Yusif Nəğməkarın “Nizami demiş...” kitabı çapdan çıxdı

 

Tanınmış şair Yusif NəğməkarınNizami demiş...” poeması bu günlərdə kitab halında nəfis tərtibatla nəşr olunub.

Kitabın redaktoru Xalq şairi Nəriman Həsənzadədir.

Şairdən alimə...” adlı önsözün müəllifi, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli yazır:

 Ədəbiyyat aləmində bir-birinin uğurlarına sevinənlər az deyil. Təbii ki, burada yazıçı dünyasına, şəxsiyyətinə xas olan bir insani hissin yaşadığı məlum. Bir-birinin sevincinə, ədəbi uğurlarına qətiyyən paxıllıq etmədən, qısqanmadan böyük ürək açıqlığı ilə öz münasibətini bildirmək yazıçı qəlbinin böyüklüyündən gəlir... Xatırlayıram, Mehdi Hüseyn İsmayıl ŞıxlınınDəli Kürromanının əlyazmasını oxuyub uşaq kimi sevinməyini. Ona qədər İsmayıl Şıxlının bütün yazdıqlarına tənqidi münasibətini gizlətmirdi Mehdi müəllim. Ustad Rəsul Rzanın Məmməd ArazınAtamın kitabıpoeması haqqında məqaləsini xatırlayıram. Necə böyük ürək açıqlığı ilə qələmə alınmışdı. Rəsul müəllimin altmışıncı illərdə ədəbiyyata gələn gəncləri necə qoruduğu, onlara dəstək olması da dönə-dönə xatırlanır. Böyük şairimiz Bəxtiyar Vahabzadə isə bu sahədə çoxlarına örnək idi. Bəxtiyar müəllim ədəbiyyatımızın ən gözəl nümunələrini yaradan şair dostlarını birinci təbrik edirdi, hətta istedadlı cavanlara xeyir-dua verib, onları ruhlandırırdı, qanadları bərkisin deyə uçuşa hazırlayırdı. Misallar çoxdur. Şair Yusif Nəğməkarın professor, müasir Azərbaycan tənqidinin, ədəbiyyatşünaslığının dilçiliyin avanqardlarından olan Nizami Cəfərova poema həsr eləməsi , zənnimcə, bu ənənə ilə bağlıdır”.

 

Kitabda Yusif Nəğməkarın “Nizami demiş...” poeması ilə yanaşı, yeri gəldikcə, professor Nizami Cəfərovun əsərlərindən seçilmiş fikirlər, mülahizələr verilib.

 

525-ci qəzet.- 2017.- 29 aprel.- S.13.