Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Şirməmməd
HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, bu günümüz üçün fəxr
edək!
ƏFQANISTAN
FACİƏSİ
İşbu faciənin baş qəhrəmanı Kral Amənüllahı
onun Əfqanıstanı hər nasıl olsa da əsri və mədəni
bir məmləkət halına qoymaq istəməsi
haqqındakı əzm və təşəbbüslərini
bilməyən yoxdur. Kral Amənüllah ilə Kraliça
Sürəyya həzrətlərinin o məşhuri-aləm səyahətləri
hala xatırlardadır. Bu yükək - səyyahlara,
bilxassə Kraliça Sürəyya xanıma baxaraq, Şərqdə
həqiqi bir tərəqqi və mədəniyyət səviyyəsi
görmək istəyənlər ciddən sevinmişlərdi.
Bu gün qardaş məmləkəti hərcü-mərc
içində buraxan əsəfli hadisələr yalnız əfqan
cədidçilərinin degil, onların səmimi mühibləri
bulunan bizlərin də candan təəssürünə
mücib olmuşdur.
Fəqət siyasi və ictimai hadisələri
xoşumuza və ya hetimizə gəlmələri nöqteyi-nəzərindən
təqdir və ya təkdir ilə qarşılamaq, olan bitən
vaqeələri anlamaq üçün kafi degildir. Bu nöqteyi-nəzərdən
yalnız kral və arzularını degil, onun tədbiqat sahəsini
təşkil edən Əfqanıstanı da bilxassə bilməliyiz.
Əfqanıstan əsirlərdən bəri xarici aləmlə
münasibatı yox deyəcək dərəcədə
mücərrəd bir halda yaşamış və bu üzdən
qayət ibtidai halda konservə edilmişdir.
Əksəriyyətlə
heyvan bəsləyən göçəbə və qismən
ziraətlə keçinən köylüdən ibarət olan
bu məmləkətdə şəhər əhalisi çox az, ticarət zümrəsi zəif, əsnaf
qismi isə qayətlə məhdud və qeyri mütəşəkkil
bir haldadır.
Qəbilə həyatı ilə yaşayan və feodalitə
üsulu ilə idarə olunan bu məmləkətdə
mütləq monarşi ilə yaşayan məmləkətlərdəki
münəvvər məmur sinfi belə yoxdur.
Bu kibi məmləkətlərdə bir qəbilə rəislərinin
beynəldüvəl və beynəlqəbail bir taqım
kombinezonlara istinadən digər qəbilələr üzərində
hakimiyyətlərini təsis etmələri daima məşrut,
hər zaman həssas və mütəzəlzəl olur. Xarici bir hadisə,
daxili bir vaqeə siyasi müvazinəyi yıxmağa həmən
kafi gəlir.
Bir tərəfdən
ümumi hərbin, digər tərəfdən də Rusiya
ixtilalının doğurduğu müsaid şəraiti təqdirlə,
cahan vəziyyətinə aşina məhdud bir qism münəvvərlərin
yardımı ilə bir saray hadisəsi nəticəsində əfqan
səltənət ənənəsinə rəğmən məqtul
Həbibüllahın 3-cü oğlu ikən taxta
çıxan, tərəqqi və islahat tərəfdarı cəsur
Amənüllah xan Əfqanıstanın həm İngiltərə,
həm də Rusiya tərəfindən istiqlalının
tanınmasına müvəffəq olmuş və bu müvəffəqiyyətini,
daha sonra əfqan istiqlalını bütün mədəniyyət
dünyasına parlaq surətdə tanıtmaqla ikmal
etmişdir.
Bu hadisə Amənüllaha mənəvi bir nüfuz bəxş
eyləmişdi. Amənüllah xan bu nüfuzu Əfqanıstanı bir an əvvəl Avropayı bir məmləkət
halına gətirmək məqsədilə girişdigi islahat
icrası üçün istifadə etmək istədi.
Əfqanıstanda islahat - yuxarıda məzkur patriarxal
ictimai şərait daxilində yaşayan bir məmləkətdə
- bir məmləkətdə ki, hala ziraət dövrünə
belə kafi dərəcədə girməmişdir. - Şübhəsiz
degil Türkiyədə, İranda tətbiq olunan islahata belə
bənzəməz. Türkiyədə Qazi
paşanın, H.Sübhi bəyin “Dağ yolunda” qeyd etdigi
çox mənidar bir tərifinə görə “ətdən
və kəmikdən yapılma fani Mustafa Kamaldan maəda bir də
“bən” degil, “biz” ədədi cəm ilə ifadə olunur. Əbədi Mustafa Kamal vardı. Birinci
Mustafa Kamala tarixin müvəffəq və unudulmaz uca bir şəxsiyyət
və qəhrəmanı şərəfini bəxş edən
qüvvət şu ikinci qoca təcəddüd tarixinin
xülasəsini təşkil ilə müştərək bir
mənəviyyatı ifadə edən Mustafa
Kamallığı kəndi şəxsiyyət-lərində əzəmi
qüvvət və mükəməliyyətlə təmsil edə
bilməsidir.
Tənzimat hərəkatının tarixi 200 sənəyi
buluyor. Bundan
qaç sənə əvvəl Türkiyə tibb fakültəsinin
100 sənəlik il dönümünü
təsit eləmişdir. Keçənlərdə 200 sənəlik
təsis il dönümünü təsvib
etdigimiz Türkiyə mətbəələrində basılan
əsərlərdə bu gün tətbiq olunan islahatın
şu və ya bu şəkildə fikriyyatına təsadüf
etmək müşkül degildir.
Bütün bunlardan maəda Türkiyədə əsri
həyat və fikirləri bənimsəmiş bir münəvvər
zümrə vardır ki, bunların ən aktiv qismini zabitan təşkil
ediyor.
İranda kəza islahat hərəkatının kəndinə
məxsus bir tarixi, bu hərəkatı təşkil edən
münəvvər bir zümrə, onu müdafiə edən
mütəşəkkil bir sinif, ticarət burjuaziyası
vardır. Rza şahın yapdığı islahat, yarım əsirdən
bəri başlanan və mətbuatı firqələri,
zümrəvi təşəkkülləri, bir sözlə
müəssei əfkarı ümumiyyəsilə, 20 sənədən
bəri səəssüs etmiş məşrutiyətçilik
proğramını tətbiqdən ibarətdir.
Əfqanıstanda nə Türkiyədəki mühəvvər
zabitan zümrəsi, nə də İrandakı ticarət
burjaziyası vardır. Orada başlıca olaraq iki sinif görülüyor: zəif
əkinçilərlə qüvvətli köçəbelər.
Qəbilə həyatı ilə yaşayan
Əfqanıstanda mərkəziyyəti idareyi tutacaq nə əskəri
təşkilat, nə idari təsisat, nə də mədəni
rabitə vardır. Qılcai və
Şinvari kibi qüvvətli qəbilələrin Amənüllahın
mənsub olduğu Dürrani qəbiləsi kibi nisbətən
zəif bir qəbilə müməssillərinə təbiiyyətləri
tarixi bir kombinezon nəticəsində hasil və nominal bir
şəkildə idi. Əfqanıstandakı
rəsmi lisan belə çöl və dağ əhalisindən
pək fərqli olan şəhərli taciklərin
konuşduqları farsidir. Əksəriyyətlə
puştu, qismən də türkcə qonuşan əfğanlılar
bu lisandan anlamazlar.
Bu şərait daxilində məmləkət fikriyyat və
mənəviyyatı üzərində hakim olan qüvvət
orta zaman fikriyyatı və klerikal zehniyyətidir. Mollalar,
şeyxlər və mütəəssiblər əlbətdə
ki, qüvvətlidirlər.
Böylə bir mühitdə islahat hər şeydən əvvəl
mərkəzin nominal degil, həqiqi hakimiyyətini təmin edəcək
müntəzəm bir ordu təşkilini və onunla bərabər
maarif tərvicilə məktəblər təsisini istixdaf və
məmləkət iqtisadiyyatını fəlcə uğratan
qəbilə təşkilatilə feodalite müəssisələrini
tədricən ilğa edəcəkdi. Mədəni həyatın
digər cəhətləri isə bu xüsuslardakı tətbiqatdan
sonra kəndi kəndinə təbiətilə gəlmiş
olacaqdı.
Bugünkü faciənin ən böyük amillərindən
biri iştə bu tədric üsuluna riayət edilmədən
və əsri islahatı həzm edəcək ictimai bir
qüvvət hazırlamadan Əfqanıstanın təhəmmüilə
qeyri mütənasib bir təcrübəyə girişmək
olmuşdur.
İşbu
keyfiyyəti - burjuasız burjua islahatına qalxışmaq - təbirilə
qeyd edən sovetlərin sabiq Əfqanıstan səfiri
Roskolnikov “Pravda” qəzetəsində yazdığı bir məqalədə
kıral Amənüllaha təkrar müəffəq olursa, nələr
yapmaq lazım gəldigini tövsiyə edərək diyor ki:
“İctimai məsnədini qəti surətdə
genişləndirməli, köylülərə istinad etməli,
topraqları mülkədarlardan alaraq çiftçilərə
verməli, vergiləri azaldaraq feodallarla mollalara qarşı
amansız surətdə cidal açmalıdır”.
Feodallarla mollalara qəti surətdə cidal açmaq
üçün sadə köylülərə istinadən
burjuazi və ya əmələ kibi surət və intizamla hərəkətə
keçə bilən mətin bir zümrəyə dayanmadan pək
də ümidli bir tabiye olmadığını əlbəttə
Roskolnikov dəxi bilməz degildir. O da biliyor ki, Rusiyada belə muavin digər
ictimai bir sinif mövcud olmadıqca sadə köylüyə
istinadla cəzri hərəkətlərdə bulunmaq
şübhəli bir hərəkətdir və müvəffəqiyyətsizligə
məhkumdur, məgər ki, bu tövsiyədə bulunan
Roskolnikov şu muavin və rəhbər sinfin Rusiyanın
yardım üçün göndərməyə mühəyya
olduğu qızıl orduyu düşünə. Fəqət bu təqdirdə Sucu oğlunun ingilis
lehinə yapmaq istədiğini, Əfqanıstan
islahatçıları da Rusiya lehinə yapmaq məcburiyyətində
qalmazlarmı?!
Hər halda qardaş Əfqanıstanın nəticəsi
məchul anarşiyə tutulduğu olmuş bir işdir. Bu faciələrin
Əfqanıstan islahatçıları lehinə xitam
bulmasını canı könüldən arzu edəriz.
Şu
sırada Amənüllah xanın ətrafında birləşən
islahatçıların təqib edəcəkləri taktik,
şübhəsiz əcnəbi müdaxiləsinə imkan vermədən
təkrar vəziyyətə hakim olmayı bacarmaqdır!
Bu müvəffəqiyyəti
əldə etdikdən sonra nə yapmaları lazım gəldigi
haqqında Roskolnikov kibi tövsiyədə bulunmaq istəməyiz,
sadə müvəffəqiyyətlərini təmənna ilə
iktifa edərək şu qədər qeyd edə biliriz ki:
Şərqin kəndinə məxsus inkişaf yolu və
hər məmləkətində kəndi ictimai bünyəsi
və tarixi mərhələsilə mütənasib islahat
yolları vardır.
M.Ə.Rəsulzadə
”Odlu-Yurd”,
1 mart 1929, ¹ 1
Mühibb
- sevən, dost
Təsvib
- təsdiq etmə
Məsnəd
- dayaq
AZƏRBAYCAN
HƏYAT VƏ MƏTBUATINDAN
1- Sovet mətbuatı
“Müsavat” firqəsinin proğram və məqsədini tənqiddə
davam ediyor. “Müsavat” və milliyyət məsələsi.
“Müsavat” və sinfi məsələ. “Müsavat” və Türkiyə. “Müsavat”
və İran. “Müsavat” və rus milləti.
Azərbaycanda rus ordusu yoxmu?
2- Dadaş Bünyadzadənin raporu. Kollektivize nədir
və nə kibi imtiyazlara malikdir? Kollektivlər
nasıl yapılmalı imiş və nasıl
yapılmışdır. Kooperativlər və
xüsusi alverlər. Xüsusi ziraətdə
yoxsullar. Vergilər və
gönüllü vergilər. Köylü
hərəkatı və “Müsavat” firqəsi.
3-
Müqavimətlər qaç türlü olur? Sağlar
və sollar. Barışıqçılar.
Aktiv və passiv müqavimətçilər.
lll
Sovet mətbuatı,
son hərəkatlar münasibətilə Azərbaycan iqtiqlalı
fikrinin müəssisi və Azərbaycan türk milliyyətpərvərliginin
ələmdarı olan “Müsavat” firqəsi əleyhində “vəsiqələrə
istinadən” (?) nəşriyyatda davam ediyor. Köylü hərə-katında
hakim olan şüarların “Müsavat” firqəsinin proğram
ümdələrini təşkil etməsi, xalqın istədiklərini
“Müsavat” firqəsinin dəxi ötədən bəri tələb
edərək gəlməsi, bir sözlə “Müsavat”
mücadiləsilə xalqın şimdiki mücadiləsi
arasında tam bir ahəng mövcud olması, istilaçı
qüvvəti ciddən qorxutmuşdur. “Müsavat”
əleyhinə ciddi propağanda lazımdır. Fəqət
bu propağandanı kim yapacaq? Asilərlə mücadilədə yerli türk əskərləri
yaramadıqları kibi, nəşriyat və siyasi mücadilədə
dəxi Dadaşlar, Mir Cəfərlər, Musabəyovlar, Məcid
Əfəndizadələr, Ruhulla və Həbiblər
yaramıyorlar. Ona görə Bakıya surəti-məxsusədə
Rayevskilər, İşkovlar, Çikalolar, Anteplyanlar və
Vardinlər sövq olunmuş, əllərinə milli Azərbaycan
Cümhuriyyətinin arxivləri verilmişdir.
Bakı qəzetələri
3-4 aydır ki, “Müsavat” firqəsindən, onun topraq,
köylü, əmələ, milliyyət və s. siyasətindən
bəhs etməkdədir.
Son Ukrayna istiqlalçılarının mühakimələri
münasibətilə “Pravda” (26-27 və 28 mayıs nüsxələri)
dəxi “Müsavat” firqəsinin fəaliyyətindən bəhsə
məcbur olmuşdur.
Son posta
ilə aldığımız “Bakinski Raboçi”də (¹ 104)
İ.Vardin “Müsavat” firqəsinin xarici siyasəti” üzərində
duraraq bolşeviklərə xas olan “qızıl” yalanlar
uydurmaqdadır.
Vardinin məxəzi “Odlu Yurd” məcmuəsinin ¹ 10 və
¹ 11 nüsxələri təşkil etməkdədir. Bu nüsxələrdə
Rəsulzadə Məhəmməd Emin bəy əfəndinin
Kerenski ilə Hondokaryanlara cavabları mündəricdir.
Emin bəy Hondokaryana: “Qafqasiya Konfederasyonunun rusofillik ilə
qabili təlif olmadığını, rus imperializmi ilə
mücadilə halında ikən qafqasiyalılar
üçün rusofilligin pək də müsbət bir dəstək
olmayacağını, halbuki Rusiyanın kəndi milli
hüdudları daxilində qalmasına candan tərəfdar
olmaları lazım gələn qonşu dövlətlərə,
Türkiyə ilə İrana qarşı qafqasiyalılar tərəfindən
göstəriləcək təvəccöhün mənası
tamamilə başqa və müsbətdir” tərzində
cavabı komunistləri rus monarşistləri qədər
qızdırmışdır. “Demək ruspərəstlik
degil, Türkiyə və İranpərəstlik!...”
- deyə Vardin komunistlərə məxsus demağojisinə
başlıyor. Vardin “Müsavat”ın milliyyətçi
olmadığını, Moskvadan üz çevirib də
İranla və ya Türkiyə ilə birləşmək istədigini
“milliyyətçilik bayrağı altında Azərbaycanı
sovetlərdən ayırıb da İran və Türkiyə dərəbəylərinə
və onların əlilə cahan kapitalistlərinə
bağışlamaq fikrində olduğunu” isbata səy ediyor.
Vardinin
iddiasına görə Moskvada bolşeviklər degil,
menşevik kadetlər oturmuş olsaydı, Tehran və
İstanbul dəxi bolşevik əlində bulunsaydı, o zaman
“Müsavat” nəzərində Moskva mədəniyyət mərkəzi,
Tehran və İstanbul isə barbarlar diyarı olacaqdı.
“Bundan
görünüyor ki, (?) məsələ
milliyyətdə degil, əsil məsələ bundadır ki,
Moskva proletar diqtatorluğu, İstanbul ilə Tehranda isə dərəbəylər
hakimiyyəti vardır”.
Vardin bu surətlə kəndisinə məxsus bir
bolşevik teorisi, həqiqəti məxsus təhrif etmək təriqilə
bir sofizm qurduqdan sonra Türkiyə ilə İranın daxili
üsuli idarəsini şiddətlə tənqidə qoyuluyor. Türkiyənin əqəliyyət
millətlər haqqındakı siyasətini Zarevand, Kerenski və
Hondokaryanların ağızları ilə tənqid etdikdən
sonra İrana köçiyor, diyor ki:
“Təkrar
ediyoruz iş milliyyət məsələsində degil, sinfi məsələdədir.
Əgər iş və mətləb milliyyət məsələsində
olsaydı, “Müsavat” firqəsi Azərbaycanı İrana
ilhaq etmək istəməzdi (?). İranlılar ki türk
degil, aryan irqinə mənsubdurlar və kəndiləri
də türkləri müthiş surətdə
farslaşdırıyorlar. İranda 2.500.000
türk vardır. Fəqət hakim sinifləri
türk millətinin varlığını inkar ediyor. İran Azərbaycanında bircə də olsun
türk məktəbi yoxdur, bircə də olsun türk qəzetəsi,
türkcə kitab mövcud degildir. İranda
təmsil siyasəti Türkiyədə olduğu kibi şiddətlə
tətbiq olunmaqdadır”.
Vardin
soruyor: Rəsulzadə bunu biliyormu? Və yenə
kəndisi cavab veriyor. “Əlbətdə
biliyor”. Fəqət bununla bərabər Rəsulzadə
milliyyətindən vaz keçərək farslaşmağa nədən
razı oluyor?... “Çünki orada proletar
degil, dərəbəylər hakimdir...”
Və yenə
bir məna çıxarıyor:
Bu da
göstəriyor ki, “Müsavat” milliyyətçi və
istiqlalçı degil...
Fəqət burada bir məsələ var. Qospodin Vardin ya
rus mujiki dərəcəsində cahildir və yainki xitab etdigi
mühiti öylə zənn ediyor. Çünki
yürütdügü fəlsəfə tamamilə etiqad eylədigi
marksizm və leninizmə ziddir. Burjua və
ufaq burjua firqələri, marksizmə görə, sinfi mənfəətlərinə
görə belə milliyyətçi və
istiqlalçıdırlar. Çünki
yalnız bu milli hüdud dairəsindədir ki, bir millətin
bu burjuaziyası digər qüvvətli bir millətin
burjuaziyasının təhəkküm və istismarından
qurtara bilir. Bir millət o burjuazi
üçün bir bazardır. Və o
milli dünyanın hüdudunu təşkil edən, onu
ayıran milli dil, milli hars, milli ənənə, milli tarix və
nəhayət milli dövlət həyatıdır. Materyalizm-marksizm, milləti və bu millətin təşəkkülündə
burjua sinfinin yaradıcı rolunu böylə təlim ediyor.
“Müsavat” firqəsi və onun lideri Rəsulzadə əsasən
nə İrana və nə Türkiyəyə ilhaqdan bəhs
belə etmiyor.
Biləks o Turan dövləti ideyasının belə bir utopi
olduğunu, slav dünyası kibi türk dünyasının
da dəxi ayrı-ayrı realitelərdən ibarət
olduğunu iddia edərkən nasıl olur da Azərbaycanın
İran içərisində “asimlə olmasını” qəbul
etsin. Vardin bunları bilmiyormu?
Xayır, biliyor. Həm də gözəl biliyor... Fəqət
Moskva ajanlarına son silah olaraq yalan, demoğoji və iftira
lazımdır. Rusiya ilə mücadilə nəticəsində
vücuda gələcək olan Qafqasiya Konfederasyonunun Türkiyə
ilə İrana dost olacağını alıb da “ilhaq” şəklində
anlatmaq və bunun üzərinə pək ibtidai bir nəzəriyyə
qurmaq yalnız komunistlərin işi ola
bilir.
Vardinin əslən dərdi vardır. “Müsavat” hər
bir millətin istiqlala haqlı olduğunu dava edərkən nədənsə
rusları dəxi xatırlamış, onlara da kəndi
hüdudları daxilində olmayı tövsiyə etmişdir.
Vardin buna nasıl razı ola bilir. Dünyada rus milləti nə gəzər? Onu da Rəsulzadə nərədən
çıxardı? Dünyada proletar
vardır. Ona qarşı da burjua və dərəbəylər.
“Müsavat” Tehran dərəbəyləri və
Türkiyənin faşistləşmiş kamalizmi ilə birləşmək
istədigi kibi, Azərbaycan proletarı nədən Moskva
proletarı ilə birləşməsin.
Vardin
Kerenski ilə Milyukovu məmnun edəcək çox mənalı
sorğular vəz ediyor, diyor ki:
- Rusiya kəndi
hüdudlarından xaricə çıxmışmı? Azərbaycanda
Rusiya hakimiyyəti nərədə?...
Doğrudur, Rusiya hüdudlarından xaricə
çıxmamışdır. Biləks 1914 sənəsi
çarlıq hüdudlarından da bəzi yerlərdə geri
oturmuşdur. Fəqət Rusiya rusların
oturduğu yerlərin xaricindədir. Ruslar
“təyini-müqəddərati-miləl prinsipini kəndilərinə
tətbiq etməyincə digər millətlər
üçün bu prinsipin nə mənası qalır?
Çünki rusların kəndi hüdudlarına çəkilməsilə
yüzdən fəzlə millətlər “müqəddəratlarını
təyin” etmiş olurlar...
lll
Mayısın ortalarında Dadaş Bünyadzadə
Bakıda kollektivizə yapan aktivlər ictimaında bir rapor
oxumuşdur. Azərbaycanda bugünki hərəkatlarla əlaqədar
olan bu rapordan istifadə ediyoruz. (“Bakinski Raboçi”, ¹
107)
Dadaşa görə Komunist firqəsi köylərin
sosyalistləşməsinə qərar vermişdir. Bunun
üçün də ufaq ziraətləri toplayaraq
böyük kollektiv ziraət təşkilatları
yaratmalıdır. Köyün sosyalistləşdirilməsi
üçün bundan başqa yol yoxdur. Sovet
hökuməti kollektivləri şəxsi vergilərdən və
su vergisindən azad ediyor. Kollektivlərə ziraət
makinaları, toxum, kredi və s. verməklə himayə ediyor.
Fəqət
kollektivizə yapıldığı zaman “xətalar” baş
vermiş, könüllü surətdə olacaq ikən Azərbaycan
qəzalarında köylülər “zabitə qüvvətilə”
kollektivlərə “cəlb olunmuş”dur. “Quba
vilayətində bağları, toyuqları, inəkləri, mənzilləri,
yemək taqımlarını, hətta yataqları belə
kollektivizə edərək, bu günlərdə yeməklərin
dəxi müştərək olacağı elan edilmişdir.
Kürdəmir nahiyəsində kollektivizə
yapanlar əllərində tapança olduğu halda köyləri
dolaşaraq kollektivə gəlməyənləri Arxangelsk
vilayətinə (Şimali Rusiya) sürməklə təhdid
eyləmişlərdir. Qarabağda
demişlər ki, kolxoza gəlməyənləri
sürgün edəcəgiz, əllərindən
topraqlarını alaraq vergilərini artıracağız”.
Dadaş diyor ki, bu xətalar “müvəffəqiyyətlərdən
baş dönməsi” olmuşdur. O qədər müvəffəqiyyət
varmış ki, Stalin demişkən başlar dönməgə
başlamışdır. Dadaş şimdi də
bu halların davam etdigini qeyd etməkdədir.
Kolxoz yaratmaq üçün komunistlər bilxassə
ortabab, yoxsulların yerlərini zəbt etmişlərdir. Halbuki kolxoz təşkilatı
üçün yalnız kolçomaqların yerlərini
almaq lazım imiş.
Köylünün toyuğuna qədər
alındığı görününcə köylülər
bütün mal-qaralarını öldürməyə
başlamışlar imiş. Bunun
qarşısını almaq üçün heyvan
öldürməği mən edən bir qanun verilmişdir.
Fəqət qəzalarda bu tətbiq olunuyorkən
köylülərə toyuq kəsmək, yumurta satmaq belə
mən (qadağa) edilmişdir.
Ümumiyyətlə, xüsusi alver mən edilmiş
olduğundan və xalqın zəruri şeylərlə təmini
kooperativlərə verildigindən əhali ehtiyac içərisində
qalmışdır. Çünki kooperativlər xalqın
ehtiyacını ödəyəcək iqtidarda degildir. Ona görə Dadaş diyor ki, ətin xüsusi qəssablar
tərəfindən satılmasını təmin
üçün Tiflisdə təşəbbüslər
eliyormuş.
Bir çox qəzalarda, qolçomaqlardan və sovet əleyhdarlarından
başqa, ortabab və yoxsullar da seçki haqqından məhrum
edilmiş imiş. Kollektiv ziraət təşkilatlarına gəlmək
istəməyən şəxsi və xüsusi ziraət sahibi
ortabab və yoxsullar seçki haqqından məhrum edilmiş
olduqları kibi bunlara su dəxi buraxılmıyor. Bunlara trak-tor verilmiyor, kredi filan bunlara kəsilmişdir.
Bir çox qəzalarda bunların dəxi əmlak
və məhsulu, mal-qarası əllərindən
alınmışdır. Sovet hökumətinin
mövcud bir qanunu mövcibincə toplanan vergilərin 50%-i
miqdarında əlavə “gönüllü” vergi
toplanmalıdır. Halbuki, qəzalarda
zabita gücilə toplanan “gönüllü vergilər” rəsmi
vergilərdən də fəzlə imiş.
Köylülərə gələcək məhsulu almaq
hesabına avans verildigi zaman, verilən paranın çox qismi
su parası, kredi, sığorta və kooperativ təşkilatlarına
əzalıq haqqı deyə kəsiliyormuş. Sovet hökumətinin
daxili istiqraz abliğasiyonu vardır. Dadaşın
raporuna görə istiqraz qəzalarda zorla yapılmaqda,
köylülərə mal-qaralarını satmaq müqabilində
icra edilməkdədir. Yeni sovet vergiləri
kollektiv ziraəti tamamilə vergidən azad edərək
bütün dövlət vergilərini xüsusi ziraət
sahiblərinə yüklətmişdir. Bu
surətlə kolxozları tam mənasilə
“gönüllülük əsası üzərinə”
qurmuş oluyor.
Dadaş Bünyadzadə son hadisələrdə gizli
siyasi firqələrin, bilxassə “Müsavat”ın fəaliyyətindən
bəhs edərək tovqif edilən
“Müsavat”çılardan guya öyrəndigini və
onların etiraflarını qeyd ediyor. “Müsavat” onlarla,
yüzlərlə propağandist göndərərək,
kollektivize əleyhinə, əkin edilməməsi
üçün köylərdə müdhiş
propa-ğandalar yapmışlar imiş, məqsədləri də
baharda üsyan hazırlamaq, Sovet hökumətini devirmək və
əcnəbi dövlətlərin müdafiəsini təshil
eyləmək imiş. Söz yoxdur ki,
Dadaş Bünyadzadə provakasiyonların ən
böyügünü söyləməklə, sarsılmaqda
olan komunist sıralarına təsir etmək, bunun
üçün də son zamanlarda tövqif edilmiş minlərcə
milliyyətpərvərləri məhv eyləmək istəmişdir.
lll
Komunist firqəsinin təməlini içindən gəmirən
qaç türlü müqavimətlər var? Sovet mətbuatı
bu xüsusata bizi tənvir ediyor.
Sovet hökumətinin əsasını gəmirən
müqavimətlərdən biri Komunist firqəsinin içərisində
rəsmən və açıq çalışan
sağlardır. İkinci müqavimət yapanlar Stalinin
şimdiki şiddətini dəxi qəbul etməyən ifrat
sollardır. Köylülər arasında
aktiv və passiv olmaq üzrə iki müqavimət göstərən
qüvvət vardır. Fəqət bu
beşinci müqavi-mətçiləri yeni görüyoruz.
Bunlar barışıqçılardır.
“Zarya
Vostoka” (1,6,1930, ¹ 143) qəzetəsinin Gəncə müxbiri
S.Krapivin köylü müqavimətinə səbəb
olanların komunist təşkilatında və sovet müəssisələrində
oturmuş olduqlarını, “Müsavat” nüfuzunun qüvvətli
olduğu Gəncə vilayətində sovetlərin proletar
kontrolundan xaric olduğunu qeyd etdikdən sonra köylüyə
təzyiqi bunların yapdığını, şimdi də
tam əksinə bir yol tutduqlarını əlavə ediyor,
diyor ki:
Kollektiv ziraət təşkilatları ilə şəxsi
ziraət arasını təfrik və müəyyən eyləmək
məqsədilə Gəncə vilayətinin
Qasım-İsmayıl dairəsinə bir qrup ağranom və
yer ölçənlər getmişdir. Onlar pambıq
əkinlərini dəxi birləşdirəcəklərdi.
Ağranomlar Sovet icraiyyəsi rəisi Hüseyin
Əliyevə müraciət edərək köylülərin
ictimaini dəvət eləməgi rica eyləmişlər.
Hüseyin:
- Qətiyyən
dəvət etməm. Pambıq əkinlərinin
birləşdirilməsi yenə kolxoza bənziyor, əsla
köylüləri toplamam demişdir.
Ağaranomlar çalışmışsalarsa Sovet rəisini
qane edəməmişlər. Gəncə vilayətinin
Qızıl Hacılı, Xankərvənd, Səfikürdlü
v.s. dairələrində eyni müamilə olmuş.
Qəzetə qeyd ediyor ki, kollektivizedə fəzlə
sola əyinti olduğu kibi “könüllü” məsələsində
də fəzlə sağa əyilmişlərdir. Məsələn,
köy və qəza sovetləri rəisləri
kolçomaqlarla mücadilədən tamamilə imtina edərək
“şimdi hər şey könüllülük əsası
üzərinə olmalıdır, kolçomaqlarla mücadilə
olmaz” demişlərdir.
Sovet müəssisələrində böylə bir haləti-ruhiyyənin
təəssüsü “Zarya Vostoka”yı çox
qorxutmaqdadır.
M.B. (Mirzə
Bala)
“Odlu-Yurd”,
Temmuz 1930, ¹ 18
Mən -
qadağa, yasaq
Tövqif
- həbs etmə
Təshil
- asanlaşdırma
Tənviz
- işıqlandırma
TÜRK
İLİ
Türk
ocaqları mərkəzi heyəti tərəfindən
Türkiyə Cümhuriyyətilə bərabər
bütün Türk dünyasının əhvalını
xülasə etmək üzrə təsis olunan “Türk Səlnaməsi”nin keçən sənə martda
çıxması bəklənilən ilk nüsxəsi ancaq
şimdi nəşr edilə bildi.
Türkçülügün
əməkdar xadimlərindən möhtərəm
Y.Akçura bəy tərəfindən toplanılan “Türk
ili” namini daşıyan və hərflərilə bəlkə
də ən son basılmış olan bu mühüm əsər
türk milliyyətpərvərligin mənşəi, tarixi və
fikri amillərini qeyd və təsbit etməsi həsbilə
çox böyük bir ehtiyacı təmin eyləməkdədir.
Əsasən məlum olsalar da türkçülük hərəkatına
aid bir çox materialları, daha toplu surətdə ustada məxsus
metodik tərzdə daha canlı olaraq verən bu qalın cilddə
(650 əski “Türk-Yurdu” səhifəsi) Lehistan mültəcilərindən
milli türk şüuruna hörmət etmiş Mustafa Cəlaləddin
paşa kibi bilmədigimiz yeni kəşflərlə, az məlumatdar olduğumuz tərcümeyi-hal vaqeələri
də vardır.
“İlin”
ən canlı səhifələrini təşkil edən bu
qismi, türkçülügün tarixi, bizzat Y.B. tərəfindən
qələmə alınmış və bu “tarix” məşrutiyyət
dövrünə qədər yazılmışdır. Bu dövrdən sonrakı qismin yazılacağı
isə 1930-da çıxacağı möhtəməl II cilddə
buraxılmışdır.
Bu qismidən maəda - “İldə” Türkiyə Cümhuriyyətinin tarixi, Cümhuriyyət müəssisi Qazi paşanın tərcümeyi-hallarilə, məşhur nitqlərinin gəncligə xitab edən qismi, Cümhuriyyət müəssisləri haqqında pək zəruri və statistik məlumat dərc olunduğu kibi, Türkiyə ədəbiyyatı, iqtisadiyyatı və sair xüsusatına aid dəxi ixtisas əhli tərəfindən yazılmış məqalələr vardır.
“İl” yalnız Türkiyədən bəhs etməz. Cildin 3-cü qismi “Türkiyə Cümhuriyyəti xaricində bulunan türklərə təxsis edilmişdir. Bu qismin girməsi mütəsəvvir məqalələrin həpsi texnik səbəblərdən dolayı məətəəssüf dərc edilməmişdir. Türküstan məqaləsilə İran türkləri məqaləsi bu cümlədəndir. Bununla bərabər, bu qism dəxi 200 səhifəyi ehtiva etməkdədir ki, bundan 80 səhifəsi Rəsulzadə M.E. bəyin qələmilə yazılmış “Qafqasiya türkləri”nə təxsis edilmişdir.
“Qafqasiya türkləri” Emin bəyin “Azərbaycan Cümhuriyyəti” nam kitabındakı məlumatı ixtisarən ehtiva etməklə bərabər Azərbaycan tarixinə aid müfəssəl və metodik məlumatla məmləkətin iqtisadiyyatına və bugünkü vəziyyətinə aid dəxi epiyi məlumat vardır. Ayrıca Dağıstana da məqalədə bir fəsil ayrılmışdır.
Azərbaycandan maəda bu qismdə Qərbi Trakya türkləri, Krım türkləri, Kazan türkləri və sairləri haqqında da C.Seyid Əhməd, A.Seyid Battal bəylər kibi səlahiyyətdar zəvatın məqalələri vardır.
Türk məmləkətlərindəki milliyyət və istixlas hərəkatları ilə əlaqədar olan zəvatə işbu əsəri oxumalarını hərarətlə tövsiyə edərkən, bu əsəri vücuda gətirən möhtərəm müəllifilə Türk ocaqları mərkəzi heyətinə də təşəkkür etməyi ehmal edəməyiz.
Azəri
(M.Ə.Rəsulzadə)
“Odlu-Yurd”, 1 mart
1929, ¹ 1
525-ci qəzet 2017.- 12 avqust.- S.20-21.