“Yazıçı”nın yeni
sayı “Kitabi-Dədə Qorqud”a həsr edilib
“Oğuz eli” qəzetinin ayrıca buraxılışı kimi işıq üzü görən “Yazıçı”nın aprel sayının mövzusu “Kitabi-Dədə Qorqud”dur.
Tanınmış ədibimiz Azər Abdullanın baş redaktorluğu ilə
hazırlanan nəşrin bu sayı Xalq yazıçısı Anarın “Dədə Qorqud dünyası”
adlı
araşdırmasıyla açılır. Görkəmli türkoloq
Tofiq Hacıyevin dastanla bağlı tədqiqat əsərindən
seçmələrin ardınca
qorqudşünas Şamil
Cəmşidovun “Dədə
Qorqud”la bağlı mülahizələri və
şair Abbas Abdullanın “Dünyaya sorğu” şeiri verilib.
Professor Zemfira Səfərovanın “Həmişəyaşar
ənənələr” kitabından
seçmələr, Kamil
Vəli Nərimanoğlunun,
Asif Atanın, Elçin Muxtar Elxanın dastanla bağlı araşdırmaları
da bu saydadır.
Bəstəkar Cavanşir Quliyevin
“Yazışma” məqaləsi
və Xalq yazıçısı Mövlud
Süleymanlının “Onda
ki, insan ruh idi” misrasıyla
başlayan şeiri dərginin növbəti səhifələrində öz
əksini tapıb.
Professor Yaqub Mahmudov “Dədə Qorqud kitabı-xalqın yaratdığı
və yaşandığı
tarix”dən, Fariz
Mustafa “Dədə Qorqud
- Bayındırlı mədəniyyətinin
açarı”ndan bəhs
edir.. Akademik Kamal
Abdullanın “Mifoloji dansöküləndə baş
verənlər” məqaləsini
Xalq rəssamı Toğrul Nərimanbəyovun
“Dədə Qorqud” motivləri izləyir.
Xalq şairi Zəlimxan Yaqubun “Saz”ından seçmələr,
Elxan Zalın, Vəli Xramçaylının,
Nuranə Nurun, İsmayıl Öməroğlunun
şeirləri də oxuculara təqdim edilib.
Professorlar Qəzənfər
Paşayevin, Elməddin
Əlibəyzadənin, Bəhlul
Abdullanın, Nüşabə
Araslının, Aynur Məmmədovanın, eləcə
də Ayşə Nəbi, Xanəmir Telmanoğlu, Azər
Abdulla, İşıqlı Ata, Əjdər Fərzəli,
Kərəm Məmmədov, Ramil Quliyev, Nizami Xəlilov, Seyran Əliyev, Ələkbər
Bayramov, Eldar Piriyev, Məsumə Məlikova, Hüseyn İsmayılov və başqalarının “Dədə
Qorqud”la bağlı fikirlərinə də bu sayda yer
ayrılıb.
ŞAHANƏ
525-ci qəzet.-
2017.-22 aprel.- S.12.