QÖNÇƏLƏRİM,
GÜLLƏRİM...
Qönçələrim, güllərim,
Mənim qız nəticələrim!
Bu quşlar, qanadlılar
Çoxaldılar, artdılar.
Şirin-şirin gülərək,
Yaxınıma gələrək
Ətəyimdən tutdular.
Mürgüləyən babanı
Yuxudan oyatdılar.
Tələbləri budur ki,
Nəğmə yazım onlara,
Yerdəki ulduzlara.
Əvvəlcə onu deyim,
Lap düzünü söyləyim:
Nənələr arasında
Qəribə bir dəb düşdü,
İnanın, hamısında
Yaxşı möhüb gördülər.
Fəxr ilə adlarını
Nəvələrə verdilər.
Adlar da qoşalaşdı,
Sevinc həddini aşdı.
Bu xəbəri eşidən
Qoca nənə Diləfruz-
O nənə ki, qızları
Oxşayır gecə-gündüz.
Yaxına gələrək düz
Dedi: - Qulaq as kişi,
Yerinə yetməlidir
Qızların sifarişi!
Fərəh gəldi könlümə,
Qələm aldım əlimə:
Beləliklə, qızların
Böyükləri Mətanət,
Büsbütün bir məhəbbət!
Boy gözəl, buxun gözəl,
Bu qönçəni xəlq edən
Özü edərək nəzər-
Belə gözəl xəlq edib.
Məktəbə təzə gedir,
Ata-ana fəxr edir,
Üç dili sərbəst bilir.
Danışanda, dinəndə
Ağzından dürr tökülür.
Bir nübardı bu qızım,
Yadigardı bu qızım.
Nənəsinin adını
Ləyaqətlə daşıyır.
Fərasətdə, tutumda
Nənəsinə oxşayır.
Sağ-salamat böyüsün,
Unutmasın dayəsin.
Sona göyərçin olsun,
Arzuları çin olsun.
Biri isə Humaydı,
Allah verdiyi paydı.
Əvvəlcədən demişəm:
Ya Günəşdi,
ya Aydı.
Seçilməz hurilərdən,
Mələkdən, pərilərdən.
Xurmayı saçları var,
Onu görən gözəllər
Xəcalətdən utanar.
Hörüklər qulac-qulac,
Kürəyində ipək saç.
Heyran edir hər kəsi,
Çox sevinir nənəsi.
Ləhcəsi şip-şirindi,
Bülbülə oxşar səsi.
Artıq
indi olubdu
Bir evin istəklisi.
İkinci
Aypara var,
Hələ bir az
dəcəldi,
Həm də elə gözəldi.
Yox tayı-bərabəri,
Elə bil canlanıbdır
Rəfaelin əsəri.
Yoxdu eldə-obada,
Fəxr eləyir baba da.
Belə
babası vardır,
Axı bu gözəl qızın.
Yeri-yurdu
dağlardır,
Özü də dağ laləsi.
Gözləri piyalədir,
Bağlardakı yasəmən,
Dağlardakı çəməndi.
Bənövşədi, çiçəkdi,
Qəşənglərdən qəşəngdi.
Sizə
bildirim indi
Aylin balam şirindi.
Qəflətən şölə salıb
Üfüqlərdən göründü.
Onunla gözəlləşib
Yaşadığı yer indi.
Nağıldı, tapmacadı,
Toppuşdu, toppulcadı.
Allah veribdi ağıl,
Çox danışır müstəqil.
Hər kəsi edir heyran,
Yaşılgöz quzu ceyran.
Geyinir qıpqırmızı,
Bu parlaq dan ulduzu.
Qaşı-gözü qapqara,
Yaraşıqdı bahara.
Ayaq açıb yeriyir,
Qarışır uşaqlara.
Bəzəkli pərvanədi,
Baxın, bircə dənədi.
Bir az yaxına
gəlin,
O danışsın, siz gülün.
Dinləyin nəğməsini,
Bu, xoşavaz bülbülün.
Aidə,
ay Aidə,
Bərabərsən igidə.
Gözəllikdə tay
olmaz
İnan, sənə dünyada.
Quş kimi qanadlanıb,
Qıratına atlanıb,
Uçub Vyanada qaldın.
Sağollar söyləyirik,
Bizi yadına
sal sən.
Fərasətlə, hünərlə,
Ləyaqətlə ucal sən!
Dağların bənövşəsi,
Bağların qızıl gülü.
Yəqin
ki, böyüyəndə
Dönəcəksən vətənə.
Əhsən, min əhsən sənə!
Xarici dil bilirsən,
Danışırsan, gülürsən.
Gözlərdə yüksəlirsən,
Özün belə qəşəngsən.
Qəlblərdə, könüllərdə
Xeyirxahıq əkirsən.
Səlvi
mənim nənəmdi,
Bəzəkli mintənəmdi.
Yeni açılır dili,
Əcəbcə dilavərdi.
Qəşənglərin içində
Seçilən bir nəfərdi.
Gözlərinin qarası
Dənizlərin aynası.
Üzünə diqqət edin,
Deyirsən ay parası.
Şəkərlənər, şənlənər,
Dindirərsən, dillənər.
Baxışları dünyaya
Nur kimi səpələnər.
Yumuruca yumrudu,
Dilavərdi, qumrudu.
Durub gəzək dünyanı
Belə çiçək tapılmaz.
Bilirmi ki, bu ülkər
Göylərdə olmaz almaz?!
Birisə
qışqırıb
Etdi könlümü
şad.
Bu gözəl gəlişilə
Ağızlara verdi dad.
Həm də açaraq qanad
Quş kimi uçdu gəldi,
Gülləri qucdu gəldi.
Axı özü çiçəkdi,
Qəşənglərdən qəşəngdi.
İnşallahlar boy atar,
Gəlib əsgərə çatar.
Sevindirər bizləri,
Andırar dənizləri.
Ləpələnər, güclənər,
Boy uca, qədəm gözəl,
Qoy görməsin
bədnəzər.
Xətadan uzaq olsun,
Ata-ana gözündə
Nurlu bir çıraq olsun!
Axırıncı səslənib
İkinci Nigar oldu.
Həm babaya, nənəyə
Qiymətli nübar oldu.
Qız deyil ki, afətdi,
Bir paydı,
müsibətdi.
Axı şirin balanı
Tərifləmək adətdi.
Gəlin
tərif eyləyək,
Ona nəğmələr
deyək.
Ləhcəsi şirin olsun,
Çox
sevinən babanın
Qəlbi fərəhlə dolsun.
Sevincdən üzü gülsün,
Qoy olsun qoçaq, balam.
İşıqlı ocaq balam.
Bu güllər, nəticələr,
Balaların nəvəsi,
Diqqət
edib bunlara
Artır qəlbin həvəsi.
Üz tuturam Allaha,
O böyük Qibləgaha-
Eşitsin xahişimi,
Onları xoşbəxt etsin.
Hər birisi böyüyüb
Arzu-murada yetsin.
Hər birisi ağılla
Qorusunlar adı-san.
Bilsinlər ki, ad-sanla
Daim ucalır
insan.
Böyüsünlər firavan,
Ata-analı olsun!
Hər birisi müqəddəs,
Ağzı dualı olsun!
Bu nəğmədə onlara
Aylara, ulduzlara,
Çiçəklərə, güllərə
Babadan bir hədiyyə,
Həm də yadigar olsun!
Aprel,
2017
XALAM QIZI
Çox
sağ ol
ki, soruşursan halımı,
Linginən qalxıram, ay xalam
qızı!
İnan,
gözəlləri daha
görmürəm,
Durbinlə baxıram, ay xalam
qızı!
Minnətdaram, çəkirsiniz adımı,
Uçmağa açıram qol-qanadımı.
Heç
nə söndürməyir
daha odumu,
Özüm od çaxıram, ay xalam qızı!
Bilirsən ki, söyləyirəm
düzünü,
Nə var söyləməyə özgə
sözünü.
İnanın ki, o nadanın üzünü
Görməyə qorxuram, ay xalam qızı!
Adı-sanı yayılsa da ölkəyə
Bənövşə də meyl eləyər
kölgəyə.
Görsə tanımasın, bilməsin
deyə
Eynək
də taxıram, ay xalam qızı!
Aprel,
2017
DAĞLARIN
Yönümü çevirim Kəpəzə
doğru,
Dil tapım,
soruşum halın dağların.
İl sona yetişib, çatdırır bahar,
Görə biləm xoş əhvalın dağların.
Daşağıl, yanında Daşbulaq,
Daşyurd,
Əgər oğulsansa yadırğa,
unut.
O yerə getməyə az qalıb
umud,
Bir gəzəydim
ayaqyalın dağları.
Hərdənbir Üzənə - get Bəzirgana,
Bu yurd Koroğludan qalıb nişana,
Dünya
dəyişilsə, gəlsə
zamana,
Səcdəylə qəlbini alın dağların.
İstəmirəm sadalayam birbəbir,
Deyib-danışmaqla qurtaran deyil.
Sinələr çəmənli, çoxalıbdı
gül,
Tutubdu yamacın,
yalın dağların.
Mart, 2017
ÇİÇƏKLƏR
Sözgəlişi deyil, düzü
belədir,
Bizim tərəflərdə
boldu çiçəklər.
Dərəndə incimir, qoxu bəxş edir,
Dil biləndi,
əhli-haldı çiçəklər.
Dağda
yun qəlibdən alaçıq qurduq,
Boz otdan komlayıb, sonra oturduq.
Girib-çıxmaq üçün qapı
da qoyduq,
Qapıdan içəri doldu çiçəklər.
“Unutma məni” adlı bir çiçək
də var,
Sinələr üstündə səni qarşılar.
Dərib
bir-birinə verər cavanlar,
Beləcə yadigar qaldı çiçəklər.
Kolların dibində bitər
bənövşə,
Nərgiz koma-koma yayılar döşə.
Burada gəzməyi eyləyən
peşə
Gözəl buxağında xaldı, çiçəklər.
Mart, 2017
ƏLDƏN GEDƏR
Dədəyə nəzirə
Bal da olsa qədərindən
bir qaşıq artıq yemə,
Tamah səni bəndə salar,
hörmətin əldən
gedər.
Dədə Şəmşir
Hər işini vaxtında gör,
dövran da əldən gedər,
Geciksən fürsət keçər,
zaman da əldən gedər.
İki dilli, çənədən
saz natarazdan uzaq ol,
Eləsinə elədiyin güman da
əldən gedər.
İnandığın bir kimsədə
saxtadırsa sədaqət,
Onu düzəltmək çətindir,
hədər çəkmə əziyyət.
Qazandığın xətir-hörmət
dost-tanışa məhəbbət
İllər, aylar lazım deyil,
bir anda əldən gedər.
Belələri şir görünsə,
xislətində tülküdü,
Zər-zibadan bəzəkləri elə
bilər mülküdü.
Aqil atalar söyləyib:
“Mal-dövlət əl çirkidi,”
Arxa bilib, fəxr etdiyin insan da
əldən gedər.
Qənbər ŞƏMŞİROĞLU
525-ci qəzet.- 2017.- 29 aprel.- S.22.