Qəlbimizin Bəhruz nisgili

 

Cahangir MƏMMƏDLİ

 

 

Milyon illərdir insan dünyaya gəlir milyon illərdir dünyaya gələn insan bu dünyanı tərk edir. Amma gəlimli-gedimli bu dünyada insan itkisinə insan heç vaxt öyrəşə bilmir. etiraf edək ki, insandan insana fərq olduğu kimi, yaxşı insanın, bu dünyada yaxşılıq izi qoyan insanın ölümünə heç inanmaq olmur.

 

Biz bu duyğuları hər yaxşı adamın itkisində yenidən hiss edirik, ağrıyırıq, üzülürük. Amma neyləyəsən ki, ölüm haqdır qədər ağrısaq da, qədər üzülsək , qədər ki, bu haqq hələ özümüzə çatmayıb o qədər bu ağrı, bu üzüntü davam edəcək. Mən bu hissləri qırx gün bundan əvvəl Azərbaycan ziyalılarının, elmi zümrənin dostu Bəhruz Axundovun ölüm günündə, onun dəfn mərasimində bir daha dərindən yaşadım. Həm bu hissləri təkcə yox, mərasimə yığılan bütün ziyalılar yaşadı. Gül çələnglərinə bürünmüş Bəhruz Axundovun dəfn mərasiminə toplanmış ziyalı insanlara baxdım mən bir daha Bəhruzun necə böyük insan olduğunu, Azərbaycan elmi elitasına, təhsilimizə qədər yaxın olduğunu, öz naşirlik fəaliyyəti ilə kitab dünyasına doğma olan adamlara onun göstərdiyi xidmətlərin bir daha şahidi oldum.

 

Bəhruz Axundovun bioqrafiyasını xat

 

ırlatmağa ehtiyac yoxdur. Onun bioqrafiyasına bələd olmaq üçün iki il budan əvvəl, özünün sağlığında buraxılan "Dünənki sabah" adlı yadigar kitabında atasına-anasına, doğmalarına həsr etdiyi "Tanrım bərabəri" fəslinə baxmaq kifayətdir. Bizim Bəhruzla az qala hər həftə görüşdüyümüz o günlərdə Rəşad Məcid mən ayrı-ayrılıqda onun kitabına giriş sözü yazmışdıq. Elə o giriş sözündə mən Bəhruzun bir oğul, bir varis kimi atası Həsən Axundova - Ağdamın nüfuzlu el ağsaqqalı, nüfuzlu ziyalısı Həsən müəllimə həsr etdiyi "Tanrım bərabəri" memuar povestinə daha çox yer ayırmışdım. Çünki bu əsər bir oğulun bir ataya münasibəti deyil, bütövlükdə müqəddəs ataya, müqəddəs ailəyə, müqəddəslərə verilən publisistin qiymətidir, bir az da dəqiq desək, əsl Azərbaycan ailəsinin ümumiləşdirilmiş obrazıdır.

 

İndi üstündən qırx gün keçən o yas mərasimini bir daha xatırlayıram. o yas mərasimində dəvətsiz, filansız kürsüyə çıxıb Bəhruzu son mənzilə yola salan ünlü ziyalılarımızin kövrək çıxışlarını yadıma salıram. Professor Misir Mərdanov, akademik Vaqif Abbasov, akademik Yaqub Mahmudov, professor Qəzənfər Paşayev, millət vəkili Əflatun Amaşov, Ağdam ziyalılarından Səlim Əzimov, "Təhsil" nəşriyyatının əməkdaşları adından yazıçı-publisist Mustafa Çəmənli digər neçə-neçə adam. Onların hər birinin kövrək bu itkiyə təəssüf doğuran nitqində Bəhruz Axundovun dörd mühüm keyfiyyəti təhlil olunurdu:  Bəhruzun Vətən, millət sevgisi, Bəhruzun ev-ailə sevgisi, Bəhruzun peşə-nəşriyyatçılıq sevgisi, Bəhruzun dost sevgisi.

 

Hər çıxış edən kəsin Bəhruz Axundov haqqında çox səmimi, ürəkdən gələn əziz xatirələri vardı. O söhbətlərin xatirəyə döndüyü cəmi bir neçə saat idi. Amma Misir Mərdanovun, Vaqif Abbasovun göz yaşları bu xatirələrin əbədiliyini vəd edirdi.

 

Niyə beləydi, çıxış edənlərin hamısını bu qədər kövrəldən idi? Bəhruz Axundovun yaxşı insan olması. Bu yaxşı adam imkanı olmayan çoxlarının, o cümlədən, bu sətirlərin müəllifinin kitabını bəzən özündən xəbərsiz çap edirdi. Ona görə ki, Bəhruz kitabı müqəddəs varlıq sanırdı. Bu müqəddəs varlığa müqəddəs hisslərlə yanaşırdı.

 

Yazıçı, publisist Rəşad Məcid Bəhruz Axundovun "Dünənki sabah" kitabına yazdığı "Yaratmaq şövqü" adlı ön sözdə onun özünü kitaba sevgisini belə təsvir edir: "Mənim tanıdığım Bəhruz müəllim kimdir? Nədir onu bizə bu dərəcədə bağlayan, sevdirən, hörmət ehtiram doğuran? İlk növbədə, yəqin ki, ən insani keyfiyyətlərin onun şəxsiyyətində cəmləşməsidir. Həm onun yüksək peşəkarlığıdır, öz sənətini, peşəsini dərindən bilməsi, həyatının mənası hesab etməsidir. Ən müxtəlif tədbirlərdə - özümüzünkilərin xaricilərin arasında - nəşr etdiyi kitabları əlinə götürüb can-dildən, böyük sövq hərarətlə o kitablardan danışmasıdır. Bəhruz müəllimin kitabı əlində tutması da fərqlidir - böyük həssaslıqla, nəvazişlə, əzizləyə-əzizləyə, kitab onun əlində zərif şüşə kimidir, sanki bir az sərt, qaba davranarsan sınıb, çilik-çilik ola bilər". Bəhruzun kitab müqəddəsliyinə müqəddəs yanaşmasının ən vacib təsviridir bu fikirlər.

 

Akademik Nizami Cəfərovun hansı məqaləsindənsə bir fikir yadımdadı: "... dünyaya gəlməyin fəlsəfəsi yoxdur, dünyada yaşamağın və onu tərk etməyin fəlsəfəsi isə çox zəngindir". Bəhruz Axundovun ömür yolununbu ömrü tərk etməyinin çox məzmunlu bir fəlsəfəsi var. Bu fəlsəfə insanlıq fəlsəfəsidir.

 

Onun rəhbərlik etdiyi "Təhsil" nəşriyyatı Avropanın, Asiyanın bir çox ölkələrində keçirilən nəşriyyat müsabiqələrinin ödüllərinə layiq görülüb. Bu nəşriyyatı Bəhruz Axundov elə qurub-yaradıb ki, onun hansısa ölkədə tayı-bərabəri olduguna şəxsən mən inana bilmirəm. Bu, Bəhruz Axundov bacarığıdır. O Bəhruz Axundov ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitiribömrünün sonunadək universitet bilgisini öz təcrübəsində tətbiq edib.

 

Bəhruz Axundovun bacarığı, müəssisəni təşkil etmək və ona rəhbərlik bacarığı onun həyat təcrübəsindən gəlirdi. O, lap cavan vaxtlarından vacib dövlət təşkilatlarında işləyib. Universitetdə qiyabi təhsil illərində Bəhruz Axundov artıq sayılıb-seçilən vəzifə adamı idi.

 

Bəhruzun ailədə atası Həsən müəllimdən aldığı tərbiyə onu bir tərəfdən Vətənə bağladı, digər tərəfdən özünümüdrik bir ata səviyyəsinə yüksəltdi. Onun böyütdüyü övladları atalarına, babaları Həsən müəllimə çox bənzədilər. Bəhruzun xəstə olduğu müddət onun dostlarının da yaxşı yadındadır. Və günlərin bir günü əməliyyat zamanı Bəhruzun ciyərparəsi -  qızı öz ciyərini atasına bağışladı. Bu cəsarəti Bəhruzun qızına ata müqəddəsliyi və əlbəttə, Tanrı sevgisi vermişdir. Akademik Vaqif Abbasov yas mərasimindəki çıxışında Bəhruzun qızının bu cəsarətini, ata sevgisini, övlad məhəbbətini Tanrı sevgisi kimi qiymətləndirdi.

 

Qırx gün bundan əvvəlki o ağır yas mərasimində iştirak edən hər kəsin qəlbində elə o andan bir Bəhruz nisgili yarandı. Bu ölüm hadisəsi mənim də qəlbimi sarsıtmışdı və mənim çıxışımda olan ağır kədər nöqtələri bu gün də içimdə məni ağrıtmaqdadır. Amma Tanrı hər dərdin bir təsəllisini də verir. Bəhruz itkisinə Tanrının verdiyi təsəlli onun atalarına layiq övladlar qoyub getməsidir. Mən Bəhruzun yadigarlarından biri-oğlu Turalı lap uşaq yaşlarından tanıyıram. Elə atası kimi onun da sanki uşaq çağı olmadı. Necə ki, Həsən Axundov oğlu Bəhruzu lap uşaq yaşlarından əməyə alışdırdı, eləcə də Bəhruz Axundov öz balalarını, o cümlədən, "Təhsil" nəşriyyatında bu gün onu əvəz edə biləcək Turalı zəhmətə alışdırdı. Bəhruz el-obaya yaraşan bir ailə qoyub getdi, Bəhruz Vətən sevgisinə, Qarabağ dərdinə bələnmiş bir dünya qoyub getdi, Bəhruz onu həmişə qəlbində yaşadacaq dostlar qoyub getdi. Bir də Bəhruz onun kamil tərbiyəsində az-çox zəhməti olmuş müəllimlərini qoyub getdi. Universitetin Jurnalistika fakültəsində ona dərs demiş müəllimlərdən biri mənəm. Mən qırx gün bundan əvvəl o ağır yas günündəki çıxışımın sonunda içimdən gələn bir duanı bu yazıda təkrar etmək istərdim: "Tanrı Bəhruzun yerini behişt eləsin. Mənim içdən gələn bu duam Tanrıya mütləq çatacaq. Çünki müəllim duası Tanrıya tez çatır".

 

525-ci qəzet  2017.- 9 avqust.- S.7.