"Azərbaycan xalçaları"nın növbəti
sayı
"Azərbaycan xalçaları"
jurnalının 22-ci sayı işıq üzü
görüb. Jurnal bu saydan etibarən
"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin
və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyətinin birgə təsisçiliyi ilə nəşr olunur.
AZƏRTAC xəbər
verir ki, sənətşünaslıq və
tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında
olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq,
ayrı-ayrı xalq tətbiqi sahələrini
əhatə edən müəllif yazıları,
reportajlar, elmi məqalələr, maraqlı
tərcümə materialları
yer alıb.
Jurnalda "Azərxalça" Açıq
Səhmdar Cəmiyyətinin
fəaliyyəti geniş
şəkildə işıqlandırılıb. Publisist
İlham Tumasın Füzuli filialının fəaliyyətindən bəhs
edən "Dörd xalçadan başlayan həyat" reportajı, Şəmkir rayonundakı
tədris-hazırlıq kurslarından,
"Domotex" xalça
satış-sərgisinin gündəliyi,
"Halı" jurnalı
ilə əməkdaşlıqdan
bəhs edən yazılar, yeni toxunmuş xalçaların
fotoşəkilləri təqdim
edilib.
Professor Vidadi Muradovun və yazıçı-publisist Malik
Məmmədovun "Qaracəmirli
kəndi: tarixi və xalçaları",
AMEA-nın Naxçıvan
bölməsinin sədri,
akademik İsmayıl Hacıyevin "Naxçıvan
qalalarının öyrənilməsi
tariximizin mühüm
mənbəyi kimi",
Ayşat Maqomedovanın
(Dağıstan) "Dağıstan
xalçaları", Bəxtiyar
Tuncayın "Xalça
və sikkələr üzərində runik işarələr", Səbuhi
Əhmədovun "İslam
mədəniyyəti muzeylərində
orta əsr Azərbaycan silahları",
Hacı Abdullanın
"Zəngəzur bölgəsi:
qədim dövrlərdən
XX əsrin əvvəllərinədək",
Şakir Albalıyevin
"Azərbaycan folklorunda
güləbətin motivi
və onun mifik semantikası", Gülzadə Abdulovanın
"Azərbaycanın qadın
geyim bəzəkləri"
və digər məqalələr dərc
olunub.
Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.
525-ci qəzet.- 2017.-27 aprel.- S.7.