Vaşinqtonda Azərbaycan mədəniyyəti axşamı

 

Aprelin 20-də Azərbaycanın ABŞ-dakı səfirliyi və “N Street Village” qadınlar üçün reabilitasiya mərkəzinin təşkilatçılığı ilə Vaşinqton şəhərinin evsiz və yoxsul sakinləri üçün “Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib.

“N Street Villagereabilitasiya mərkəzinin icraçı direktoru Şröyder Striblinq tədbiri təşkil etdiyi üçün Azərbaycanın ABŞ-dakı səfirliyinə minnətdarlığını bildirib. Ş.Striblinq rəhbərlik etdiyi reabilitasiya mərkəzinin az gəlirli, işsiz, fiziki və əqli xəstəlik problemləri olan, travmadan əziyyət çəkən, zərərli vərdişlərin aludəçisi olan və zorakılığa məruz qalan qadınları yaşayış yerləri ilə təmin etdiyinionlara hər cür yardımlar göstərdiyini qeyd edib.

Sonra reabilitasiya mərkəzinin sakinlərinə Azərbaycan mətbəxinin nümunələrindən ibarət şam yeməyi verilibşirniyyatlar təqdim olunub.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri ölkəmizin tarixi, coğrafiyası və mədəniyyəti haqqında danışıb. Səfirlik nümayəndələri, həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfə verən və tolerantlıq ənənələri ilə fərqlənən bir ölkə olduğunu vurğulayıblar. Eyni zamanda, onlar, mərkəzinin sakinlərinə Azərbaycan mətbəxinin nümunələri, eləcə də şirniyyatlarımız barədə də məlumat veriblər.

Daha sonra Vaşinqton şəhərində fəaliyyət göstərən İpək Yolu Rəqs Ansamblı (Silk Road Dance Company) reabilitasiya mərkəzinin sakinləri üçün Azərbaycanın mədəniyyətini əks etdirən proqram təqdim edib. Musiqi və rəqslərimiz sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda sakinlər ansamblın üzvləri və səfirlik nümayəndələri ilə birgə Yallı rəqsini ifa ediblər.

Qeyd edək ki, “N Street Village” müxtəlif xəstəliklərdən əziyyət çəkən və təhlükə ilə üzləşən qadınlara yardım göstərən Vaşinqton şəhərinin ən tanınmış reabilitasiya mərkəzidir. Hər il bu mərkəzə ABŞ-ın nüfuzlu ictimaisiyasi xadimləri yardım etsə də, Azərbaycanın ABŞ-dakı səfirliyinin adıçəkilən mərkəzlə əməkdaşlığı nadir hal hesab olunur. Mərkəzin təqdim etdiyi xidmətlər sayəsində yüzlərlə qadın reabilitasiya olunaraq normal həyat fəaliyyətini bərpa edib.

 

525-ci qəzet.- 2017.-22 aprel.- S.13.