Azərbaycan Beynəlxalq Trabzon
Ədəbiyyat Festivalında təmsil olunur
AYB katibi Rəşad Məcid dahi
Nizamiyə həsr olunmuş xalçanı
açılış mərasimində festival rəhbərliyinə
təqdim edib
Aprelin 21-də Türkiyənin
Trabzon şəhərində 2-ci Beynəlxalq Trabzon Ədəbiyyat
Festivalı (UTEF) başlayıb. “Yol və məkan” adlı bu tədbirlər
silsiləsi bir neçə gün davam edəcək.
Təşkilatçı qurum olan Qaradəniz Yazarlar Birliyi Dərnəyinin rəhbəri
Esma Ala Türkmenin dəvəti ilə Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid və Milli Elmlər
Akademiyasının doktorantı
Gülnar Qasımlı
tədbirlərdə ölkəmizin
ədəbi ictimaiyyətini təmsil edirlər.
Festivalın açılışı aprelin
21-də olub. Açılış mərasimində Türkiyə, Azərbaycan,
Rusiya, Gürcüstan
və İrandan nümayəndələr çıxış
ediblər. AYB katibi Rəşad Məcid mərasimdəki çıxışında festivalın
əhəmiyyətindən söz açıb.
O, festival çərçivəsindəki
silsilə tədbirlərin
ayrı-ayrı xalqların
ədəbiyyatına və
böyük söz sənətkarlarına həsr
olunmasını təqdirəlayiq
cəhət kimi vurğulayıb. Böyük Azərbaycan şairi
Nizami Gəncəvinin
yaradıcılığına festivalda xüsusi yer verildiyi üçün
tədbir təşkilatçılarına
ayrıca minnətdarlığını
bildirib. Çıxışını tamamlayan R.Məcid
Nizami yurdu Gəncədən hədiyyə
göndərilən xalçanı
festivalın rəhbəri
Esma Ala Türkmenə
təqdim edib.
Bu gün
festivalda rus ədəbiyyatından və
Tolstoyun yaradıcılığından
bəhs edən məruzələr dinləniləcək. Aprelin 23-də “Türk ədəbiyyatı-
Yunus Əmrə” mövzusunun müzakirələri
ilə yanaşı, kitab günü - “Oxucu-müəllif görüşü”
olacaq. Ertəsi günə “İran
ədəbiyyatı - Sədi
Şirazi” müzakirəsi
planlaşdırılıb. Aprelin 25-də
“Gürcü ədəbiyyatı
- Şota Rustavelli” mövzusundan bəhs ediləcək.
26 apreldə
- festivalın bağlanış
günündə “Azərbaycan
ədəbiyyatı - Nizami
Gəncəvi” mövzusuna
həsr olunacaq. Həmin gün
üçün “Dədə
Qorqud və Buğac xan” mövzusunda da çıxışlar nəzərdə
tutulub.
ŞAHANƏ
525-ci qəzet.-
2017.-22 aprel.- S.13.