V Beynəlxalq multikulturalizm
yay məktəbi başa
çatdı
KAMAL ABDULLAYEV:
"BU GÜN MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ
BÜTÜN DÜNYA ÖLKƏLƏRİ ÜÇÜN
ÖRNƏKDİR"
"Mədəniyyətlərarası
dialoq dini və mədəni müxtəliflik kontekstində
- Azərbaycanda dinlərarası
harmoniya" adlı V
Beynəlxalq multikulturalizm
yay məktəbinə
uğurla yekun vurulub.
AZƏRTAC xəbər verir ki, iyulun
30-da Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzində
bununla bağlı mətbuat konfransı keçirilib.
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin (BBMM) Himayəçilik
Şurasının sədri,
akademik Kamal Abdullayev mətbuat konfransında bildirib ki, Prezident İlham
Əliyevin tövsiyəsi,
BBMM, UNESCO, "Erasmus+", "ALADDİN layihəsi"
və Azərbaycanın
Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən V Beynəlxalq multikulturalizm yay məktəbində 26 ölkənin aparıcı
universitetlərinin 60-a yaxın
tələbəsi iştirak
edib. Onlar Azərbaycandakı tolerant, multikultural
əhval-ruhiyyə ilə
yaxından tanış
olub, həm ölkəmizdə, həm
də dünyada baş verən ictimai, siyasi, mədəni proseslər barədə fikir mübadilələri aparıblar.
Bildirilib ki, beynəlxalq multikulturalizm qış və yay məktəbləri
layihəsi BBMM-in "Azərbaycan
multikulturalizmi fənninin
xaricdə və ölkə universitetlərində
tədrisi" layihəsinin
davamıdır. Tədris layihəsi çərçivəsində
hazırda dünyanın
15, Azərbaycanın 38 nüfuzlu
ali təhsil
ocağında tələbələr
üçün qış
və yay məktəbləri təşkil
olunub. Əsas məqsəd həmin
gənclərin nəzəri
şəkildə öyrəndiklərini
multikultural və
tolerant dəyərlərin qorunub yaşandığı
ölkəmizdə öz
gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.
Kamal Abdullayev diqqətə çatdırıb ki, ölkəmizlə yaxından
tanış olan yay məktəbinin
iştirakçıları Azərbaycanın Gənc Dostları Klubunun üzvləri olurlar. Biz onlara Azərbaycan
həqiqətlərini çatdırırıq.
Onlar da öz ölkələrində
bu həqiqətləri
yayırlar. Bu klub hazırda dünyada bir sıra siyasi-ictimai proseslərdə fəal iştirak edir. Beynəlxalq miqyasda ölkəmizə olan münasibətin tənzimlənməsində Azərbaycanın
Gənc Dostları Klubunun özünəməxsus
rolu var.
UNECSO baş direktorunun xüsusi məsləhətçisi Abe Radkin mətbuat konfransında çıxış edərək yay və qış məktəblərinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan multikulturalizminin dünya ölkələri üçün örnək olduğunu vurğulayıb. UNECSO baş direktorunun xüsusi məsləhətçisi Azərbaycanda mövcud olan multikultural, tolerant dəyərlərin digər dövlətlərdə təbliğ olunmasının önəmini qeyd edib.
Abe Radkin yay məktəbinin uğurla başa çatdığını bildirib, bu önəmli layihənin gələcəkdə də davam etdiriləcəyinə inandığını vurğulayıb.
Kamal Abdullayev iyulun 29-da da jurnalistlərlə söhbətində deyib ki, bu gün multikulturalizmin Azərbaycan modeli bütün dünya ölkələri üçün örnəkdir: "Bu model dünyada Azərbaycan haqqında xoş təəssüratlar yaradır, ölkəmizə qarşı son dərəcə ciddi münasibət formalaşdırır". O bildirib ki, hazırda dünyanın müxtəlif universitetlərində Azərbaycan multikulturalizmi fənni tədris olunur. Bu dərslərdən sonra biz Azərbaycan multikulturalizmini öyrənən gəncləri ölkəmizə dəvət edirik. Onlar da yay və qış multikulturalizm məktəblərində iştirak edirlər. Bu da dövlətimizin başçısının tövsiyəsi ilə həyata keçirilir.
Kamal Abdullayev vurğulayıb ki, dünyada ölkəmizə olan münasibətin tənzimlənməsində Azərbaycanın Gənc Dostları Klubunun özünəməxsus rolu var.
Akademik diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tövsiyəsi, BBMM, UNESCO, "Erasmus+", "ALADDİN layihəsi" və Azərbaycanın Gənc Dostları Klubunun (AGDK) birgə təşkilatçılığı ilə keçirilən "Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya" adlı V Beynəlxalq multikulturalizm yay məktəbində 26 ölkəni 60-a yaxın tələbə təmsil edir. Ölkəmiz ilə yaxından tanış olan yay məktəbinin iştirakçıları Azərbaycanın Gənc Dostları Klubunun üzvləri olurlar. Bu klub hazırda dünyada bir sıra siyasi-ictimai proseslərdə fəal iştirak edir. Biz onlara Azərbaycan həqiqətlərini çatdırırıq. Onlar da öz ölkələrində bu həqiqətləri təbliğ edirlər. "Əminəm ki, klubun üzvləri Azərbaycanın dostu kimi bizimlə ünsiyyətlərini davam etdirəcəklər. Bu gənclərdən Azərbaycanı sevənlər ordusu yaranacaq", - deyə Kamal Abdullayev qeyd edib.
525-ci qəzet 2017.-1 avqust.- S.2.