Səs - Tənhalığın rəsmidi
Alim Qasımova
Rüstəm BEHRUDİ
Söz ruhun, səs tənhalığın
rəsmidi.
Səs tənhalığın
rəsmidi - rəngləri
ahdan, nalədən, iniltidən. Sən rəsm çəkirsən
göy üzünün
boşluğuna.
...Gündüzlərin axşamlara,
gecələrin səhərlərə
qarışdığı, keçmişlə gələcəyin
birlikdə göründüyü
olmayan bir yerdəyəm. Cəhənnəmdə
bir mövsümdü
bu ömür! Oxu, Alim!
Günahlar və günahkarlar,
əzab və iztirab, cılızlığa
sığınmış möhtəşəmlik,
tanrı ilə iblis arasında razılaşma... Alovlar içində
rəqs edən adamlar. Və mən - atəşlər
içində bir damla su. Və bir də
sən - atəşlərin
ləçəklərinə toxuna bilmədiyi qıpqırmızı alma
çiçəkləri. Oxu, Alim!
Tanrım!
Artıq
ürəyimdə deyil,
ürəyimin içindəki
qandasan. Boğulursanmı? Oxu, Alim!
Dünyanın ən böyük
sevincləri sənin səsinin hüznündə
dəfn olunacaq, oxu!
Səni atəşlər içində
görürəm hər
gecə. Sən cəhənnəmdə donan bir mələksən.
Mən atəşlərlə oynayan
söz adamı.
Cəhənnəm atəşləri qarışıb
sözlərimə. Oxu! Yoxsa üşüyəcəksən.
Səni dərd çəkdiyin (oxuduğun) anında gördüm. Atəşlər içində yalnızlıq
və tanhalığın
heykəli kimi üzündəki, gözlərindəki
iztirabı göy üzünə çəkirdin.
Hönkürürdün. Hönkürtün pıçıltıya çevrilirdi
yavaş-yavaş! Oxu!
Adsız bəndələrin
adı ilə oxu:
Oxu dərdli-dərdli oxuyan adam,
Qəmdən çeşid-çeşid nəğmələr toxu...
Öz ana dilində bəlkə bir zaman,
Bunu da oxuya bilmədin
oxu...
Oxu! Göy üzünü sevib, yer üzündə yaşamağın acısı,
hüznü var canında. Oxu! Boş bir məzar var uzaqlarda, başdaşını atəşlər
yonur cəhənnəmdə.
O atəşlərin üstünə
oxu!
Oxu!
Bu qosqoca şəhərdə,
zalım,
Heç
kim sənintək
tək deyil.
İblis-mələk davasıdı,
Bu davan bitəcək
deyil.
Kiminsə keçmişi, kiminsə
gələcəyi, kiminsə
gələcəyi kiminsə
keçmişidi. Bəs onda hara can atırsan,
zalım adam!
Can atmadan oxu.
Oxu, Alim!
Kim istəməz bu bayağı,
Sözdən dönüb səs
olmağı,
Mən hərdən nəfəs almağı
Unutdum, zalım
qardaşım.
Sənin kimi adamın nə düşündüyü,
nə istədiyi bilinməz. Sən ancaq hiss etdiyini deyə bilərsən. Uzaqların nə olduğunu bilən adamın yaxınları olmur.
Yaxınların hönkürtüsündən qaçıb uzaqların pıçıltısına sığınmaqdan
gözəl nə var dünyada? Oxu, zalım adam! Oxu
və çıx
get:
Səsin
üşüyəcək çıx
get
Gedənmi, qalanmı, kim haqq?!
Çıx get, getməsən dəlilər,
Təzədən dəli olacaq.
Çıx get! Bir sərxoş boş
qədəhdən nə
umursa, buralardan umacağın o qədərdi
sənin. Çıx
get, uzaqların yolu uzaqdı. Səni gözləyən
uzaqlara get. Elə bir yerdəyik
ki, nə oxusan tanrı günaha yazacaq. Burdan İsanın, Musanın, Məhəmmədin belə
duası yetməz allaha. Qanın allah kitabının
üstünə tökülmədən
oxu.
Oxu!
Öldüm allahsız zalım
adam, oxu:
Sən oxuyanda
Sənin
allahın olmur,
Mənim allaha yolum.
Belə
allahsız olma,
Oxu qurbanın olum!
Oxu, durmadan
oxu. Bu gün deyilsə
də sabah
bitəcək bu ömür. Oxu, zalım adam.
Axı:
Sən ölən bir mələksən,
Səsin tabutun üstə çiçək.
Nə bu çiçək solacaq,
Nə o matəm
bitəcək.
Oxu! Bəndələri gücsüz allahdan
qaçıb iblisin bərbəzəkli arabasına
minməyə qoymamaq üçün oxu.
Bir məmləkətdə
ağaclar yarpaqlarından
əvvəl ölürsə,
torpaq vətən olmaq istəmirsə, İblisin cibindən İncil və Quran çıxırsa, Allahın
yazdığı qəza-qədərdən
qaçıb sığınmağa
bir yer yoxdusa,
oxu.
Allah qorxusu var, allah sevgisi yoxdu bu məmləkətdə.
Ancaq allah
qorxuda yox sevgidə yaşayır. Oxu, Alim! Allaha
olan sevgi ilə qorxunu barışdırmaq üçün
oxu!
Səsində qiyamət pərdəsi
Çək pərdəni, dua elə.
Dua elə, arxasından
Görünəcək Tanrı belə.
Çək pərdəni, bax
gör sonu,
Çək ruhundan bədən
donu
Gəl ruhumun alovunu
Sonra söndür
külün ilə.
Çıxıb zaman adlı həddən
Tanrıya çox yaxınsan sən.
Musa, İsa, Məhəmməddən
Bu divanə halın
ilə.
Yarı
iblis, yarı mələk,
Sözündəki pərdəni çək.
Ordan əksin görünəcək,
Tələdəsən dilin ilə.
Sözündə Tanrı fərmanı,
Dolandın düzü, ormanı.
Enəcəyin məzar hanı?
Durum qazım əlim
ilə.
Hüzurunda ruhum sözdü.
Səndən nə vaxt sözün
üzdü?!
Demək
daha üzbəüzdü
Ölüm ilə, qalım ilə.
Dərdli-dərdli ötə-ötə
Düşündüm ki, bu dərd
bitə.
Dərd
bitməz ki! Qiyamətə
Çıxım gedim yolum ilə.
Hər gün göy üzündən bir səs mənə
baxır. O səs sənin səsindi, Alim! Nə yaxşı bu
səs var və göy üzü boşluq deyil. Boşluq, ölümdən və tənhalıqdan qorxuludu, zalım dost.
Səndən mənə o səs
baxdı,
Ağıllıdan dəli haqdı.
Olsa da bil fərqi
yoxdu
Kimin nəyin
divanəsi.
Bütün hallarda dəli haqlıdı, təkcə
dəli olduğuna görə deyil, bizim yerimizdə olmadığına görə
haqlıdı. Heyrətlənməməkdənsə,
nəyinsə divanəsi
olmaqdan gözəl şey yoxdu dünyada zalım dost, oxu! Tanrının adına dua
oxu. Bizim hamımızın əvəzindən oxu.
Biz dua oxuduq, dua
Dərdi
sevinci bir udum
Hamı
mələklərin xorunda
Sən təkbaşına
oxudun.
Oxu! Dua bağışlanmağın insan
əlində olan son və ümidsiz yoludu. Başqa nəyə gücü
çatır ki, insanın.
Hamını oynatdı yordu vaxt zaman,
Səni oynatmağa havası yoxdu.
Oxu dərdli-dərdi oxuyan adam
Sənin dərdlərinin davası
yoxdu.
P.S.
Çox
şeyləri bilirəm
bu yer üzündə;
Bilirəm cənnətdə
Buğdanı hansı mələk.
Göstərib Həvvaya
Və hansı mələk
Küləksiz sovurub-sovub;
Bilirəm Adəm
Nə cür cənnətdən
çıxıb,
Allah iblisi dərgahından
nə sayaq qovub
Bilirəm niyə İblisi
öldürməyib,
əfv eyləyib Adəmi.
Və bilirəm sonradan
Niyə
nəfsinə qul eləyib
adamı.
Çox
şeylər bilirəm,
Ancaq sirrini açmadan allahın
Yaşayıram bildiklərimi
unuda-unuda...
Bilirəm -
Allahın düşməni İblisin
Gizlində allahın
Dostu olduğunu
da.
Zalım
adam! Sən də
bilirsən bunları,
bilirəm. Oxu tanrıdan
başqa hər şeyi unuda-unuda. Oxu! Adsız bəndələrin adı ilə oxu.
Dərddən ölmərəm, bilirəm.
Ölsəm, ölə biləm nə qəm.
Sözə çevrilib ölürəm,
Dirilirəm günah kimi.
Oxu, məni günaha
batmağa qoyma,
zalım dost.
525-ci qəzet 2017.- 16 avqust.- S.7.