pulsuz-parasız çap edib yayırdılar, hələ bir yaxşıca qonorar da verirdilər. İndi dünyanın siması da, bazarı da dəyişib. Bazarın məqsədi Ədəbiyyatdan da qazanc götürməkdir. Bazarda başqa məqsəd olmur!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.-22 aprel.- S.14.