"Ömrün müdriklik fəlsəfəsi"ndə yazılanlar
İstedadına, fəaliyyətinə çox dəyər verdiyim Kazım müəllimlə - Kazım Məmmədli ilə səmimi bir ünsiyyətimiz var.
Bir dəfə növbəti telefon söhbətimizdə
dedi ki, kitabım
çıxıb, göndərərəm, oxuyarsan, fikrin maraqlıdır.
"Ömrün müdriklik fəlsəfəsi..." adlı
növbəti kitabını
göndərdi. Bir həftəyə oxudum, amma məni o qədər cəlb etdi ki, yenidən
o kitabın üzərinə qayıdıb
ikinci dəfə mütaliə elədim. Kazım müəllimə zəng
vurub, fikirlərimi bildirdim, yaradıcılıq
uğurlarına görə
təbrik etdim.
İndi isə o kitablar haqqında düşüncələrimi
oxucularla paylaşıram.
Yazdıqlarının çox
az hissəsi cəmlənmiş bu kitabda, sözün həqiqi mənasında, taleyin ironiyası ilə ən çətin sınaqlardan
keçmiş, düşdüyü
hər şəraitə
"Alın yazısı"
kimi qane olan, həyatda layiq olduğu yeri tapa bilməyən
şəxsiyyətin haqlı
giley-güzarı var. Həmçinin,
müəllifin duyğu
dolu xatirələri, gələcək nəsillərə
örnək olan görkəmli pedaqoq, gözəl insan, qayğıkeş ailə
başçısı, fədakar
oğul, qardaş, müdrik ata və babanın tövsiyələri toplanıb
bu kitabda. Təsadüfi deyil ki, kitabın ilk səhifəsində Kazım
müəllim yazır:
Ömrümün tökülən
yarpaqlarını
Düzdüm vərəqlərə incilər
kimi.
Kazım müəllim kitabında insanın aliliyinə və sözə çox böyük qiymət verir."Zirvədən aşağı"
şeirində müəllif
ülviyyətlə bağlı dəyərli
mətləblərə toxunur:
"Nöqsanını
dərk etsən ülviliyə qovuşarsan,
həqiqəti dərk
et, ancaq onun tək detallara
bölünmə. Çalış əməlinlə bütöv
ol, çalış insani əməllərilə
yaşa, həm də təmənnasız
əməllərlə. Çalış təmiz yaşa,
var dövlət əsiri olma. Varidat üçün yuxarı
baxma. O aşağıdadır,
səndən çox
aşağıdadır" - deyir.
Müəllif həmişə haqqa tərəf olmağı təbliğ edir. "Haqqın ətəyindən
yapış, - deyir, -
haqqa güvən, haqqa tapın! İnsaflı ol, mürvəti əldən
vermə, yatdığını
kəsmə... İgid belə
edər. Özündə güc, iman yarat. Həmişə əqlin gücünü
köməyə çağır.
Ehtiyatda həmişə güc saxla. Əqli güc-kamil insanı
formalaşdırır. Nə qədər çox bilsən də, təvazökar ol".
Kazım Məmmədli
insanları xeyirxahlığa
çağırır, bildirir
ki, bu xasiyyət
insanın qanında olmalıdır, genindən
gəlməlidir, amma həm də bu hissi özündə
tərbiyə etməlisən.O
deyir ki, hər kəsin bir yolu olmalıdır:
Allahını tanı,
bir yol seç...
Lap cığır
da olsa, öz yolun olsun.
"Həyat seçimləri", "Daima
uca olsan...", "Ailə qurmaq üçün ömür-gün
yoldaşı seçimi",
"Maddi inkişaf üçün seçim",
"Əsilzadə seçimi",
"Dost seçimi", "Yerini tanı" şeirlərində gənc
nəslə çox dəyərli, lazımlı
məsləhətlər və
onların yollarını
göstərir.
Uşaqları, öz nəvələrinin
timsalında bütün
balaları çox sevən müəllif onların soy-kökə sadiqliyinə xüsusi əhəmiyyət verir.
K.Məmmədin kitabını
oxuyub düzgün anlamaq üçün müəllifin özünün
cızdığı mütaliə
cığırı ilə
irəliləmək lazımdır:
Diqqətlə oxusan hər bir kəlməni,
Beynində həzm
edə bilərsən
məni...
Kitabda xalqımızın tarixən
təşəkkül tapmış
milli-mənəvi dəyərlərindən,
qəhrəmanlıq tarixindən
bəhs edən yazılarla yanaşı, azərbaycançılıq, dövlətçilik,
milli birlik, vətənpərvərlik mövzularına
da geniş yer verilib. Misralarından Qərbi Azərbaycan və Qarabağ həsrəti duyulan şeirlər əzəli
torpaqlarımızın azad
ediləcəyinə bəslənilən
nikbin inam hissi ilə birləşərək, əsərin
baş xəttini təşkil edir.Yazıların
dili aydın, səlisdir.
Müəllif bu kitab üzərində işləyərkən dünya
şöhrətli fikir
və söz adamları Nəsrəddin Tusidən,
İbn Sinadan, Sokratdan, Diogendən, Nizami Gəncəvidən və başqa parlaq zəka sahiblərinin irsindən bəhrələnib.
Kazım Məmmədlinin kitablarını
geniş oxucu auditoriyasına ürəkdən
tövsiyə edir, yaradıcılıq yolunda
müəllifə yeni
uğurlar arzulayıram.
Əyyub MƏMMƏDOV
Tibb üzrə
fəlsəfə doktoru,
Əməkdar həkim
525-ci qəzet.- 2017.- 26 aprel.-
S.8.